Sığorta hadisəsi baş verərsə,tibbi yardıma ehtiyacınız olduqda, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Dispetçer-məsləhət xidmətinə aşağıdakı nömrələrlə müraciət edə bilərsiniz: (994 12/050/055/070) 598 00 66,qaynar xətt – 183
Dispetçer-məsləhət xidmətinin əməkdaşları tibbi xidmətlərin təşkilində Sizə kömək edəcəklər, o cümlədən tibb müəssisəsini və ixtisaslı həkimi tövsiyə edəcək, tibbi müayinələrin vaxtını müəyyənləşdirəcək, təcili hallarda ambulans göndərəcək, bir sıra formal qaydalar haqqında məlumat verəcəklər.
Tibb müəssisəsinə müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlisiniz:
- tibbi sığorta kartı
- şəxsiyyət vəsiqəsi
- müayinə/müalicəyə göndəriş vərəqəsi (tələb olunan hallarda)