Fərdi qəza sığortası

Fərdi qəza sığortası - şəxsi sığortanın bir növüdür. Bu sığorta növü bədbəxt hadisə nəticəsində sığorta olunanın sağlamlığının itirilməsi və ya ölümü səbəbindən alınan zərərin ödənilməsi ücün nəzərdə tutulmuşdur. Bu sığorta növü, fərdi olaraq və qrup halında, habelə könüllü və icbari sığorta şəklində həyata keçirilə bilər.

“Xalq Sıgorta” şirkətinin təklif etdiyi Fərdi Qəza sığortası, şəhadətnamədə göstərilən sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin tam və ya qismən həyata keçirilməsinə zəmanət verir.

Bu sığorta məhsulunu əldə etməklə Siz, sığorta hadisəsi baş verdikdə ortaya çıxan maliyyə problemlərini əvvəlcədən həll etmiş olursunuz.

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng vurmaq yaxud müraciət forması göndərmək kifayətdir –bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayacaq və Sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.

Qaydalar