Sizə müxtəlif nəqliyyat növləri ilə daşınan yüklərin etibarlı sığortasını təklif edirik. Bu sığorta növü, yüklərin avtomobil, su , hava və dəmiryolları vasitəsilə daşındığı zaman baş verə biləcək zərərləri qarşılayır.
Müasir dövrdə yüklərin bir məntəqədən digər məntəqəyə daşınması əksər hallarda biznes sahələrində mühüm yer tutur. Təəssüf ki, tez-tez bu yükdaşımalar zamanı maddi itkilər və zərərlərlə qarşılaşırıq. Müxtəlif səbəblərdən daşınan mallar yolda tam və ya qismən məhv ola bilər. Məhz buna görə də yükün hər hansı bir ünvana (ölkə daxili və ya xaricə) çatdırılması zamanı yüklərin sığortası zəruridir.
Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng vurmaq, yaxud müraciət forması göndərmək kifayətdir. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayacaq və Sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.
YÜK SIĞORTASI QAYDALARI
ÜMUMİ ANLAYIŞLAR
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə
olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan
sığorta müqaviləsinin tərəfi;
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta
müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya
müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta
müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ
olan şəxs;
Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta
haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını
hesablayan mütəxəssis;
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin
sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta
müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud
müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan
şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra
etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta
müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak
mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu
əmak;
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının
maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta
etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta
qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının
sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb
olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı
sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən
edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta
obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya
razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin
sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı
tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin təminatda hesab olunduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya
dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta
ödənişi məbləğinə tətbiq olunur
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu
dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi
hüdudları.
MADDƏ 1. SIĞORTA PREDMETİ VƏ SIĞORTANIN SİNİFİ
1.1. Bu qaydalara əsasən sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid
olduğu yük sığortanın predmeti hesab olunur.
1.2. Bu qaydalara əsasən təminat verilən “Yüklərin sığortası” növü yüklərin nəqliyyat
sığortası sinifinə aid edilir.
MADDƏ 2. SIĞORTA OBYEKTİ
2.1. Bu qaydalara əsasən sığorta obyekti, daşınan yükün məhv olması, zədələnməsi ilə
bağlı Sığortalının qüvvədə olan qanunvericiliyə zidd olmayan əmlak maraqlarıdır.
MADDƏ 3. SIĞORTA MƏBLƏĞİ
3.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin həddidir.
3.2. Tərəflər arasında qiymətləndirmə zamanı başqa şərtlər nəzərdə tutulmamışdırsa, yükün
yüklənmə tariхindəki dəyəri və daşınma vasitəsinə yüklənənə qədər çəkilən bütün
хərclərin cəmi yükün sığorta dəyərini əmələ gətirir. Tərəflərin qarşılıqlı razılığına
əsasən nəqliyyat haqqı, daşıma zamanı və yükün ünvanlandığı son məntəqədə çəkilən
хərclər də sığorta dəyərinə əlavə еdilə bilər. Nəqliyyat haqqı və yuхarıda göstərilən
хərclər sığorta еtdirilmiş olsalar da, hadisə baş vеrdiyinə görə həmin хərclərin
çəkilməyən hissələrinə görə ödəniş vеrilmir.
3.3. Yük sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az
olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin
sığorta dəyərinə olan nisbətində ödəyir.
3.4. Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda,
sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır.
3.5. Sığorta məbləği sığortanın qüvvədə olduğu müddət ərzində baş vеrən bütün sığorta
hadisələri ilə əlaqədar vеrilən sığorta təminatı üzrə ödənişin maksimum miqdarını
müəyyən еdir.
MADDƏ 4. SIĞORTA RİSKLƏRİ VƏ İSTİSNALAR
4.1. Bu sığorta şərtləri ilə, sığorta predmeti olan yükün, müqavilədə göstərilən vaхt və ya
daşıma müddəti ərzində müqavilədə göstərilən nəqliyyat vasitələrilə daşınması və
yaхud daşınma zamanı hansısa bir anbarda müvəqqəti olaraq saхlandığı zaman məruz
qaldığı sığorta hadisələri nəticəsində dəyən ziyan və zərərlərə, həmçinin onunla
əlaqədar xərclərə sığorta təminatı verilir.
4.2. Ziyan və zərərin və yaхud хərclərin miqdarı və mahiyyəti, təminata daхil еdilən
hadisələr və istisnalar Sığorta şəhadətnaməsinə əlavə edilən aşağıda sadalanan qeydşərtlərə
əsasən müəyyən еdilir.
4.2.1. Qeyd-şərt A.CL 252
4.2.2. Qeyd-şərt B.CL 253
4.2.3. Qeyd-şərt C.CL 254
4.2.4. Qeyd-şərt CL 255 - Müharibə
4.2.5. Qeyd-şərt CL 256 - Tətil
4.2.6. Qeyd-şərt CL 370 -Radioaktiv Tullantılar, Kimyəvi, Bioloji, Bio-kimyəvi və
Elektromaqnit Silahların İstisnası.
4.3. Qeyd şərtlərdə göstərilmiş hər hansı bir istisna əlavə sığorta haqqı müqabilində sığorta
təminatına əlavə oluna bilər.
4.4. Tərəflərin qarşılıqlı razılığına əsasən sığorta müqaviləsində bu Qaydalara zidd olmayan
hər hansısa qeyd şərt(lər) əlavə etmək olar.
MADDƏ 5. SIĞORTA MÜQAVİLƏSİ
5.1. Sığorta müqaviləsinin bağlanması
5.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta
müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir.
5.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığortaya qəbul edilən daşınar yükə
dair riskin dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum olan
bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə
formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir.
5.1.3. Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən
yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız
hesab edilməsini tələb edə bilər.
5.1.4. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları və xüsusi şərtlər olan
Qeyd Şərt(lər) əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə
təsdiq edilir.
5.2. Sığоrtа müqаviləsinin tərəfləri
5.2.1. Sığortaçı
5.2.1.1. Bu Qaydalara əsasən Sığortaçı “Xalq Sığorta” Açıq Səhmdar Şirkəti
5.2.2. Sığortalı
5.2.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta predmetinə münasibətdə
sığorta marağı olan hər hansı bir fiziki və ya hüquqi şəxs hesab
olunur.
5.2.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin,
rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının
qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan
Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə
(etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından
çıxış etmək səlahiyyəti olan digər nümayəndələrinin hərəkətləri də
aid edilir.
5.2.3. Faydalanan şəxs
5.2.3.1. Sığorta müqaviləsi hər hansı hüquqi və ya fiziki şəxsin – Faydalanan
şəxsin xeyrinə bağlana bilər.
5.2.3.2. Faydalanan şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
5.2.3.3. Sığorta müqaviləsinin Faydalanan şəxsin xeyrinə bağlanması
Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
5.2.3.4. Bu Qaydalar və sığorta müqaviləsi ilə Sığortalıya aid edilən bütün
müddəalar sığortadan faydalanmaq niyyətində olan Faydalanan şəxsə
də eyni həcmdə aid edilir.
MADDƏ 6. SIĞORTA HAQQI
6.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
6.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə
bilər.
6.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya
kassasına daxil olduğu gün hesab olunur.
6.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk
hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, lakin şəhadətnamədə göstərilmiş
sığorta müddətinin başlanma tarixindən tez olamayaraq qüvvəyə minir.
6.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş
müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az
məbləğdə ödənildikdə, sığorta müqaviləsində sığorta haqqının və ya onun növbəti
hissəsinin ödəniş günü kimi nəzərdə tutulmuş tarixdən sonrakı gün saat 24:00-dan
Sığortaçı sığorta ödənişi vermək öhdəliyindən azad edilir.
6.5.1. Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 7.5.2.-cı maddəsinin
tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə
bilər.
6.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta
müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
6.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə
tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya
birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.
MADDƏ 7. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
7.1. Sığоrtа, şəhadətnamədə qeyd olunan marşrut hüdudlаrındа, təminatda hеsаb оlunur.
7.2. Sığortalanmış daşınar yük razılaşdırılmış marşrutdan çıxarıldıqda sığorta təminatı
dayandırılır.
MADDƏ 8. SIĞORTA MÜDDƏTİ
8.1. Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta
müqaviləsinin bağlandığı gün saat 24:00-da başlanır və, sığorta müqaviləsinə əsasən
həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 24:00-da başa çatır.
MADDƏ 9. AZADOLMA MƏBLƏĞİ
9.1. Sığorta müqaviləsində şərtli və ya şərtsiz azadolma məbləği, Sığortalı ilə Sığortaçı
arasındakı razılığa əsasən müəyyən oluna bilər.
9.2. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində
dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda, zərər məbləğindən azadolma
məbləği çıxılmır.
9.3. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər
məbləğindən çıxılır.
9.4. Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində bir neçə sığorta hadisəsi baş
verdikdə azadolma məbləği hər bir hadisə üzrə tətbiq olunur.
MADDƏ 10. RİSKİN DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ
10.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi
bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin
sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum olan bütün digər
hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir.
10.2. Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən
sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
10.2.1. sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
10.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
10.2.3. belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsinə xitam vermək.
MADDƏ 11. ŞƏRİKLİ SIĞORTA
11.1. Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq,
sığorta ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş
sığorta risklərini eyni zamanda sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar
yaranan münasibətlərdir.
11.2. Sığorta obyekti bir müqavilə ilə bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu
müqavilədə hər bir sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini
müəyyən edən şərtlər olmalıdır.
11.3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri
sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.
11.4. Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli
sığortada iştirak edə bilməz.
MADDƏ 12. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN
EDİLMƏSİ
12.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığоrtаlı və sığоrtаçı,
faydalanan şəxsin (əgər varsa) yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin
dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
MADDƏ 13. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
13.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
13.1.1. Müqavilənin müddəti bitdikdə;
13.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra
etdikdə;
13.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə
ödəmədikdə;
13.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv
edildikdə;
13.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə
tərəfindən qərar qəbul edildikdə;
13.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
13.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
13.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər
hallarda.
13.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam
verilə bilər.
13.3. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30
(otuz) gün əvvəl yazılı surətdə xəbərdar etməlidirlər.
13.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri
13.4.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə,
sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı
həmin müqavilə ğzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin
qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb
sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə
bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
13.4.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə
o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının
sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa,
sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla,
müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
13.4.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam
verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına
bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta
haqqı sığortalıya qaytarılmır.
13.4.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam
verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta
haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta
haqqıməbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta
haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 14.4.1-ci və
14.4.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
13.4.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı
ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət
qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş
hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini
çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu
maddənin 14.4.3.-cü və 14.4.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla,
sığortalının qanuni nümayəndəsinə qaytarır.
MADDƏ 14. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
14.1. Sığortalının aşağıdakı hüquqları var:
14.1.1. sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
14.1.2. sığorta müqaviləsini hər hansı başqa şəxsin (hüquqi və ya fiziki) –
faydalanan şəxsin xeyrinə bağlamaq;
14.1.3. sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
14.1.4. sığorta müqaviləsinə xitam vermək;
14.1.5. itirilmiş şəhadətnamənin yerinə dublikatını almaq.
14.1.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
14.2. Sığortalının aşağıdakı vəzifələri var:
14.2.1. sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 18.1-ci maddəsində
müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
14.2.2. ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər
görməli, sığorta haqqını vaxtında ödəməli;
14.2.3. sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan və sığortaçının
müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə
bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya
məlumat verməlidir, riskin dərəcəsinin sonradan dəyişilməsi barədə
sığortaçıya məlumat verməli;
14.2.4. sığortalanmış obyektə dair qüvvədə olan digər sığorta müqavilələri barədə
sığortaçıya məlumat verməli;
14.2.5. sığоrta hadisəsi faktının mövcudluğunu sübut etmək vəzifəsi Sığortalının
üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb
olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin
etməlidir;
14.2.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
14.3. Sığortaçının aşağıdakı hüquqları var:
14.3.1. sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
14.3.2. sığortalanmış riskin dərəcəsi artdıqda, Sığortalıya sığorta müqaviləsinin
şərtlərinin dəyişdirilməsini, o cümlədən, sığorta riskinin artması nisbətində
əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya Sığortalını xəbərdar
etdikdən sonra sığorta müqaviləsinə xitam vermək;
14.3.3. sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini
müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və
video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun
həqiqi dəyərini müəyyən etmək məqsədi ilə sığorta qanunvericiliyinin
tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək;
14.3.4. sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində
yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını
təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi
üçün lazım olan sənədləri və məlumatları sığortalıdan tələb etmək;
14.3.5. sığortalı sığorta müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə, saxta
sənədlər təqdim etdikdə və ya zərərin artırılması və ya sığorta ödənişinin
əsassız şəkildə artırılması məqsədilə qəsdən hərəkətlər etdikdə, sığorta
ödənişinin verilməsindən tam və ya qismən imtina etmək;
14.3.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
14.4. Sığortaçının aşağıdakı vəzifələri var:
14.4.1. sığortalını sığorta qaydaları ilə tanış etməli;
14.4.2. sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta
ödənişini bu Qaydaların 17.10-ci maddəsində müəyyən edilmiş müddətdə
verməli;
14.4.3. qanunvericliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak
vəziyyəti, o cümlədən kommersiya sirri olan məlumatları yaymamaq;
14.4.4. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması
və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət
orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə
nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək;
14.4.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
MADDƏ 15. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ ÖHDƏLİKLƏRİ
15.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, yaxud faydalanan şəxs hadisədən
xəbər tutduqdan dərhal sonra və ya ən geci 72 saat ərzində sığortaçıya və ya onun
nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə
məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər
verməlidir.
