Fərdi qəza sığortası

Fərdi qəza sığortası - şəxsi sığortanın bir növüdür. Bu sığorta növü bədbəxt hadisə nəticəsində sığorta olunanın sağlamlığının itirilməsi və ya ölümü səbəbindən alınan zərərin ödənilməsi ücün nəzərdə tutulmuşdur. Bu sığorta növü, fərdi olaraq və qrup formasında, habelə könüllü və icbari sığorta şəklində həyata keçirilə bilər.

“Xalq Sığorta” şirkətinin təklif etdiyi fərdi qəza sığortası , şəhadətnamədə göstərilən sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin tam və ya qismən həyata keçirilməsinə zəmanət verir.

Bu sıgorta məhsulunu əldə etməklə Siz, sığorta hadisəsi baş verdikdə ortaya çıxan maliyyə problemlərini əvvəlcədən həll etmiş olursunuz.

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.

 

Qaydalar