Qiymətli əşyaların daşınması sığortası əmlak sığortasının bir növüdür. Bu sığorta növü üzrə təminat, dəyərli əşyaların (qiymətli daşlar və metallar, bəzək əşyaları, qiymətli kağızlar, sənədlər, nağd pul və s.) daşınması zamanı əvvəlcədən nəzərdə tutulmayan şəraitdə yarana bilən zərərləri (itki, zərər, soyğun, tətil, terror və s.) əhatə edir.
Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.
QİYMƏTLİ ƏŞYALARIN
DAŞINMASININ SIĞORTA
QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanununa və digər normativ-hüquqi aktlara uyğun olaraq
hazırlanmışdır.
1. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
1.1. Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak
mənafelərinin aid olduğu qiymətli kağızlar (səhm, istiqraz, çek, şəhadətnamə, bono və s.),
təminat məktubu, nağd pul, (manat və ya valyuta), külçə və digər formada olan əlvan metallar,
qiymətli daşlar və zinət əşyalarıdır.
1.2. Bu sığorta qaydaları ilə, poçt daşımaları da daxil olmaqla nəqliyyat firmaları
vasitəsilə və ya mühafizə altında su, avtomobil, hava və dəmir yolu ilə daşınan qiymətli kağızlar
(səhm, istiqraz, çek, şəhadətnamə, bono və s.), təminat məktubu, nağd pul, (manat və ya
valyuta), külçə və digər formada olan əlvan metallar, qiymətli daşlar və zinət əşyaları sığorta
müqaviləsində göstərilən müddətdə və ya daşınan zaman dəyə biləcək ziyan və zərərə sığorta
şəhadətnaməsində göstərilən şərtlər və aşağıdakı istisnalar daxilində təminat verilir.
2. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN
QÜVVƏYƏ MİNMƏSİ
2.1. Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta
haqqı (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman, (qalan
hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
2.2. Sığorta haqqı (onun birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman
ödənilməsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta
şəhadətnaməsində qeyd olunmalıdır.
2.3. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş
verdiyi zaman ödənilməli olan bütün hissələr sığorta ödənişindən bir dəfəyə çıxılır və bu şərt
sığorta şəhadətnaməsində qeyd olunmalıdır.
2.4. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər hansı
biri şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə
15(on beş) günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun
razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq
ödənilməlidir. Müəyyən olunmuş gün ərzində sığorta haqqı ödənilməzsə sığorta şəhadətnaməsi
etibarsız hesab olunacaq. Ləğv etmənin hüquqi qüvvə qazandığı tarixə qədər keçən müddətin
sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığorta olunana qaytarılır.
2.5. Əgər sığorta şəhadətnaməsində sığorta haqqının (birinci hissəsinin) ödənilməsinə
qədər sığorta şəhadətnaməsinin qüvvəyə minməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı (birinci
hissə) sığorta şəhadətnaməsi qüvvəyə mindiyi andan 15 gün ərzində ödənilməlidir.
Sığorta haqqı (birinci hissə) göstərilən müddət ərzində sığortaçıya ödənilməzsə, sığorta
şəhadətnaməsi qüvvəsini itirir.
2.6. Sığorta müqaviləsi bağlanarkən tərəflər qanunvericilikdə və bu Qaydalarda müəyyən
edilmiş hallarda əlavə şərtlər barədə razılığa gələ bilərlər
3. SIĞORTA HADİSƏLƏRİ
3.1. Bu Qaydalara əsasən aşağıdakı hadisələrin səbəb olduğu ziyan, zərər və xərclərə Sığorta
Şirkəti tərəfindən təminat verilir:
3.1.1. Qiymətli əşyaların sığorta müqaviləsində göstərilən müddətdə və ya daşınan zaman itkisi
və ya zədələnməsi.
3.1.2. Qiymətli əşyaların sığorta müqaviləsində göstərilən müddətdə və ya daşınan zaman
oğurlanması, onlara quldurluq, soyğunçuluq və ya üçüncü şəxslərin başqa qeyri qanuni
hərəkətləri nəticəsində dəyən ziyan.