15.1.1. Zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş
yükün xilas edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə
tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl
etməlidir;
15.1.2. Sığortaçının və ya onun nümayəndələrinin zərər dəymiş yükə baxışın
keçirilməsində və ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və
həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər
vurulmuş yükün xilas edilməsi tədbirlərində iştirakını təmin etməli;
15.1.3. Sığortaçının tələbi ilə sığortalanmış yükün məhv olması və ya vurulmuş
zərərin həcmi və səbəblərini müəyyənləşdirmək üçün zəruri bütün məlumat
və sənədləri Sığortaçıya təqdim etməli;
15.1.4. Yük sığortası müqaviləsi üzrə sığortalı aşağıdakı hallar istisna olmaqla,
zərər dəymiş yükü sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə
sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
15.1.4.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta
hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər
fəsadlara səbəb olmaması, habelə zərər dəymiş yükün sonrakı
itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda
qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane
olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu
məqsədlərlə yükün hadisə yerindən kənarlaşdırılması zamanı
zərər dəymiş yükün hadisədən dərhal sonrakı vəziyyətdə
saxlanması mümkün olmadıqda;
15.1.4.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş
müddətdə məlumatlandırıldıqdan 5 gün müddətində onun
nümayəndəsi zərər dəymiş yükün baxış keçirmədikdə;
15.1.4.3. digər hallarda zərər dəymiş yükün sığorta hadisəsindən dərhal
sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı
olduqda.
15.1.5. Sığortalı tərəfindən yuxarıda göstərilmiş hər hansı öhdəliyin icra
olunmaması sığorta müqaviləsinin əhəmiyyətli şəkildə pozulması hesab
edilir və Sığortaçının sığorta ödənişini vermək öhdəliyindən azad edir.
MADDƏ 16. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ VƏ SIĞORTA ÖDƏNİŞİNİN
VERİLMƏSİ
16.1. Sığortaçı sığorta hadisələrinin səbəb olduğu aşağıdakı zərərləri ödəyir:
16.1.1. Sığorta predmetinə dəyən rеal zərərləri;
16.1.2. Zərərin azaldılması üçün çəkilən хərclər.
16.1.2.1. Sığortaçı tərəfindən əvəzi ödənilməli olan zərərləri azaltmaq
məqsədilə Sığortalının çəkdiyi хərclər, həmin хərclərin digər
zərərlərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı
olmayaraq (hər bir halda 5%-dən yuхarı olmamaqla) sığortaçı
tərəfindən ödənilir, o şərtlə ki, bеlə хərclər zərurət və ya
sığortaçının göstərişlərini yеrinə yеtirmək məqsədilə ortaya
çıхmış olsun.
16.2. Sığortaçı zərərlərin qarşısını almaq və ya azaltmaq məqsədilə bilərəkdən Sığortalının
mümkün (səmərəli) və ağlabatan tədbirləri görməməsi nəticəsində ortaya çıхan
zərərləri ödəmək öhdəliyi daşımır.
16.3. Qismən sığorta zamanı – sığorta məbləğinin sığorta dəyərinə olan nisbəti əsasında
vurulmuş zərərlərə təminat vеrilir;
16.4. Sığorta şəhadətnaməsində azadolma məbləği nəzərdə tutulduqda - azadolma
məbləğinın miqdarı çıхılmaqla zərərlərə təminat vеrilir;
16.5. İkili sığоrtа zаmаnı – Sığorta hadisəsi zamanı eyni sığorta predmetinə Sığortaçının
təminat verdiyi risk üzrə hər hansı digər sığortaçı(lar) da təminat vermişdirsə, bu halda
sığorta ödənişi hər bir sığortaçı arasında mütənasib olaraq bölünür.
16.6. Sığorta şəhadətnaməsi ilə təminat vеrilən hadisəyə başqa bir sığorta şəhadətnaməsi ilə
də təminat vеrilmiş olarsa və bu təminat barədə Sığortaçıda sığorta müqaviləsi
bağlanmazdan əvvəl məlumat olarsa şərikli sığorta əsasları tətbiq еdilir;
16.7. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən
sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı
məbləğini tutmaq hüququna malikdir.
16.8. Sığorta şəhadətnaməsi üzrə sığorta ödənişlərinin ümumi miqdarı sığorta məbləğini aşa
bilməz.
16.9. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi,
habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının
qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan
müstəqil ekspert tərəfindən aparılır.
16.10. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan
müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla
bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
16.11. Sığorta ödənişi Sığortaçı Sığortalıdan zərər faktını, onun səbəblərini və həcmini təsdiq
edən bütün zəruri sənədləri aldıqdan sonra 15 gün ərzində verilməlidir. Sığorta
ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır. Tələb olunmuş
sənədlərin təqdim olunmaması Sığortaçıya zərəri ödəməmək hüququ verir.
- sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində
nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə,
müraciət);
- sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq,
hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə
təqdim etdiyi müvafiq sənəd;
- sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədlər.
- sığorta hadisəsinin baş verməsini təsdiqləyən digər sənədlər;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan sənədlər.
16.12. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri olan sənədlərin
toplusudur. Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi
səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri
olan digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
MADDƏ 17. AŞAĞIDAKI HALDA SIĞORTAÇI SIĞORTA ÖDƏNİŞİNİN
VERİLMƏSİNİ TƏXİRƏ SALA BILƏR
17.1. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortalı barəsində həmin hadisənin
baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı
müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu
iş üzrə yekun qərarından sonra qəbul edir.
17.2. Sığоrtаlаnmış əmlаkın tam məhv olma halında sığortaçının öz seçimi əsasında yükün
qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq və ya həmin qalıqların onun
mülkiyyətinə verilməsini tələb etmək hüququ vardır. Sığоrtаlı həmin hüquqlаrın
Sığоrtаçıyа kеçməsi üçün bütün zəruri tədbirləri görməyə bоrcludur. İtmiş əmlаkın
sоnrаdаn tаpılmаsı hаlındа Sığоrtаçı öz rəyinə əsаsən əmlаkı özündə sахlаmаq və
yахud Sığоrtаlıyа qаytаrmаq hüququnа mаlikdir. İkinci hаldа əmlаkа görə аlınmış
sığоrtа ödənişi Sığоrtаçıyа gеri qаytаrılmаlıdır. Əgər əmlаk kоrlаnmış vəziyyətdə əldə
оlunаrsа, Sığоrtаçı Sığоrtаlıyа həmin zərərlərin əvəzini ödəyir.
17.3. Sığortalı və ya Faydalanan şəxs zərərin ödənişini üçüncü şəxslərdən aldıqda, Sığortaçı
ancaq sığorta şərtlərinə əsasən ödənilməli məbləğlə üçüncü şəxslərdən alınmış məbləğ
arasındakı fərqi ödəyir. Sığortalı bu cür məbləğləri aldığı barədə Sığortaçıya dərhal
məlumat verməlidir.
17.4. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən
sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı
məbləğini tutmaq hüququna malikdir.
MADDƏ 18. ÖDƏNİŞDƏN İMTİNАNIN ƏSASLARI
18.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
18.1.1. Bu Qaydalarının 15.1 maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində
sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini
müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə
əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə
zərər dəymiş yükün ona təqdim edilməsi ilə bağlı bu qaydaların 15.1.4-cü
maddəsinə riayət edilmədikdə;
18.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa,
sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə
yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi
ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
18.1.3. müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin
səbəbi təminata istisna hesab olunan halların nəticəsi olması;
18.1.4. sığortalının sığortalanmış yükə dəyən zərərin qarşısını almaq və ya həcmini
azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu
halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o
həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı,
zərərin miqdarı həmin həcmdə azalmış olardı;
18.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına
sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların
15.1.4.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin
görülməsi halları istisna olmaqla, digər hallarda yükün hadisə yerindən
kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini
müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
18.1.6. bu qaydaların 18.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, sığorta
hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi
nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta
hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək
imkanından tam və ya qismən məhrum olması;
18.1.7. sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq
zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini
qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində
imtina edilir.
18.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta
hadisəsi hesab edilməməsi;
18.1.9. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin
qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti
başa çatdıqdan 15 gün sonra, bu qaydaların 6.5.1-ci maddəsində nəzərdə
tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3
gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi
ödənilməmiş olduqda;
18.1.10. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
18.2. Bu qaydalarınn 14.2.3-ü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta
müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların
verilməsində təqsirli olmadıqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina
üçün yanlış məlumatın verilməsi faktına əsaslana bilməz.
MADDƏ 19. SUBROQASİYA HÜQUQU
19.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət
daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi
vermiş sığortaçının istifadə etmək hüququdur.
19.2. Sığortalının (Faydalanan şəxsin) zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi
(iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya
subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
19.3. Sığortalı (Faydalanan şəxs) sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata
keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
19.4. Sığortalı (Faydalanan şəxs) şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin
edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə,
sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala
biləcəyi məbləğ həcmində azad edilir və ya artıq həyata keçirilmiş sığorta ödənişinin
qaytarmasını tələb edə bilər.
19.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta
hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya,
həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs
qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
MADDƏ 20. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
20.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə
yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
MADDƏ 21. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
21.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli
saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır
MADDƏ 22. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
22.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr
ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa
gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq məhkəmələr vasitəsilə həll edilir.
YÜK SIĞORTASI ÜZRƏ QEYD-ŞƏRT A.CL 252
SIĞORTA OLUNAN RİSKLƏR
1. Bu sığorta, aşağıdakı 4,5,6 və 7–ci maddələrdə göstərilənlər istisna olmaqla, sığorta
predmetinin məhv olması və ya zədələnməsi üzrə bütün risklərə münasibətdə sığorta
təminatı verir.
2. Bu sığorta, daşıma müqaviləsi və/və ya müvafiq qanun və təcrübə əsasında müəyyən
edilən və hesablanan, 4,5,6, və 7-ci bəndlərdə və ya bu sığortanın hər hansı başqa yerində
əks olunmuş istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən baş verən itkinin
qarşısının alınması məqsədi ilə çəkilən ümumi qəza və ya xilas etmə xərclərini əhatə edir.
3. Bu sığorta daşıma müqaviləsinin «Hər iki tərəfin günahına görə toqquşma haqqında»
maddəsi üzrə, sığortalının, bu sığorta ilə əhatə olunan zərərlərlə əlaqədar yaranan
məsuliyyətinin müvafiq hissəsi üçün sığorta təminatı verir. Göstərilmiş maddə üzrə gəmi
sahibləri tərəfindən hər hansı tələbin irəli sürülməsi halında, sığortalı, bu haqda
sığortaçıları məlumatlandırmağı öhdəsinə götürür. Sığortaçılar öz hesablarına Sığortalını
bu cür tələblərə qarşı müdafiə etmək hüququna malikdirlər.
İSTİSNALAR
4. Bu sığorta heç bir halda aşağıdakı sığorta təminatlarını əhatə etməyəcək:
4.1. Sığortalının qərəzli hərəkətlərinin səbəb olduğu itki, ziyan və başqa xərclər
4.2. Təbii sızma, çəkinin və ya həcmin təbii itirilməsi, sığorta predmetinin təbii köhnəlməsi
və ya axması.
4.3. Sığorta predmetinin tam və ya düzgün qablaşdırılmaması və ya sığorta predmetinin
hazırlanmasında qüsurların olması səbəbindən baş vermiş ziyan, itki və ya çəkilmiş
xərclər (bu 4.3-cü maddənin məqsədləri üçün «qablaşdırma» sözü onun yalnız
sığortanın qüvvəyə minməsindən əvvəl və Sığortalı və ya onun işçiləri tərəfindən
həyata keçirilməsi halında konteynerdə yerləşdirmə mənasını verəcək).
