Dəzgah sınması sığortası

Bu sığorta növü, stasionar maşın və mexanizmlərin, avadanlıqların və digər dəzgahların gözlənilməz sınması nəticəsində şəxslərin əmlak maraqlarına dəyən zərərlərlə əlaqəlidir.

“Xalq Sığorta” ASC sınaq müddəti başa çatdıqdan sonra gözlənilməz şəraitlə bağlı (sənaye qəzaları, yararsız materiallar, qısa qapanmalar, su səviyyəsinin dəyişməsi, personalın səhvi, təxribat və s.) avadanlıqlara və cihazlara dəyən zərərlər nəticəsində yaranan xərclərin təzminatını, o cümlədən zərər çəkmiş avadanlıqların təmiri və ya dəyişdirilməsini özündə birləşdirən etibarlı sığorta təminatı təklif edir.

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.

 

Qaydalar