Su nəqliyyat vasitələrinin sığortası (Каsко)

Bu sığorta məhsulu, su nəqliyyat vasitəsi sahiblərinin və ya su nəqliyyat vasitəsinin istismarına aidiyyəti olan şəxslərin onlara məxsus olan və ya hüquqi olaraq icarəyə götürdükləri gəmilərin zədələnməsi yaxud məhv olması hallarında sığorta təminatı verən dəniz sığortası növüdür.

Bununla yanaşı , Azərbaycan Respublikasının "Bunker yanacagı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı " “Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında” Qanununa uyğun olaraq, “Xalq Sığorta” müştərilərinə eyniadlı sığorta təminatı verir və "Blue Card" təqdim edir.

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.

 

Qaydalar