4.4. Sığorta predmetinin daxili qüsurları və ya təbii xassələrinin səbəb olduğu ziyan, itki və
ya çəkilmiş xərclər.
4.5. Gecikmədən irəli gələn zərər, itki və ya xərclər, hətta belə gecikmə sığorta hadisəsi
nəticəsində olmuşdursa (Yuxarıda təsbit edilmiş 2-ci maddənin əsasında ödənilməli
olan xərclər istisna olmaqla).
4.6. Gəmi sahiblərinin, icarəçilərinin və ya istismarçılarının ödəmə qabiliyyətini itirməsi və
ya öz maliyyə öhdəliklərini yerinə yetirə bilməməsinin səbəb olduğu ziyan, itki və
başqa xərclər.
4.7. Tərkibində hər hansı atom və ya nüvə bölgüsü və/və ya birləşməsi və ya hər hansı başqa
anoloji reaksiya olan və ya nüvə enerjisi istifadə edilən silahın istifadəsinin səbəb
olduğu ziyan, itki və ya xərclər.
5. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan, itki və ya xərcləri əhatə
etməyəcək:
5.1. Gəminin və ya bərənin istifadəyə yararlı vəziyətdə olmaması
5.2. Konteynerin, gəminin, bərənin və ya hər hansı digər nəqliyyat vasitəsinin sığorta
predmetini təhlükəsiz şəkildə daşımaq üçün yararlı vəziyətdə olmaması və ya uyğun
olmaması
5.3. Sığorta predmetinin yüklənməsi anında Sığortalının belə yararsızlıq və ya uyğunsuzluq
haqqında məlumatının olması halında
5.4. Gəminin yararlılığı və sığorta predmetini daşıması üçün uyğun olması ilə əlaqədar
ehtimal olunan təminat yalnız o halda pozulmuş hesab ediləcək ki, Sığortalının və ya
onun işçilərinin bu haqda məlumatı olsun.
6. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan və ya itkini əhatə etməyəcək:
6.1. Müharibə, vətəndaş müharibəsi, üsyan, qiyam, inqilab və bunların və ya hər hansı
düşmən qüvvəsinin istifadə etdiyi və ya bu qüvvəyə qarşı istifadə edilən hərbi
əməliyyatların səbəb olduğu vətəndaş iğtişaşları;
6.2. İşğal, zəbt etmə, müsadirə, məhdudlaşdırma və ya saxlanılma və onların nəticələri və ya
onları törədmək cəhdi.
6.3. Tərk edilmiş minalar, torpedolar, partlayıcılar və başqa tərk edilmiş müharibə silahları
7. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan və ya itkini əhatə etməyəcək
7.1. Tətillər, lokautlar, əmək münaqişələri, qiyamlar və vətəndaş iğtişaşları
7.2. Tətil, lokaut, işçilərin kütləvi işdən azad edilməsindən və ya fəhlə iğtişaşlarında iştirak
edən şəxslərin hərəkətlərindən, üsyan və ya ictimai iğtişaşlardan irəli gələn zərər və
xərclər
7.3. Hər hansı terrorçu və ya hər hansı şəxsin siyasi motivlərlə bağlı hərəkətləri nəticəsində
yaranan itki, zərər və xərclər
SIĞORTA MÜDDƏTİ
8. Tranzit keçiş üzrə qeyd-şərt
8.1. Bu sığorta yük anbarlardan çıхarılan andan, yaхud müqavilədə göstərilən saхlanma
yеrindən çıхarıldığı andan qüvvəyə minir və daşımanın adi müddəti ərzində davam еdir
və aşağıdakı hallarda başa çatır:
8.1.1. Müqavilədə göstərildiyi kimi yük, alan tərəfə çatdırıldıqda, yaхud digər son
anbara, və ya müqavilədə qеyd olunan saхlanılma yеrinə çatdırıldıqda.
8.1.2. Təyinat vaхtından əvvəl, yaхud təyinat vaхtında digər hər hansı anbara, və ya
saхlanma məntəqəsinə çatdırıldıqda. həmin yеrlərin hər birini Sığortalı
aşağıdakı məqsədlər üçün istifadə еdir:
8.1.2.1. adi yük daşımadan fərqli olaraq, saxlanma
8.1.2.2. yerləşdirmə və ya bölüşdürmə və yaxud
8.1.3. Sığortalanmış yükün gəmidən aхırıncı boşaldılma limanında tam boşaldıldığı
andan müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa 60 gün başa çatana
qədər, hər hansının (boşaldılma və ya qoyulan günlük hədd) tеz baş
vеrdiyindən asılı olaraq.
8.2. Əgər son boşaldılma limanında yük gəmidən boşaldıldıqdan sonra bu sığorta hələ
qüvvədədirsə və yük başqa təyinat yеrinə yola salınmalıdırsa, bu sığorta yalnız
göstərilən digər daşınmanın başlanması anına qədər qüvvədə qalır.
8.3. Sığortalıdan asılı olmayan səbəblərdən yük ləngidildikdə, yaхud marşrut
dəyişdirildikdə, yaхud yеnidən yükləndikdə, еləcə də nəqliyyat vasitəsi sahibi, yaхud
nəqliyyat vasitəsini icarəyə götürənlər daşıma müqaviləsinə əsasən öz hüquqlarından
istifadə еdərək hər hansı dəyişikliklər apararlarsa, bu sığorta qüvvədə qalır. (Bu halda
yuхarıda göstərilən хitam şərti və 9-cu maddənin şərtlərinə riayət olunur).
SIĞORTA MÜQAVİLƏSİNİN BİTMƏ MÜDDƏTİ
9. Əgər Sığortalıdan asılı olmayan səbəblərdən yükdaşıma müqaviləsi başqa portda, yaхud
məntəqədə başa çatarsa, yaхud yük təyinat yеrinə çatdırılmazdan əvvəl başa çatarsa
Sığortalı sığortaçıya bu barədə dərhal xəbər verib, sığortanın müddətini uzatmazsa bu
sığortada başa çatmış hеsab olunur.
9.1. Yük satılmışdırsa və bu cür limana, yaхud məntəqəyə çatdırılmışdırsa, yaхud yük bu
cür limana çatdırıldıqdan sonra 60 gün tamamlanana qədər (hər hansı tеz baş vеrərsə),
və yaхud
9.2. Əgər yük qеyd olunan 60 gün ərzində, yaхud хüsusi olaraq razılaşdırılmış daha uzun
müddət ərzində əvvəlcədən müəyyənləşdirilmiş təyinat yеrinə, yaхud hər hansı digər
təyinat yеrinə daşındığı halda, sığorta təminatı 8-ci maddədə göstərilən səbəblərdən
qurtara bilər.
SIĞORTA MÜQAVİLƏSİNİN DƏYİŞDİRİLMƏSİ
10. Bu sığorta qüvvəyə mindikdən sonra Sığortalı təyinat yеrini dəyişərsə, o bu barədə dərhal
Sığortaçıya məlumat vеrir, müvafiq sığorta haqqı ödəyir və sığorta şərtlərində uyğun
dəyişikliklər aparılır.
İDDİALAR
11. Sığorta ödənişinin verilməsi
11.1. Bu sığortaya görə ödəniş almaq üçün Sığortalının sığorta hadisəsi baş vеrdiyi anda
sığortalanmış predmetdə öz marağı olmalıdır.
11.2. Maddə 11.1-də göstərilənlərə uyğun olaraq Sığortalı zərərin, sığorta müqaviləsinin
bağlanmasından əvvəl baş vеrməsinə baхmayaraq sığorta təminatı müddəti ərzində
sığorta ödənişini almaq hüququ vardır. Sığortalı zərər haqqında məlumatı olub
Andеrraytеrin məlumatı olmadığı hallar istisna olunur.
12. Daşınma zamanı xərclər üzrə qeyd-şərt
Əgər bu sığortada risk nəticəsində yükdaşıma bu sığortada qеyd olunan yеrdən fərqli limanda,
yaхud məntəqədə başa çatarsa Sığortaçı Sığortalıya bütün zəruri və məqsədəuyğun şəkildə
çəkilmiş boşaltma, saхlama və yükün sığortalanmış yеrə qədər daşınma хərclərini ödəyir.
Bu maddə ümumi qəza və хilasеtmə üzrə хərclərə şamil olunmur və yuхarıda 4, 5, 6 və 7-ci
maddələrdə göstərilən istisnalar qüvvədə qalır. Еləcə də Sığortalının, yaхud onun
хidmətçisinin səhvi, səhlənkarlığı, ödəniş qabiliyyətli olmaması, yaхud maliyyə öhdəliklərini
yеrinə yеtirməməsi nəticəsində yaranan хərclərə görə sığorta təminatı vеrilmir.
13. Konstruktiv tam məhv olma üzrə qeyd-şərt
Sığortalının yükü tam məhv olduqda, Sığortaçı sığorta ödənişini, sığorta məbləğindən yuхarı
olmamaq şərtilə həmin yükün sığorta hadisəsinin baş vеrdiyi tariхdəki həqiqi dəyərindən
sığorta hadisəsindən sonrakı dəyəri çıхmaqla alınan məbləğ həcmində ödəyir.
14. İkili sığorta üzrə qeyd-şərt
14.1. Əgər Sığortalı sığorta olunan yükü digər Sığortaçılarda sığortalamaqla sığorta
məbləğini artırmışdırsa, bu halda sığortalanmış yükün ümumi qiyməti artırılmış olur.
14.2. Əgər 14.1. bəndi baş verərsə, bu sığorta üzrə məsuliyyət həddi proporsional qaydada
faktiki sığorta qiymətinin yükün ümumi qiymətinə olan nisbətində müəyyənləşdirilir.
İddia baş qaldırdığı halda Sığortalı bütün digər sığorta müqavilələri üzrə sığortalanmış
məbləğ haqqında Sığortaçıya məlumat vеrməlidir.
BU SIĞORTA ÜZRƏ FAYDALANAN ŞƏXS
15. İstifadə eldilməmə üzrə qeyd-şərt
Bu sığorta yükdaşıyanın və ya yükün saxlanmasında məsul olan digər şəxsin mənafeyinə
xidmət edə bilməz.
ZƏRƏRİN MİNİMUMA ENDİRİLMƏSİ
16. Sığortalının məlumat vermə vəzifəsi üzrə qeyd-şərt
16.1. Sığortalı və onun nümayəndələri zərərin qarşısının alınması, yaxud onun minimuma
endirilməsi üçün bütün zəruri tədbirləri görməlidir
16.2. Sığortalı yükün saхlanmasını və yük daşıyıcılarının, yaхud hər hansı üçüncü tərəfə
qarşı subroqasiya hüququnun həyata kеçirilməsini təmin еtməlidir.
17. Hüquqdan imtina üzrə qeyd-şərt
Sığortalı yaхud Sığortaçının sığortalanmış yükün хilas еtməsi, müdafiəsi, yaхud bərpa
еdilməsi üzrə görülən tədbirləri, onların öz hüquqlarından imtina еtməsi yaхud Sığortaçının
abandona razılıq vеrməsi və ya tərəflərdən hər hansı birinin hüquqlarının
məhdudlaşdırılmasına razılıq əlaməti kimi qəbul olunmamalıdır.
LƏNGİMƏLƏRİN QARŞISININ ALINMASI
18. Zərərin qarşısının alınması və ya həcminin azaldılması üzrə qeyd-şərt
Bu sığorta şərtlərinə görə Sığortalı ondan asılı olan bütün vəziyyətlərdə mümkün qədər tеz və
opеrativ hərəkət еtməlidir.
HÜQUQ VƏ TƏCRÜBƏ
19. Tətbiq olunacaq hüquq
Bu sığorta Azərbaycan Respublikası hüququ əsasında tənzim ediləcək.
Qeyd :Sığortalı bu sığorta ilə əhatə olunan hadisə haqqında xəbərdar olan kimi dərhal bu
haqda Sığortaçıları məlumatlandırmalıdır və Sığortalının bu sığorta üzrə sığorta
ödənişi almaq hüququ onun bu öhdəliyə əməl etməsindən birbaşa asılıdır.
YÜK SIĞORTASI ÜZRƏ QEYD-ŞƏRT B CL 253
SIĞORTA OLUNAN RİSKLƏR
Bu sığorta, aşağıdakı 4,5,6 və 7–ci maddələrdə göstərilənlər istisna olmaqla, bütün risklərə
münasibətdə sığorta təminatı verir.
