Bu sığorta növü mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisində istifadəsi zamanı fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulan zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq olunur
“Xalq Sığorta” ASC-nin hüquqi şəxslərə təklif etdiyi avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) yol-nəqliyyat hadisəsi, yanğın, üçüncü şəxslərin qərəzli hərəkətləri və digər gözlənilməz risklər nəticəsində dəyən maddi zərərlərə qarşı sığorta təminatı verir.
“Xalq Sığorta” ASC şirkətinizin əvvəlcədən nəzərdə tutulmayan xərcləri yarandıqda, Sizin maliyyə vəziyyətinizi mühafizə etmək ücün hava nəqliyyatı vasitələri, hava gəmilərində ölüm, xəsarət, itkin düşmək risklərindən qorunmaq üçün quraşdırılmış müxtəlif aqreqatların etibarlı sığorta təminatını təklif edir.
Bu sığorta məhsulu, su nəqliyyat vasitəsi sahiblərinin və ya su nəqliyyat vasitəsinin istismarına aidiyyəti olan şəxslərin onlara məxsus olan və ya hüquqi olaraq icarəyə götürdükləri gəmilərin zədələnməsi yaxud məhv olması hallarında sığorta təminatı verən dəniz sığortası növüdür.
Adətən dəmiryolu nəqliyyatının istismarı təhlükəsiz hesab olunur. Buna baxmayaraq, dəmiryolu nəqliyyatının istismarı zamanı insanın iradəsindən asılı olmayan, o cümlədən müxtəlif amillər nəticəsində itkilər yarana bilər.
Podratçıya məxsus olan qurğu və avadanlıqların sığortası
«Xalq Sığorta»-nın təklif etdiyi bu sığorta növü sığorta hadisəsi zamanı ortaya çıxan xərcləri ödəməklə yuxarıda sadalanan problemlərin həllində Sizə kömək edəcək. Qeyd olunan sığorta növünü “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” ilə birgə almağınızı tövsiyə edirik.