Elektron cihazların sığortası

Bu, əmlak sığortasının bir növüdür. Burada sığorta predmeti, sığorta müqaviləsi üzrə sığortalının əmlakına aid olan elektron cihaz, avadanlıq və ya məlumat hesablama sistemləridir.

“Elektron avadanlıqların sığortası” üzrə təminata dəymiş ziyana görə maddi xərclər, həmçinin təmir xərcləri və ya zədələnmiş qurğunun dəyişdirilməsi aiddir. Elektron avadanlıqlara dəymiş müxtəlif ziyanları aid etmək olar. Məsələn: qısa qapanma, şəbəkədə gərginliyin dəyişməsi, personalın səhvi, materialların yararsız olması, yanğın, partlayış, təbii fəlakətlər və s.

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng vurmaq yaxud müraciət forması göndərmək kifayətdir –bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayacaq və Sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.

Qaydalar