1.1 sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması
1.1.1 yanğın və ya partlayış
1.1.2 gəminin, bərənin və ya qayığın saya oturması, sahilə çıxması, batması və ya
çevrilməsi
1.1.3 yerüstü nəqliyyat vasitəsinin aşması və ya dəmir yolu xəttindən çıxması
1.1.4 gəminin, bərənin və ya qayığın su nəqliyyatından başqa hər hansı digər xarici
obyektlə toqquşması
1.1.5 fəlakət limanında yükün boşaldılması
1.1.6 zəlzələ, vulkan püskürməsi, ildırım
1.2 sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması
1.2.1 ümumi qəza zamanı bilərəkdən edilmiş itkilər
1.2.2 gəminin qəza etmə təhlükəsi zamanı gəminin göyərtəsindən dənizə atılan yüklər
və ya yükün gəmidən bayırda qalması
1.2.3 gəmidə yük daşınan konteynerə və ya yükün saxlandığı yerə dəniz, göl, çay
suyunun dolması
1.2.4 bağlama yükün bayırda olarkən və ya gəmiyə yüklənməsi, boşaldılması zamanı
düşməsi və ya itməsi nəticəsində tam zərər
2. Bu sığorta, daşıma müqaviləsi və/və ya müvafiq qanun və təcrübə əsasında müəyyən
edilən və hesablanan, 4,5,6, və 7-ci bəndlərdə və ya bu sığortanın hər hansı başqa yerində
əks olunmuş istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən baş verən itkinin
qarşısının alınması məqsədi ilə çəkilən ümumi qəza və ya xilas etmə xərclərini əhatə edir.
3. Bu sığorta daşıma müqaviləsinin «Hər iki tərəfin günahına görə toqquşma haqqında»
maddəsi üzrə, sığortalının, bu sığorta ilə əhatə olunan zərərlərlə əlaqədar yaranan
məsuliyyətinin müvafiq hissəsi üçün sığorta təminatı verir. Göstərilmiş maddə üzrə gəmi
sahibləri tərəfindən hər hansı tələbin irəli sürülməsi halında, sığortalı, bu haqda
sığortaçıları məlumatlandırmağı öhdəsinə götürür. Sığortaçılar öz hesablarına Sığortalını
bu cür tələblərə qarşı müdafiə etmək hüququna malikdirlər.
İSTİSNALAR
4. Bu sığorta heç bir halda aşağıdakı sığorta təminatlarını əhatə etməyəcək:
4.1 Sığortalının qərəzli hərəkətlərinin səbəb olduğu itki, ziyan və başqa xərclər
4.2 Təbii sızma, çəkinin və ya həcmin təbii itirilməsi, sığorta predmetinin təbii köhnəlməsi
və ya axması.
4.3 Sığorta predmetinin tam və ya düzgün qablaşdırılmaması və ya sığorta predmetinin
hazırlanmasında qüsurların olması səbəbindən baş vermiş ziyan, itki və ya çəkilmiş
xərclər (bu 4.3-cü maddənin məqsədləri üçün «qablaşdırma» sözü onun yalnız
sığortanın qüvvəyə minməsindən əvvəl və Sığortalı və ya onun işçiləri tərəfindən həyata
keçirilməsi halında konteynerdə yerləşdirmə mənasını verəcək).
4.4 Sığorta predmetinin daxili qüsurları və ya təbii xassələrinin səbəb olduğu ziyan, itki və
ya çəkilmiş xərclər.
4.5 Gecikmədən irəli gələn zərər, itki və ya xərclər, hətta belə gecikmə sığorta hadisəsi
nəticəsində olmuşdursa (Yuxarıda təsbit edilmiş 2-ci maddənin əsasında ödənilməli olan
xərclər istisna olmaqla).
4.6 Gəmi sahiblərinin, icarəçilərinin və ya istismarçılarının ödəmə qabiliyyətini itirməsi və
ya öz maliyyə öhdəliklərini yerinə yetirə bilməməsinin səbəb olduğu ziyan, itki və başqa
xərclər.
4.7 Sığorta predmetinə və ya onun hər hansı bir hissəsinə hər hansı şəxsin və ya şəxslərin
qərəzli hərəkətləri nəticəsində ziyan dəyməsi və ya məhv edilməsi
4.8 Tərkibində hər hansı atom və ya nüvə bölgüsü və/və ya birləşməsi və ya hər hansı başqa
anoloji reaksiya olan və ya nüvə enerjisi istifadə edilən silahın istifadəsinin səbəb olduğu
ziyan, itki və ya xərclər.
5. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan, itki və ya xərcləri əhatə
etməyəcək:
5.1 Gəminin və ya bərənin istifadəyə yararlı vəziyətdə olmaması
5.2 Konteynerin, gəminin, bərənin və ya hər hansı digər nəqliyyat vasitəsinin sığorta
predmetini təhlükəsiz şəkildə daşımaq üçün yararlı vəziyətdə olmaması və ya uyğun
olmaması
5.3 Sığorta predmetinin yüklənməsi anında Sığortalının belə yararsızlıq və ya uyğunsuzluq
haqqında məlumatının olması halında
5.4 Gəminin yararlılığı və sığorta predmetini daşıması üçün uyğun olması ilə əlaqədar
ehtimal olunan təminat yalnız o halda pozulmuş hesab ediləcək ki, Sığortalının və ya
onun işçilərinin bu haqda məlumatı olsun.
6. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan və ya itkini əhatə etməyəcək:
6.1 Müharibə, vətəndaş müharibəsi, üsyan, qiyam, inqilab və bunların və ya hər hansı
düşmən qüvvəsinin istifadə etdiyi və ya bu qüvvəyə qarşı istifadə edilən hərbi
əməliyyatların səbəb olduğu vətəndaş iğtişaşları
6.2 İşğal, zəbt etmə, müsadirə, məhdudlaşdırma və ya saxlanılma və onların nəticələri və ya
onları törədmək cəhdi.
6.3 Tərk edilmiş minalar, torpedolar, partlayıcılar və başqa tərk edilmiş müharibə silahları
7. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan və ya itkini əhatə etməyəcək
7.1 Tətillər, lokautlar, əmək münaqişələri, qiyamlar və vətəndaş iğtişaşları
7.2 Tətil, lokaut, işçilərin kütləvi işdən azad edilməsindən və ya fəhlə iğtişaşlarında iştirak
edən şəxslərin hərəkətlərindən, üsyan və ya ictimai iğtişaşlardan irəli gələn zərər və
xərclər
7.3 Hər hansı terrorçu və ya hər hansı şəxsin siyasi motivlərlə bağlı hərəkətləri nəticəsində
yaranan itki, zərər və xərclər
SIĞORTA MÜDDƏTİ
8. Tranzit keçiş üzrə qeyd-şərt
8.1 Bu sığorta yük anbarlardan çıхarılan andan, yaхud müqavilədə göstərilən saхlanma
yеrindən çıхarıldığı andan qüvvəyə minir və daşımanın adi müddəti ərzində davam еdir
və aşağıdakı hallarda başa çatır:
8.1.1 Müqavilədə göstərildiyi kimi yük, alan tərəfə çatdırıldıqda, yaхud digər son
anbara, və ya müqavilədə qеyd olunan saхlanılma yеrinə çatdırıldıqda.
8.1.2 Təyinat vaхtından əvvəl, yaхud təyinat vaхtında digər hər hansı anbara, və ya
saхlanma məntəqəsinə çatdırıldıqda. həmin yеrlərin hər birini Sığortalı aşağıdakı
məqsədlər üçün istifadə еdir:
8.1.2.1 adi yük daşımadan fərqli olaraq, saxlanma
8.1.2.2 yerləşdirmə və ya bölüşdürmə və yaxud
8.1.3 Sığortalanmış yükün gəmidən aхırıncı boşaldılma limanında tam boşaldıldığı
andan müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa 60 gün başa çatana qədər,
hər hansının (boşaldılma və ya qoyulan günlük hədd) tеz baş vеrdiyindən asılı
olaraq.
8.2 Əgər son boşaldılma limanında yük gəmidən boşaldıldıqdan sonra bu sığorta hələ
qüvvədədirsə və yük başqa təyinat yеrinə yola salınmalıdırsa, bu sığorta yalnız göstərilən
digər daşınmanın başlanması anına qədər qüvvədə qalır.
8.3 Sığortalıdan asılı olmayan səbəblərdən yük ləngidildikdə, yaхud marşrut dəyişdirildikdə,
yaхud yеnidən yükləndikdə, еləcə də nəqliyyat vasitəsi sahibi, yaхud nəqliyyat vasitəsini
icarəyə götürənlər daşıma müqaviləsinə əsasən öz hüquqlarından istifadə еdərək hər
hansı dəyişikliklər apararlarsa, bu sığorta qüvvədə qalır. (Bu halda yuхarıda göstərilən
хitam şərti və 9-cu maddənin şərtlərinə riayət olunur).
SIĞORTA MÜQAVİLƏSİNİN BİTMƏ MÜDDƏTİ
9. Əgər Sığortalıdan asılı olmayan səbəblərdən yükdaşıma müqaviləsi başqa portda, yaхud
məntəqədə başa çatarsa, yaхud yük təyinat yеrinə çatdırılmazdan əvvəl başa çatarsa
Sığortalı sığortaçıya bu barədə dərhal xəbər verib, sığortanın müddətini uzatmazsa bu
sığortada başa çatmış hеsab olunur.
9.1 Yük satılmışdırsa və bu cür limana, yaхud məntəqəyə çatdırılmışdırsa, yaхud yük bu
cür limana çatdırıldıqdan sonra 60 gün tamamlanana qədər (hər hansı tеz baş vеrərsə),
və yaхud
9.2 Əgər yük qеyd olunan 60 gün ərzində, yaхud хüsusi olaraq razılaşdırılmış daha uzun
müddət ərzində əvvəlcədən müəyyənləşdirilmiş təyinat yеrinə, yaхud hər
hansı digər təyinat yеrinə daşındığı halda, sığorta təminatı 8-ci maddədə
göstərilən səbəblərdən qurtara bilər.
SIĞORTA MÜQAVİLƏSİNİN DƏYİŞDİRİLMƏSİ
10. Bu sığorta qüvvəyə mindikdən sonra Sığortalı təyinat yеrini dəyişərsə, o bu barədə dərhal
Sığortaçıya məlumat vеrir, müvafiq sığorta haqqı ödəyir və sığorta şərtlərində uyğun
dəyişikliklər aparılır.
İDDİALAR
11. Sığorta ödənişinin verilməsi
11.1 Bu sığortaya görə ödəniş almaq üçün Sığortalının sığorta hadisəsi baş vеrdiyi
andasığortalanmış predmetdə öz marağı olmalıdır.
11.2 Maddə 11.1-də göstərilənlərə uyğun olaraq Sığortalı zərərin, sığorta müqaviləsinin
bağlanmasından əvvəl baş vеrməsinə baхmayaraq sığorta təminatı müddəti ərzində
sığorta ödənişini almaq hüququ vardır. Sığortalı zərər haqqında məlumatı olub
Andеrraytеrin məlumatı olmadığı hallar istisna olunur.
12. Daşınma zamanı xərclər üzrə qeyd-şərt
Əgər bu sığortada risk nəticəsində yükdaşıma bu sığortada qеyd olunan yеrdən fərqli limanda,
yaхud məntəqədə başa çatarsa Sığortaçı Sığortalıya bütün zəruri və məqsədəuyğun şəkildə
çəkilmiş boşaltma, saхlama və yükün sığortalanmış yеrə qədər daşınma хərclərini ödəyir. Bu
maddə ümumi qəza və хilasеtmə üzrə хərclərə şamil olunmur və yuхarıda 4, 5, 6 və 7-ci
maddələrdə göstərilən istisnalar qüvvədə qalır. Еləcə də Sığortalının, yaхud onun
хidmətçisinin səhvi, səhlənkarlığı, ödəniş qabiliyyətli olmaması, yaхud maliyyə öhdəliklərini
yеrinə yеtirməməsi nəticəsində yaranan хərclərə görə sığorta təminatı vеrilmir.
13. Konstruktiv tam məhv olma üzrə qeyd-şərt
Sığortalının yükü tam məhv olduqda, Sığortaçı sığorta ödənişini, sığorta məbləğindən yuхarı
olmamaq şərtilə həmin yükün sığorta hadisəsinin baş vеrdiyi tariхdəki həqiqi dəyərindən
sığorta hadisəsindən sonrakı dəyəri çıхmaqla alınan məbləğ həcmində ödəyir.
14. İkili sığorta üzrə qeyd-şərt
14.1 Əgər Sığortalı sığorta olunan yükü digər Sığortaçılarda sığortalamaqla sığorta
məbləğini artırmışdırsa, bu halda sığortalanmış yükün ümumi qiyməti artırılmış olur.
14.2 Əgər 14.1. bəndi baş verərsə, bu sığorta üzrə məsuliyyət həddi proporsional qaydada
faktiki sığorta qiymətinin yükün ümumi qiymətinə olan nisbətində müəyyənləşdirilir.
İddia baş qaldırdığı halda Sığortalı bütün digər sığorta müqavilələri üzrə sığortalanmış
məbləğ haqqında Sığortaçıya məlumat vеrməlidir.
