1.Qəza işıqlarını yandırın və DYP əməkdaşları hadisə yerinə gəlməyənə qədər avtomobilinizin yerini dəyişməyin
2.Zamanından və harada olduğunuzdan asılı olmayaraq dərhal həftənin 7 günü 24 saat xidmətinizdə olan aşağıdakı növbətçi nömrələrinə zəng edin: (012,050,055,070) 5980066, qaynar xətt – 183
3.Zəng edib sığorta şəhadətnaməsinin nömrəsini, ad və soyadınızı, hadisənin harada və nə vaxt baş verdiyi barədə növbətçi xidmətinə dəqiq məlumat verin
4.YNH barədə DYP orqanlarını xəbərdar edin.
Sığorta hadisəsinin tənzimlənməsi üçün aşağıda göstərilən sənədlər təqdim olunmalıdır:
- Sığorta olunanın sığorta hadisəsi haqqında ərizəsi;
- Sığorta şəhadətnaməsinin (müqaviləsinin) əsli;
- Sığorta olunanın şəxsiyyətini təsdiq edən sənədlər, sığorta olunmuş nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük sənədləri, sığorta olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (texniki pasportunun) surəti;
- Müvafiq səlahiyyətli dövlət orqanı (DYP, FHN, RPI, RPŞ) tərəfindən verilmiş sənədlər; Ərizə və forma4
- Zərərin məbləğini təsdiq edən sənədlər (dəyən zərərin smetası);
- Mülki Məsuliyyət sığortası əsasında üçüncü şəxsə ödənişin həyata keçirildiyi halda, üçüncü şəxsin sənədləri. (Pasport və ya şəxsiyyət vəsigəsi, sürücülük vəsiqəsi və etibarnamə).
Zəruri hallarda əlavə sənədlərin təqdim edilməsi tələb oluna bilər.