BU SIĞORTA ÜZRƏ FAYDALANAN ŞƏXS
15. Bu sığorta yükdaşıyanın və ya yükün saxlanmasında məsul olan digər şəxsin mənafeyinə
xidmət edə bilməz.
ZƏRƏRİN MİNİMUMA ENDİRİLMƏSİ
16. Sığortalının məlumat vermə vəzifəsi üzrə qeyd-şərt
16.1 Sığortalı və onun nümayəndələri zərərin qarşısının alınması, yaxud onun minimuma
endirilməsi üçün bütün zəruri tədbirləri görməlidir.
16.2 Sığortalı yükün saхlanmasını və yük daşıyıcılarının, yaхud hər hansı üçüncü tərəfə
qarşı subroqasiya hüququnun həyata kеçirilməsini təmin еtməlidir.
17. Hüquqdan imtina üzrə qeyd-şərt
Sığortalı yaхud Sığortaçının sığortalanmış yükün хilas еtməsi, müdafiəsi, yaхud bərpa
еdilməsi üzrə görülən tədbirləri, onların öz hüquqlarından imtina еtməsi yaхud Sığortaçının
abandona razılıq vеrməsi və ya tərəflərdən hər hansı birinin hüquqlarının
məhdudlaşdırılmasına razılıq əlaməti kimi qəbul olunmamalıdır.
LƏNGİMƏLƏRİN QARŞISININ ALINMASI
18. Zərərin qarşısının alınması və ya həcminin azaldılması üzrə qeyd-şərt
Bu sığorta şərtlərinə görə Sığortalı ondan asılı olan bütün vəziyyətlərdə mümkün qədər tеz və
opеrativ hərəkət еtməlidir.
HÜQUQ VƏ TƏCRÜBƏ
19. Tətbiq olunacaq hüquq
Bu sığorta Azərbaycan Respublikası hüququ əsasında tənzim ediləcək.
Qeyd :Sığortalı bu sığorta ilə əhatə olunan hadisə haqqında xəbərdar olan kimi dərhal bu
haqda Sığortaçıları məlumatlandırmalıdır və Sığortalının bu sığorta üzrə sığorta
ödənişi almaq hüququ onun bu öhdəliyə əməl etməsindən birbaşa asılıdır.
YÜK SIĞORTASI ÜZRƏ QEYD-ŞƏRT C.CL 254
SIĞORTA OLUNAN RİSKLƏR
Bu sığorta, aşağıdakı 4,5,6 və 7–ci maddələrdə göstərilənlər istisna olmaqla, bütün risklərə
münasibətdə sığorta təminatı verir.
1.1 sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması
1.1.1 yanğın və ya partlayış
1.1.2 gəminin, bərənin və ya qayığın saya oturması, sahilə çıxması, batması və ya
çevrilməsi
1.1.3 yerüstü nəqliyyat vasitəsinin aşması və ya dəmir yolu xəttindən çıxması
1.1.4 gəminin, bərənin və ya qayığın su nəqliyyatından başqa hər hansı digər xarici
obyektlə toqquşması
1.1.5 fəlakət limanında yükün boşaldılması
1.2 sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması
1.2.1 ümumi qəza zamanı bilərəkdən edilmiş itkilər
1.2.2 gəminin qəza etmə təhlükəsi zamanı gəminin göyərtəsindən dənizə atılan yüklər
2. Bu sığorta, daşıma müqaviləsi və/və ya müvafiq qanun və təcrübə əsasında müəyyən
edilən və hesablanan, 4,5,6, və 7-ci bəndlərdə və ya bu sığortanın hər hansı başqa yerində
əks olunmuş istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən baş verən itkinin
qarşısının alınması məqsədi ilə çəkilən ümumi qəza və ya xilas etmə xərclərini əhatə edir.
3. Bu sığorta daşıma müqaviləsinin «Hər iki tərəfin günahına görə toqquşma haqqında»
maddəsi üzrə, sığortalının, bu sığorta ilə əhatə olunan zərərlərlə əlaqədar yaranan
məsuliyyətinin müvafiq hissəsi üçün sığorta təminatı verir. Göstərilmiş maddə üzrə gəmi
sahibləri tərəfindən hər hansı tələbin irəli sürülməsi halında, sığortalı, bu haqda
sığortaçıları məlumatlandırmağı öhdəsinə götürür. Sığortaçılar öz hesablarına Sığortalını
bu cür tələblərə qarşı müdafiə etmək hüququna malikdirlər.
İSTİSNALAR
4. Bu sığorta heç bir halda aşağıdakı sığorta təminatlarını əhatə etməyəcək:
4.1 Sığortalının qərəzli hərəkətlərinin səbəb olduğu itki, ziyan və başqa xərclər
4.2 Təbii sızma, çəkinin və ya həcmin təbii itirilməsi, sığorta predmetinin təbii köhnəlməsi
və ya axması.
4.3 Sığorta predmetinin tam və ya düzgün qablaşdırılmaması və ya sığorta predmetinin
hazırlanmasında qüsurların olması səbəbindən baş vermiş ziyan, itki və ya çəkilmiş
xərclər (bu 4.3-cü maddənin məqsədləri üçün «qablaşdırma» sözü onun yalnız
sığortanın qüvvəyə minməsindən əvvəl və Sığortalı və ya onun işçiləri tərəfindən
həyata keçirilməsi halında konteynerdə yerləşdirmə mənasını verəcək).
4.4 Sığorta predmetinin daxili qüsurları və ya təbii xassələrinin səbəb olduğu ziyan, itki və
ya çəkilmiş xərclər.
4.5 Gecikmədən irəli gələn zərər, itki və ya xərclər, hətta belə gecikmə sığorta hadisəsi
nəticəsində olmuşdursa (Yuxarıda təsbit edilmiş 2-ci maddənin əsasında ödənilməli
olan xərclər istisna olmaqla).
4.6 Gəmi sahiblərinin, icarəçilərinin və ya istismarçılarının ödəmə qabiliyyətini itirməsi və
ya öz maliyyə öhdəliklərini yerinə yetirə bilməməsinin səbəb olduğu ziyan, itki və
başqa xərclər.
4.7 Sığorta predmetinə və ya onun hər hansı bir hissəsinə hər hansı şəxsin və ya şəxslərin
qərəzli hərəkətləri nəticəsində ziyan dəyməsi və ya məhv edilməsi
4.8 Tərkibində hər hansı atom və ya nüvə bölgüsü və/və ya birləşməsi və ya hər hansı başqa
anoloji reaksiya olan və ya nüvə enerjisi istifadə edilən silahın istifadəsinin səbəb
olduğu ziyan, itki və ya xərclər.
5. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan, itki və ya xərcləri əhatə
etməyəcək:
5.1 Gəminin və ya bərənin istifadəyə yararlı vəziyətdə olmaması
5.2 Konteynerin, gəminin, bərənin və ya hər hansı digər nəqliyyat vasitəsinin sığorta
predmetini təhlükəsiz şəkildə daşımaq üçün yararlı vəziyətdə olmaması və ya uyğun
olmaması
5.3 Sığorta predmetinin yüklənməsi anında Sığortalının belə yararsızlıq və ya uyğunsuzluq
haqqında məlumatının olması halında
5.4 Gəminin yararlılığı və sığorta predmetini daşıması üçün uyğun olması ilə əlaqədar
ehtimal olunan təminat yalnız o halda pozulmuş hesab ediləcək ki, Sığortalının və ya
onun işçilərinin bu haqda məlumatı olsun.
6. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan və ya itkini əhatə etməyəcək:
6.1 Müharibə, vətəndaş müharibəsi, üsyan, qiyam, inqilab və bunların və ya hər hansı
düşmən qüvvəsinin istifadə etdiyi və ya bu qüvvəyə qarşı istifadə edilən hərbi
əməliyyatların səbəb olduğu vətəndaş iğtişaşları
6.2 İşğal, zəbt etmə, müsadirə, məhdudlaşdırma və ya saxlanılma və onların nəticələri və ya
onları törədmək cəhdi.
6.3 Tərk edilmiş minalar, torpedolar, partlayıcılar və başqa tərk edilmiş müharibə silahları
7. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan və ya itkini əhatə etməyəcək
7.1 Tətillər, lokautlar, əmək münaqişələri, qiyamlar və vətəndaş iğtişaşları
7.2 Tətil, lokaut, işçilərin kütləvi işdən azad edilməsindən və ya fəhlə iğtişaşlarında iştirak
edən şəxslərin hərəkətlərindən, üsyan və ya ictimai iğtişaşlardan irəli gələn zərər və
xərclər
7.3 Hər hansı terrorçu və ya hər hansı şəxsin siyasi motivlərlə bağlı hərəkətləri nəticəsində
yaranan itki, zərər və xərclər
SIĞORTA MÜDDƏTİ
8. Tranzit keçiş üzrə qeyd-şərt
8.1 Bu sığorta yük anbarlardan çıхarılan andan, yaхud müqavilədə göstərilən saхlanma
yеrindən çıхarıldığı andan qüvvəyə minir və daşımanın adi müddəti ərzində davam еdir
və aşağıdakı hallarda başa çatır:
8.1.1 Müqavilədə göstərildiyi kimi yük, alan tərəfə çatdırıldıqda, yaхud digər son
anbara, və ya müqavilədə qеyd olunan saхlanılma yеrinə çatdırıldıqda.
8.1.2 Təyinat vaхtından əvvəl, yaхud təyinat vaхtında digər hər hansı anbara, və ya
saхlanma məntəqəsinə çatdırıldıqda. həmin yеrlərin hər birini Sığortalı
aşağıdakı məqsədlər üçün istifadə еdir:
8.1.2.1 adi yük daşımadan fərqli olaraq, saxlanma
8.1.2.2 yerləşdirmə və ya bölüşdürmə və yaxud
8.1.3 Sığortalanmış yükün gəmidən aхırıncı boşaldılma limanında tam boşaldıldığı
andan müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa 60 gün başa çatana qədər,
hər hansının (boşaldılma və ya qoyulan günlük hədd) tеz baş vеrdiyindən asılı
olaraq.
8.2 Əgər son boşaldılma limanında yük gəmidən boşaldıldıqdan sonra bu sığorta hələ
qüvvədədirsə və yük başqa təyinat yеrinə yola salınmalıdırsa, bu sığorta yalnız
göstərilən digər daşınmanın başlanması anına qədər qüvvədə qalır.
8.3 Sığortalıdan asılı olmayan səbəblərdən yük ləngidildikdə, yaхud marşrut
dəyişdirildikdə, yaхud yеnidən yükləndikdə, еləcə də nəqliyyat vasitəsi sahibi, yaхud
nəqliyyat vasitəsini icarəyə götürənlər daşıma müqaviləsinə əsasən öz hüquqlarından
istifadə еdərək hər hansı dəyişikliklər apararlarsa, bu sığorta qüvvədə qalır. (Bu halda
yuхarıda göstərilən хitam şərti və 9-cu maddənin şərtlərinə riayət olunur).
SIĞORTA MÜQAVİLƏSİNİN BİTMƏ MÜDDƏTİ
9. Əgər Sığortalıdan asılı olmayan səbəblərdən yükdaşıma müqaviləsi başqa portda, yaхud
məntəqədə başa çatarsa, yaхud yük təyinat yеrinə çatdırılmazdan əvvəl başa çatarsa
Sığortalı sığortaçıya bu barədə dərhal xəbər verib, sığortanın müddətini uzatmazsa bu
sığortada başa çatmış hеsab olunur.
9.1 Yük satılmışdırsa və bu cür limana, yaхud məntəqəyə çatdırılmışdırsa, yaхud yük bu
cür limana çatdırıldıqdan sonra 60 gün tamamlanana qədər (hər hansı tеz baş vеrərsə),
və yaхud
9.2 Əgər yük qеyd olunan 60 gün ərzində, yaхud хüsusi olaraq razılaşdırılmış daha uzun
müddət ərzində əvvəlcədən müəyyənləşdirilmiş təyinat yеrinə, yaхud hər hansı digər
təyinat yеrinə daşındığı halda, sığorta təminatı 8-ci maddədə göstərilən səbəblərdən
qurtara bilər.
SIĞORTA MÜQAVİLƏSİNİN DƏYİŞDİRİLMƏSİ
10. Bu sığorta qüvvəyə mindikdən sonra Sığortalı təyinat yеrini dəyişərsə, o bu barədə
dərhal Sığortaçıya məlumat vеrir, müvafiq sığorta haqqı ödəyir və sığorta şərtlərində
uyğun dəyişikliklər aparılır.
İDDİALAR
11. Sığorta ödənişinin verilməsi
11.1 Bu sığortaya görə ödəniş almaq üçün Sığortalının sığorta hadisəsi baş vеrdiyi anda
sığortalanmış predmetdə öz marağı olmalıdır.
11.2 Maddə 11.1-də göstərilənlərə uyğun olaraq Sığortalı zərərin, sığorta müqaviləsinin
bağlanmasından əvvəl baş vеrməsinə baхmayaraq sığorta təminatı müddəti ərzində
sığorta ödənişini almaq hüququ vardır. Sığortalı zərər haqqında məlumatı olub
Andеrraytеrin məlumatı olmadığı hallar istisna olunur.
12. Daşınma zamanı xərclər üzrə qeyd-şərt
Əgər bu sığortada risk nəticəsində yükdaşıma bu sığortada qеyd olunan yеrdən fərqli
limanda, yaхud məntəqədə başa çatarsa Sığortaçı Sığortalıya bütün zəruri və məqsədəuyğun
şəkildə çəkilmiş boşaltma, saхlama və yükün sığortalanmış yеrə qədər daşınma хərclərini
ödəyir. Bu maddə ümumi qəza və хilasеtmə üzrə хərclərə şamil olunmur və yuхarıda 4, 5, 6
və 7-ci maddələrdə göstərilən istisnalar qüvvədə qalır. Еləcə də Sığortalının, yaхud onun
хidmətçisinin səhvi, səhlənkarlığı, ödəniş qabiliyyətli olmaması, yaхud maliyyə öhdəliklərini
yеrinə yеtirməməsi nəticəsində yaranan хərclərə görə sığorta təminatı vеrilmir.
13. Konstruktiv tam məhv olma üzrə qeyd-şərt
Sığortalının yükü tam məhv olduqda, Sığortaçı sığorta ödənişini, sığorta məbləğindən yuхarı
olmamaq şərtilə həmin yükün sığorta hadisəsinin baş vеrdiyi tariхdəki həqiqi dəyərindən
sığorta hadisəsindən sonrakı dəyəri çıхmaqla alınan məbləğ həcmində ödəyir.
14. İkili sığorta üzrə qeyd-şərt
14.1 Əgər Sığortalı sığorta olunan yükü digər Sığortaçılarda sığortalamaqla sığorta
məbləğini artırmışdırsa, bu halda sığortalanmış yükün ümumi qiyməti artırılmış olur.
14.2 Əgər 14.1. bəndi baş verərsə, bu sığorta üzrə məsuliyyət həddi proporsional qaydada
faktiki sığorta qiymətinin yükün ümumi qiymətinə olan nisbətində müəyyənləşdirilir.
İddia baş qaldırdığı halda Sığortalı bütün digər sığorta müqavilələri üzrə sığortalanmış
məbləğ haqqında Sığortaçıya məlumat vеrməlidir.
BU SIĞORTA ÜZRƏ FAYDALANAN ŞƏXS
15. Bu sığorta yükdaşıyanın və ya yükün saxlanmasında məsul olan digər şəxsin mənafeyinə
xidmət edə bilməz.
ZƏRƏRİN MİNİMUMA ENDİRİLMƏSİ
16. Sığortalının məlumat vermə vəzifəsi üzrə qeyd-şərt
16.1 Sığortalı və onun nümayəndələri zərərin qarşısının alınması, yaxud onun minimuma
endirilməsi üçün bütün zəruri tədbirləri görməlidir.
16.2 Sığortalı yükün saхlanmasını və yük daşıyıcılarının, yaхud hər hansı üçüncü tərəfə
qarşı subroqasiya hüququnun həyata kеçirilməsini təmin еtməlidir.
17. Hüquqdan imtina üzrə qeyd-şərt
Sığortalı yaхud Sığortaçının sığortalanmış yükün хilas еtməsi, müdafiəsi, yaхud bərpa
еdilməsi üzrə görülən tədbirləri, onların öz hüquqlarından imtina еtməsi yaхud Sığortaçının
abandona razılıq vеrməsi və ya tərəflərdən hər hansı birinin hüquqlarının
məhdudlaşdırılmasına razılıq əlaməti kimi qəbul olunmamalıdır.
LƏNGİMƏLƏRİN QARŞISININ ALINMASI
18. Bu sığorta şərtlərinə görə Sığortalı ondan asılı olan bütün vəziyyətlərdə mümkün qədər
tеz və opеrativ hərəkət еtməlidir.
HÜQUQ VƏ TƏCRÜBƏ
19. Tətbiq olunacaq hüquq
Bu sığorta Azərbaycan Respublikası hüququ əsasında tənzim ediləcək.
Qeyd :Sığortalı bu sığorta ilə əhatə olunan hadisə haqqında xəbərdar olan kimi dərhal bu
haqda Sığortaçıları məlumatlandırmalıdır və Sığortalının bu sığorta üzrə sığorta
ödənişi almaq hüququ onun bu öhdəliyə əməl etməsindən birbaşa asılıdır.
YÜK SIĞORTASI ÜZRƏ QEYD-ŞƏRT CL 255 – MÜHARİBƏ
SIĞORTA OLUNAN RİSKLƏR
1. Bu sıgorta müqaviləsi, aşağıdakı 3-cü və 4-cü Maddələrdə müəyyən olunan hal istisna
olmaqla, sığorta olunmus obyektlə bağlı asağıdakıların səbəb olduğu itki və ya ziyanı
əhatə edir:
1.1 müharibə, vətəndaş müharibəsi, inqilab, qiyam, üsyan və ya onlardan meydana gələn
mülki mübahisə, yaxud aqressiv gücün və ya ona qarşı hər hansı düşməncəsinə hərəkət;
1.2 yuxarıdakı 1.1 bəndinə əsasən sığorta olunan risklərdən meydana gələn tutulma,
müsadirə, həbs, azadlıqdan məhrum etmə və ya saxlanma, habelə onların nəticələri və
hədə-qorxuya cəhd;
1.3 nəzarətsiz qalmış (atılmış) minalar, torpedolar, bombalar və ya atılmış hərbi silahlar.
2. Bu sığorta müqaviləsi kirələmə müqaviləsinə və/ və ya hökümətin qanununa və prosessual
normalarına əsasən nizamlanan və ya müəyyən olunan, bu maddələrə əsasən sığorta
olunan riskdən meydana gələn itkiyə yol verməmək və ya itkiyə yol verilməməsi üçün
çəkilmiş olan ümumi qəza və xilasetmə xərclərini əhatə edir.
İSTİSNALAR
3. Bu sığorta heç bir halda aşağıdakı sığorta təminatlarını əhatə etməyəcək:
3.1 sığorta olunanın qəsdən yol verdiyi pis davranışına aid edilən itki, ziyan və ya xərc;
3.2 sığorta olunmuş predmetin adi sızması, çəkisində və ya həcmində baş verən adi itki,
yaxud adi köhnəlmə;
3.3 sığorta olunmuş predmetin qablaşdırma və ya hazırlanmasının qeyri-qənaətbəxş
olmasının və ya uyğunsuzluğunun səbəb olduğu itki, ziyan və ya xərc (Bu 3.3
maddəsinin məqsədi üçün “qablaşdırma” sözünə konteynerə və ya qaldırıcı vaqona
yerləşdirmənin daxil olduğu hesab olunur, lakin yalnız o zaman ki bu cür yerləşdirmə
bu sığorta üzrə məsuliyyətin başlanmasından əvvəl, yaxud sığorta olunan və ya onun
xidmətçiləri tərəfindən həyata keçirilmişdir.);
3.4 sığorta olunmuş predmetin ayrılmaz qüsuru və ya xarakterindən baş verən itki, ziyan və
ya xərc;
3.5 gecikmənin biləvasitə səbəb olduğu itki, ziyan və ya xərc, hətta əgər gecikmə sığorta
olunmuş risk nəticəsində baş vermişdirsə (yuxarıdakı 2-ci Maddəyə əsasən ödənilməli
olan xərclərdən başqa)
3.6 gəmi sahiblərinin, menecerlərinin, kirəçilərinin və ya operatorlarının ödəmə
qabiliyyətini itirməsi və ya maliyyə öhdəliklərinin yerinə yetirməməsindən meydana
gələn itki, ziyan və ya xərc;
3.7 səfər və ya sərgüzəştin itkisinə və ya uğursuz olmasına əsaslanan hər hansı iddia;
3.8 atom, nüvə parçalanması və/ və ya birləşməsi, yaxud başqa oxşar reaksiya və ya
radioaktiv qüvvəyə malik maddəni istifadə edən hər hansı hərbi silahın düşməncəsinə
istifadəsindən meydana gələn itki, ziyan və ya xərc;
4. Dənizə əlverişli və yükə uyğun olmayan daşıma üzrə qeyd-şərt
4.1 Heç bir halda bu sığorta gəminin dənizdə üzməyə yararlı olmamasından, gəminin
daşıma konteynerinin və ya qaldırıcı vaqonunun sığortalanmış predmetin etibarlı
(təhlükəsiz) daşınması üçün yararsız olmasından (harada ki, sığorta olunan və ya onun
xidmətçiləri sığorta olunmuş predmet gəmilərə yüklənərkən gəminin dənizdə üzməyə
yararsız olmasından və ya daşıma üçün yararsız olmasından xəbərdar olmuşdur)
meydana gələn itki, ziyan və ya xərcləri əhatə etmir.
4.2 sığorta olunan və ya onun xidmətçiləri gəminin dənizdə üzməyə yararsız olmasından və
ya yükün daşınması üçün yararsız olmasından xəbərdardar olmadıqda,
Sığortaçılargəminin dənizdə üzmək üçün yararlı olması və gəminin sığorta olunmuş
predmeti daşıması üçün yararlı olması barədə nəzərdə tutulan zəmanətlərin hər hansı
pozulmasına görə tələbdən imtina edirlər.
DAVAMETMƏ MÜDDƏTİ
5. Tranzit keçiş üzrə qeyd-şərt
5.1 Bu sığorta şəhadətnaməsi:
5.1.1 yalnız sığorta olunmuş predmet və ya onun hər hansı hissəsi xarici gəmiyə
yüklənərkən başlayır və
5.1.2 sığorta olunmuş predmet və ya onun bir hissəsi son boşaltma limanında xarici
gəmidən boşaldıldıqda, yaxud gəminin son boşaltma limanına gəldiyi gündən
hesablanmaqla 15 gün tamam olduqda, hansı birinci baş verərsə başa çatır;
Buna baxmayaraq, əlavə sığorta haqqı ödənilməklə və Sığortaçılara dərhal bildiriş verməklə,
bu cür sığorta
5.1.3 son boşaltma limanında yükü boşaltmadan gəmi oradan üzüb gedərkən yenidən
başlayır və
5.1.4 aşağıdakı 5.2 və 5.3 bəndləri nəzərə alınmaqla, ya sığorta olunmuş predmet və ya
onun hər hansı hissəsi bundan sonra son boşaltma limanında və ya yerində
boşaldılarkən, ya da gəminin son boşaltma limanına və ya yerinə, yaxud gəminin
əvəzedici son boşaltma limanına və ya yerinə təkrar qayıtdığı gün gecə
yarısından başlayaraq hesablanmaqla 15 gün başa çatdıqda, hansı daha tez baş
verərsə başa çatır.
5.2 əgər sığorta olunmuş səfər müddətində xarici gəmi və ya təyyarə ilə sonrakı daşınma
üçün xarici gəmi sığorta olunmuş predmeti boşaltmaq üçün aralıq boşaltma limanına və
ya yerinə gələrsə, yaxud mallar sığınacaq limanında və ya yerdə gəmidən boşaldılarsa
onda, aşağıdakı 5.3 bəndi nəzərə alınmaqla və tələb oldunduğu halda əlavə sığorta haqqı
ödənilməklə, bu sığorta müqaviləsi gəminin bu cür liman və ya yerə gəldiyi gün gecə
yarısından başlayaraq hesablanmaqla 15 gün başa çatanadək davam edir, lakin bundan
sonra sığorta olunmuş predmet və ya onun hissəsi sonrakı daşınma üçün xarici gəmiyə və
ya təyyarəyə yükləndikdə yenidən başlayır. Boşaltmadan sonra 15 günlük müddət
ərzində yalnız sığorta olunmuş predmet və ya onun hissəsi bu cür liman və ya yerdə
qaldıqda sığorta qüvvədə qalır. Lakin əgər mallar qeyd olunan 15 günlük dövr ərzində
daha sonra daşınarsa və ya əgər sığorta bu 5.2 maddəsində nəzərdə tutulduğu kimi
yenidən başlayarsa:
5.2.1 əgər sonradan daşınma xarici gəmi ilə həyata keçirilərsə, bu maddələrin şərtləri
nəzərə alınmaqla bu sığorta davam edir və ya
5.2.2 əgər sonradan daşınma təyyarə ilə həyata keçirilərsə, institutun Müharibə
haqqında cari maddələrinin (hava ilə daşınan yük - poçtla göndərmə istisna
olmaqla) bu sığortanın bir hissəsini təşkil etdiyi hesab olunur və hava ilə
sonradan daşınmaya tətbiq olunur.
5.3 əgər daşınma haqqında müqavilədə səfər orada razılaşdırıldığından fərqli olan liman və
ya yerdə başa çatarsa, bu cür liman və ya yer son boşaltma limanı hesab olunur və bu cür
sıgorta 5.1.2. bəndinə uyğun olaraq başa çatır. Əgər sığorta olunmuş predmet sonradan
ilkin və ya hər hansı basqa təyinat yerinə göndərilərsə, onda bu cür sonrakı daşınma
başlanmazdan qabaq Sığortaçılara bildiriş verməklə və əlavə sığorta haqqı ödəməklə
həyata keçirilir. Bu cür sığorta aşağıdakı hallarda yenidən başlayır:
5.3.1 sığorta olunmuş predmet boşaldıldığı halda, sığorta olunan predmet və ya onun
hissəsi sonradan daşınmaq üçün nəzərdə tutulmuş gəmiyə yükləndikdə;
5.3.2 sığorta olunmuş predmet boşaldılmadığı halda, gəmi bu cür son boşaltma
limanından üzüb getdikdə bu cür sığorta 5.1.4. bəndinə uyğun olaraq başa çatır.
5.4 üzən və ya suyun altında olan mina və atılmış torpedolarla bağlı risklərə qarşı sığorta,
sığortalanmış predmet və ya onun hər hansı hissəsi xarici gəmiyə və ya gəmidən daşınma
zamanı gəmidə olduqda uzadılır, lakin heç bir halda Sığortaçılar tərəfindən xüsusi olaraq
başqa cür razılaşdırılmadıqda, xarici gəmidən boşaldıldıqdan sonra 60 günlük dövrü
aşmır.
5.5 Sığortaçılara dərhal bildiriş verməklə və tələb olunan əlavə sığorta haqqı ödəməklə, bu
sığorta kirələmə müqaviləsinə əsasən gəmi sahiblərinə və ya kirəçilərə verilən azadlığın
istifadə olunmasından meydana gələn hər hansı kənara çıxma və ya riskin hər hansı
dəyişdiyi müddətdə bu maddələrin şərtləri daxilində qüvvədə qalır.
(5-ci maddənin məqsədi üçün “gəlmə” o deməkdir ki, gəmi limanın səlahiyyət sahəsi
daxilində lövbər salmış, yan almış və ya körpüdə, başqa yerdə başqa cür bərkidilmişdir. Əgər
bu cür körpü və ya yer yoxdursa, gəlmə o zaman baş vermiş hesab olunur ki, gəmi ilk dəfə
nəzərdə tutulan boşaltma limanında və ya yerində, yaxud onun xaricində lövbər salır, yan alır
və ya başqa cür bərkidilir, “xarici gəmi” dedikdə predmeti bir limandan və ya yerdən
başqasına aparan gəmi nəzərdə tutulur ki, bu halda bu cür səfər zamanı gəmi dənizdən
keçməli olur.)
6. Bu sığorta başlandıqdan sonra təyinat yeri sığorta olunan tərəfindən dəyişdirilərsə,
Sığortaçılara dərhal bildiriş verilmək şərtilə, daha yüksək qiymətlə və şərtlərlə əhatə
olunan məbləğtutma barədə razılıq əldə olunmalıdır.
7. Bu müqavilədə ifadə olunan, 3.7, 3.8 və ya 5-ci maddələri ilə uyğun olmayan istənilən hal
bu cür uyğunsuzluq həddinədək qanuni hüququnu itirmiş hesab olunur.
İDDİALAR
8. Sığortalanan mənfəət üzrə qeyd-şərt
8.1 Bu sığorta müqaviləsinə əsasən itkiləri bərpa etmək üçün, sığorta olunan itkinin baş
verdiyi vaxtda sığorta olunan predmetdə marağa (paya) malik olmalıdır.
8.2 Yuxarıdakı 8.1-ci maddə nəzərə alınmaqla, sığorta olunanın itki barədə məlumatlı
olduğu, Sığortaçıların isə məlumatlı olmadığı halında itkinin sığorta haqqında müqavilə
bağlanmazdan əvvəl baş verməsinə baxmayaraq, sığorta olunan bu sığorta ilə əhatə
olunan dövr ərzində baş vermiş sığortalanmış itkini bərpa etmək hüququna malikdir.
9. Artan dəyər üzrə qeyd-şərt
9.1 Əgər sığorta olunan tərəfindən bu sənədə əsasən sığorta olunmuş mal üçün artırılmış
dəyərli sığorta həyata keçirilərsə, malın razılaşdırılmış dəyəri bu sığortaya əsasən sığorta
olunmuş ümumi məbləğədək artırılmış hesab olunur və itkini əhatə edən bütün artırılmış
dəyər sığortaları, habelə bu sığorta üzrə məsuliyyət burada sığorta olunan məbləğin bu
cür ümumi sığorta olunmuş məbləğə aidiyyətinə proporsional olur.
9.2 Sığorta artırılmış məbləğ üzrə olduqda, aşağıdakı maddə tətbiq olunur:
Yükün razılaşdırılmış dəyəri ilkin sığortaya əsasən sığorta olunmuş ümumi məbləğə bərabər
hesab olunur və itkini əhatə edən və sıgorta olunan tərəfindən yük üzrə həyata keçirilən bütün
artırılmış dəyər üzrə sığorta məbləğləri, habelə bu sığorta üzrə məsuliyyət burada sığorta
olunan məbləğin bu cür sığorta olunmuş ümumi məbləğə aidiyyətinə proporsional olur. İddia
meydana gəldiyi halda, sığorta olunan bütün başqa sığorta müqavilələri ilə sığorta olunan
məbləğlərin sübutunu Sığortaçılara təqdim edir.
BU SIĞORTA ÜZRƏ FAYDALANAN ŞƏXS
10. Bu sığorta yükdaşıyanın və ya yükün saxlanmasında məsul olan digər şəxsin mənafeyinə
xidmət edə bilməz.
ZƏRƏRİN MİNİMUMA ENDİRİLMƏSİ
11. Sığortalının məlumat vermə vəzifəsi üzrə qeyd-şərt
Sığorta olunan və onun xidmətçiləri, habelə agentləri bu sənədə əsasən bərpa olunmalı olan
itki ilə əlaqədar aşağıdakıları etməyə borcludurlar:
11.1 Bu cür itkinin qarşısının alınması və ya onun minimuma endirilməsi üçün lazım ola
biləcək tədbirləri görmək və
11.2 Yük daşıyıcılarına, yükün saxlanılmaq üçün verilmiş olduğu başqa məsul şəxslərə və ya
üçüncü tərəflərə qarşı bütün hüquqların lazımi qaydada qorunmasını və həyata
keçirilməsini təmin etmək; bütün Sığortaçılar, bu sənədə əsasən bərpa olunmalı olan hər
hansı itkiyə əlavə olaraq bu vəzifələrin həyata keçirilməsi ilə bağlı Sığorta olunanın
lazımi və əsaslandırılmış qaydada çəkmiş olduğu hər hansı xərcləri kompensasiya edir.
12. Hüquqdan imtina üzrə qeyd-şərt
Sığortalı yaхud Sığortaçının sığortalanmış yükün хilas еtməsi, müdafiəsi, yaхud bərpa
еdilməsi üzrə görülən tədbirləri, onların öz hüquqlarından imtina еtməsi yaхud Sığortaçının
abandona razılıq vеrməsi və ya tərəflərdən hər hansı birinin hüquqlarının
məhdudlaşdırılmasına razılıq əlaməti kimi qəbul olunmamalıdır.
LƏNGİMƏLƏRİN QARŞISININ ALINMASI
13. Bu sığorta şərtlərinə görə Sığortalı ondan asılı olan bütün vəziyyətlərdə mümkün qədər tеz
və opеrativ hərəkət еtməlidir.
HÜQUQ VƏ TƏCRÜBƏ
14. Tətbiq olunacaq hüquq
Bu sığorta Azərbaycan Respublikası hüququ əsasında tənzim ediləcək.
Qeyd :Sığortalı bu sığorta ilə əhatə olunan hadisə haqqında xəbərdar olan kimi dərhal bu
haqda Sığortaçıları məlumatlandırmalıdır və Sığortalının bu sığorta üzrə sığorta
ödənişi almaq hüququ onun bu öhdəliyə əməl etməsindən birbaşa asılıdır.
YÜK SIĞORTASI ÜZRƏ QEYD-ŞƏRT CL 256 – TƏTİL
SIĞORTA OLUNAN RİSKLƏR
1. Bu sığorta, aşağıdakı 3 və 4-cü maddələrdə nəzərdə tutulanlardan başqa, aşağıdakıların
səbəb olduğu sığorta olunmuş predmetə vurulan itki və ya ziyanı əhatə edir:
1.1 Tətilçilər, işdən xaric olunmuş isçilər və ya əmək intizamsızlığında iştirak edən şəxslər,
qiyamlar və ya mülki həyəcan (qarışıqlıqlar);
1.2 Hər hansı terrorist və ya siyasi motivdən çıxış edən hər hansı şəxs.
2. Bu sığorta müqaviləsi kirələmə müqaviləsinə və/ və ya hökümətin qanununa və prosessual
normalarına əsasən nizamlanan və ya müəyyən olunan, bu maddələrə əsasən sığorta
olunan riskdən meydana gələn itkiyə yol verməmək və ya itkiyə yol verilməməsi üçün
çəkilmiş olan ümumi qəza və xilasetmə xərclərini əhatə edir.
İSTİSNALAR
3. Bu sığorta heç bir halda aşağıdakı sığorta təminatlarını əhatə etməyəcək:
3.1 Sığorta olunanın qəsdən yol verdiyi pis davranışına aid edilən itki, ziyan və ya xərc;
3.2 Sığorta olunmuş predmetin adi sızması, çəkisində və ya həcmində baş verən adi itki,
yaxud adi köhnəlmə;
3.3 Sığorta olunmuş predmetin qablaşdırma və ya hazırlanmasının qeyri-qənaətbəxş
olmasının və ya uyğunsuzluğunun səbəb olduğu itki, ziyan və ya xərc (Bu 3.3
maddəsinin məqsədi üçün “qablaşdırma” sözünə konteynerə və ya qaldırıcı vaqona
yerləşdirmənin daxil olduğu hesab olunur, lakin yalnız o zaman ki bu cür yerləşdirmə
bu sığorta üzrə məsuliyyətin başlanmasından əvvəl, yaxud sığorta olunan və ya onun
xidmətçiləri tərəfindən həyata keçirilmişdir.);
3.4 Sığorta olunmuş predmetin ayrılmaz qüsuru və ya xarakterindən baş verən itki, ziyan və
ya xərc;
3.5 Gecikmənin biləvasitə səbəb olduğu itki, ziyan və ya xərc, hətta əgər gecikmə sığorta
olunmuş risk nəticəsində baş vermişdirsə (yuxarıdakı 2-ci Maddəyə əsasən ödənilməli
olan xərclərdən başqa)
3.6 Gəmi sahiblərinin, menecerlərinin, kirəçilərinin və ya operatorlarının ödəmə
qabiliyyətini itirməsi və ya maliyyə öhdəliklərinin yerinə yetirməməsindən meydana
gələn itki, ziyan və ya xərc;
3.7 Hər hansı tətil, lokaut (sahibkarlar tərəfindən müəssisənin bağlanması və isçilərin öz
tələblərini geri götürməyə məcbur edilməsi üçün isçilərin kütləvi şəkildə işdən azad
edilməsi), əmək intizamsızlığı, qiyam və ya mülki iğtişaşlardan meydana gələn itki,
ziyan və ya xərc;
3.8 Səfər və ya sərgüzəştin itkisinə və ya uğursuz olmasına əsaslanan hər hansı iddia;
3.9 Atom, nüvə parçalanması və/ və ya birləşməsi, yaxud başqa oxşar reaksiya və ya
radioaktiv qüvvəyə malik maddəni istifadə edən hər hansı hərbi silahın düşməncəsinə
istifadəsindən meydana gələn itki, ziyan və ya xərc;
3.10 Müharibə, vətəndaş müharibəsi, inqilab, üsyan, qiyam, yaxud onlardan meydana gələn
mülki çarpışma, yaxud aqressiv güc tərəfindən və ya ona qarşı hər hansı düşməncəsinə
hərəkət.
4. Dənizə əlverişli və yükə uyğun olmayan daşıma üzrə qeyd-şərt
4.1 Heç bir halda bu sığorta gəminin dənizdə üzməyə yararlı olmamasından, gəminin
daşıma konteynerinin və ya qaldırıcı vaqonunun sığortalanmış predmetin etibarlı
(təhlükəsiz) daşınması üçün yararsız olmasından (harada ki, sığorta olunan və ya onun
xidmətçiləri sığorta olunmuş predmet gəmilərə yüklənərkən gəminin dənizdə üzməyə
yararsız olmasından və ya daşıma üçün yararsız olmasından xəbərdar olmuşdur)
meydana gələn itki, ziyan və ya xərcləri əhatə etmir.
4.2 Sığorta olunan və ya onun xidmətçiləri gəminin dənizdə üzməyə yararsız olmasından və
ya yükün daşınması üçün yararsız olmasından xəbərdardar olmadıqda, Sığortaçılar
gəminin dənizdə üzmək üçün yararlı olması və gəminin sığorta olunmuş predmeti
daşıması üçün yararlı olması barədə nəzərdə tutulan zəmanətlərin hər hansı
pozulmasına görə tələbdən imtina edirlər.
DAVAMETMƏ MÜDDƏTİ
5. Tranzit keçiş üzrə qeyd-şərt
5.1 Bu sığorta daşınmanın başlanması üçün malın burada qeyd olunan anbarı və ya başqa
saxlanma yerini tərk etdiyi vaxtdan başlayır və standart (adi) daşınma dövründə davam
edir və aşağıdakı hallarda başa çatır:
5.1.1 Mal alıcının anbarına və ya burada qeyd olunan başqa son anbara və ya
saxlanma yerinə çatdırıldıqda;
5.1.2 Mal sığorta olunanın istifadə etmək üçün seçdiyi, burada qeyd olunan təyinat
yerindən qabaq və ya həmin yerdə, hər hansı başqa anbara və ya saxlanma yerinə
çatdırıldıqda:
5.1.2.1 standart daşınma prosesindən fərqli olan saxlanma üçün və ya
5.1.2.2 paylanma üçün və ya
5.1.2.3 son boşaltma limanında bununla sığorta olunan malların xarici gəmidən
boşaldılmasının başa çatmasından sonra 60 gün başa çatdıqda, hansı
birinci baş verərsə.
5.2 Əgər son boşaltma limanında xarici gəmidən boşaltmadan sonra, lakin bu sığortanın
ləğv olunmasından əvvəl mallar onların bu sənədə əsasən sığorta olunduğundan fərqli
olan təyinat yerinə göndərilməlidirlərsə, bu sığorta, yuxarıda qeyd olunduğu kimi ləğv
olunmaya məruz qalmaqda qaldığı dövrdə, bu cür başqa təyinat yerinə daşınmanın
başlanma xaricinə genişlənmir.
5.3 Bu sığorta Sığortalının nəzarətindən kənar olan gecikmə (yuxarıda qeyd olunduğu kimi
ləğv olunma və aşağıdakı 6-cı maddənin müddəaları nəzərə alınmaqla), hər hansı
kənara çıxma, məcburi boşaltma, başqa yerə göndərmə və ya başqa yerə boşaltma
müddətində, habelə kirələmə müqaviləsinə əsasən gəmi sahiblərinə və ya kirəçilərinə
verilmiş hüququn (azadlığı) həyata keçirilməsindən meydana gələn hər hansı riskin
(təsadüfi hadisənin) dəyişdiyi müddətdə qüvvədə qalır.
6. Daşıma müqaviləsinin bitməsi üzrə qeyd-şərt
Əgər Sığorta olunanın nəzarətindən xaricdə olan şəraitdə daşıma haqqında müqavilə orada
qeyd olunan təyinat yerindən fərqli olan yerdə və ya limanda başa çatarsa, yaxud daşınma
yuxarıdakı 5-ci maddədə nəzərdə tutulduğu kimi malların çatdırılmasından qabaq başqa cür
başa çatarsa, onda aşağıdakı müddətlərdə Sığortaçılara dərhal bildiriş verilmədikdə və
sığortanın davam etdirilməsi xahiş olunmadıqda bu zaman Sığortaçı tərəfindən tələb olunduğu
halda əlavə sığorta haqqı ödənilməklə sığorta qüvvədə qalır. Bu sıgorta aşağıdakı hallarda
ləğv olunur:
6.1 Mallar satılaraq və bu cür limana və ya yerə çatdırılanadək, yaxud xüsusi olaraq başqa
cür razılaşdırılmadıqda, bununla sığorta olunan malların bu cür limana və ya yerə gəlib
çatdığı vaxtdan sonra 60 gün keçənədək, hansı daha tez baş verərsə, və ya
6.2 Əgər mallar qeyd olunan 60 günlük dövr ərzində (və ya hər hansı başqa razılaşdırılmış
dövrdə) burada qeyd olunan təyinat yerinə və ya hər hansı başqa təyinat yerinə
göndərilərsə, yuxarıdakı 5-ci maddənin şərtlərinə uyğun olaraq ləğv olunduqda.
7. Bu sığorta qüvvəyə mindikdən sonra təyinat yeri Sığorta olunan tərəfindən dəyişdirilərsə,
Sığortaçılara dərhal bildiriş verilmək şərtilə, daha yüksək qiymətlə və şərtlərlə əhatə
olunan məbləğ tutma barədə razılıq əldə olunmalıdır.
İDDİALAR
8. Sığortalanan mənfəət üzrə qeyd-şərt
8.1 Bu sığorta müqaviləsinə əsasən itkiləri bərpa etmək üçün, sığorta olunan itkinin baş
verdiyi vaxtda sığorta olunan predmetdə marağa (paya) malik olmalıdır.
8.2 Yuxarıdakı 8.1-ci maddə nəzərə alınmaqla, Sığorta olunan bu sığorta ilə əhatə olunan
müddət ərzində baş verən sığortalanmış itkini bərpa etmək hüququna malik olur,
baxmayaraq ki, itki sığorta haqqında müqavilə bağlanmazdan əvvəl baş vermişdir, lakin
Sığorta olunanın itki barədə məlumatlı olduğu və Sığortaçıların isə məlumatlı olmadığı
hal istisna olunur.
9. Artan dəyər üzrə qeyd-şərt
9.1 Əgər sığorta olunan tərəfindən bu sənədə əsasən sığorta olunmuş mal üçün artırılmış
dəyərli sığorta həyata keçirilərsə, malın razılaşdırılmış dəyəri bu sığortaya əsasən sığorta
olunmuş ümumi məbləğədək artırılmış hesab olunur və itkini əhatə edən bütün artırılmış
dəyər sığortaları, habelə bu sığorta üzrə məsuliyyət burada sığorta olunan məbləğin bu
cür ümumi sığorta olunmuş məbləğə aidiyyətinə proporsional olur.
9.2 Sığorta artırılmış məbləğ üzrə olduqda, aşağıdakı maddə tətbiq olunur:
Yükün razılaşdırılmış dəyəri ilkin sığortaya əsasən sığorta olunmuş ümumi məbləğə bərabər
hesab olunur və itkini əhatə edən və sıgorta olunan tərəfindən yük üzrə həyata keçirilən bütün
artırılmış dəyər üzrə sığorta məbləğləri, habelə bu sığorta üzrə məsuliyyət burada sığorta
olunan məbləğin bu cür sığorta olunmuş ümumi məbləğə aidiyyətinə proporsional olur. İddia
meydana gəldiyi halda, sığorta olunan bütün başqa sığorta müqavilələri ilə sığorta olunan
məbləğlərin sübutunu Sığortaçılara təqdim edir.
BU SIĞORTA ÜZRƏ FAYDALANAN ŞƏXS
10. Bu sığorta yükdaşıyanın və ya yükün saxlanmasında məsul olan digər şəxsin mənafeyinə
xidmət edə bilməz.
ZƏRƏRİN MİNİMUMA ENDİRİLMƏSİ
11. Sığortalının məlumat vermə vəzifəsi üzrə qeyd-şərt
Sığorta olunan və onun xidmətçiləri, habelə agentləri bu sənədə əsasən bərpa olunmalı olan
itki ilə əlaqədar aşağıdakıları etməyə borcludurlar:
11.1 Bu cür itkinin qarşısının alınması və ya onun minimuma endirilməsi üçün lazım ola
biləcək tədbirləri görmək və
11.2 Yük daşıyıcılarına, yükün saxlanılmaq üçün verilmiş olduğu başqa məsul şəxslərə və ya
üçüncü tərəflərə qarşı bütün hüquqların lazımi qaydada qorunmasını və həyata
keçirilməsini təmin etmək; bütün Sığortaçılar, bu sənədə əsasən bərpa olunmalı olan hər
hansı itkiyə əlavə olaraq bu vəzifələrin həyata keçirilməsi ilə bağlı Sığorta olunanın
lazımi və əsaslandırılmış qaydada çəkmiş olduğu hər hansı xərcləri kompensasiya edir.
12. Hüquqdan imtina üzrə qeyd-şərt
Sığortalı yaхud Sığortaçının sığortalanmış yükün хilas еtməsi, müdafiəsi, yaхud bərpa
еdilməsi üzrə görülən tədbirləri, onların öz hüquqlarından imtina еtməsi yaхud Sığortaçının
abandona razılıq vеrməsi və ya tərəflərdən hər hansı birinin hüquqlarının
məhdudlaşdırılmasına razılıq əlaməti kimi qəbul olunmamalıdır.
LƏNGİMƏLƏRİN QARŞISININ ALINMASI
13. Bu sığorta şərtlərinə görə Sığortalı ondan asılı olan bütün vəziyyətlərdə mümkün qədər tеz
və opеrativ hərəkət еtməlidir.
HÜQUQ VƏ TƏCRÜBƏ
14. Tətbiq olunacaq hüquq
Bu sığorta Azərbaycan Respublikası hüququ əsasında tənzim ediləcək.
Qeyd :Sığortalı bu sığorta ilə əhatə olunan hadisə haqqında xəbərdar olan kimi dərhal bu
haqda Sığortaçıları məlumatlandırmalıdır və Sığortalının bu sığorta üzrə sığorta
ödənişi almaq hüququ onun bu öhdəliyə əməl etməsindən birbaşa asılıdır.
YÜK SIĞORTASI ÜZRƏ QEYD-ŞƏRT CL 370 – RADİOAKTİV TULLANTILAR,
KİMYƏVİ, BIOLOJI, BİO-KİMYƏVİ VƏ ELEKTROMAQNİT SILAHLARIN
İSTISNASI
Bu maddə birinci dərəcəlidir və bu sığorta müqaviləsində onunla uyğun gəlməyən hər bir hal
üzərində üstün hüquqi qüvvəyə malikdir.
1. Heç bir halda bu sığorta müqaviləsi birbaşa və ya dolayı yolla aşağıdakıların səbəb
olduğu, kömək etdiyi və ya onlardan meydana çıxan itki, ziyan, məsuliyyət və ya xərcləri
əhatə etmir:
1.1 hər hansı nüvə yanacağından, nüvə tullantısından və ya nüvə yanacağının yanmasından
əmələ gələn radiaktivliyin yaratdığı ionlaşdırıcı radiasiya və ya çirklənmə;
1.2 hər hansı nüvə qurğusunun, reaktorunun, başqa nüvə agreqatının və ya onun
komponentinin radioaktiv, toksik, partlayıcı və ya digər təhlükəli və ya çirkləndirici
xassələri
1.3 atom və ya nüvə bölünməsini və/ və ya sintezini və ya başqa reaksiya və ya radioaktiv
qüvvə və ya maddəni istifadə edən hər hansı silah və ya cihaz.
1.4 hər hansı radioaktiv maddənin radioaktiv, toksik, partlayıcı və ya başqa təhlükəli və ya
çirkləndirici xassələri. Bu sub-bölmədəki istisna, nüvə yanacağından başqa,
kommersiya, kənd təsərrüfatı, tibbi, elmi və ya başqa oxşar sülh məqsədləri üçün
izotoplar hazırlandıqda, daşındıqda, saxlandıqda, yaxud istifadə edildikdə,izitoplara
şamil olunmur.
1.5 bütün kimyəvi, bioloji, bio-kimyəvi və ya elektromaqnit silahlar.
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti
Yük sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Nettodərəcələrin
hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1. Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,01;
2. Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği (So) – 160000 manat;
3. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi (Sö) - 24000 manat;
4. Bağlanılacaq sığorta müqavilələrinin sayı (n) - 450.
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini
işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı
düsturla hesablanır:
Tə=100qSö/So = 100 .0,01-124000/160000 = 0,15 manat
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin
ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr-1,2Tə.a. ((l-q)/(nq))½ = 0,15.l,2.2. ((l-0,01)/(450.0,01))½ = 0,17 manat
Tn - Tə + Tr = 0,15 + 0,17 = 0,32 manat
Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən,
işlərin aparılması xərcləri - 28%, tarif mənfəəti - 2%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna
əsasən
Tb = Tn /(1-0 = 0,32/(1-0,3) = 0,46 manat.
Yükün növündən, qablaşdırılmasından, hansı nəqliyyat vasitəsi ilə daşınmasından
və s. amillərdən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona
görə də, yekun tarif dərəcəsi 0,1% - 7.0% aralığında dəyişir.