3.1.3. Qiymətli əşyaların çatdırılmaması və ya əskikliyi.
3.2. Aşağıdakı hadisələrin səbəb olduğu ziyan, zərər və xərclərə, yalnız ayrıca olaraq
razılaşdırılmış şərtlə təminat verilir:
3.2.1. Tətilçilərin, sahibkar tərəfindən bağlanmış müəssisə işçilərinin etiraz nümayişləri və ya
tətil, qarışıqlıq və ya xalq hərəkatlarında iştirak edən şəxslərin hərəkətləri;
3.2.2. Tətil, müəssisənin sahibkar tərəfindən bağlanması (lokaut), qarışıqlıq və ya xalq
hərəkatları;
3.2.3. Terroristlərin və ya siyasi məqsədlər güdən şəxslərin hərəkətləri;
3.3. Başqa cür razılaşma yoxdursa, hadisənin başvermə səbəbindən asılı olmayaraq aşağıdakı
hallar nəticəsində meydana gələn ziyan, zərər və xərclərə təminat verilmir:
3.3.1 Müharibə, vətəndaş müharibəsi, iğtişaş, qiyam, üsyan və bunların nəticəsində baş verən
daxili qarışıqlıq,
3.3.2 Zəbtetmə, müsadirə, həbs, qadağa və ya əlindən alınma (qarət istisna olmaqla), onların
nəticələri və ya onlara təşəbbüs;
3.3.3. Unudulub qalmış minalar, mərmilər, bombalar və digər hərbi sursatlarla toqquşmanın
nəticəsi;
4. SIĞORTA TƏMİNATINA DAXİL EDİLMƏYƏN HALLAR
Aşağıdakı hallar nəticəsində baş verən ziyan, zərər və ya xərclərə sığorta təminat verilmir:
4.1. Qadağan edilmiş və ya gizli ticarət (qaçaqmalçılıq);
4.2. Sığortalının və ya onun işçilərinin qəsd hərəkətləri, etimaddan sui-istifadəsi və ya kobud
səhvləri;
4.3. Sığortalanmış əmlakda gözlə ayırd eləmək mümkün olmayan çatışmazlıqlar və qüsurlar;
4.4. Sığorta edilmiş əmlakın lazımi qaydada qablaşdırılmaması;
4.5. Gecikmələr və müəyyən edilmiş daşıma müddətindən artıq gözləmələr;
4.6. Bu şərtlərin 2.2. bəndində göstərilənlər istisna olmaqla, nəticə ilə əlaqədar bütün növ zərər;
4.7. Daşınacaq qiymətli əşyanın miqdarı, dəyəri, alıcının ünvanı və bu kimi digər məlumatların
sığortaçıya, nəqliyyat firmasına və ya poçt idarəsinə yarımçıq və ya səhv bildirilməsi;
4.8. Müvafiq idarələrin və ya daşıyıcının təlimatına və ya irəli sürdüyü şərtlərə əməl edilməməyi;
4.9. Qanunvericiliyə əsasən etibarsız sayılan saxta sənəd və təminat məktubları.
5. SIĞORTA TƏMİNATIN QÜVVƏYƏ MİNMƏ VƏ QÜVVƏDƏN DÜŞMƏ VAXTLARI
5.1. Sığorta təminatı, qiymətli əşyaların daşınma üçün nəqliyyat firmasının səlahiyyətli
nümayəndəsinə, mühafizə altında həyata keçirilən daşımalarda isə, mühafizəni təmin edəcək
şəxsə təhvil verilməsi ilə başlayır.
Sığorta təminatının başlaması üçün qiymətli əşyaların, nəqliyyat firmasının səlahiyyətli
nümayəndəsinə və ya mühafizəni təmin edəcək şəxsə öhdəlik və ya təhvil-təslim qəbzi ilə təhvil
verilməsi zəruridir.
5.2. Sığorta təminatı, qiymətli əşyaların son təyinat məntəqəsində alıcıya və ya onun səlahiyyətli
nümayəndəsinə (əlaqədar işçisinə) təhvil verildiyi zaman sona çatmış hesab olunur. Təhvil vermə
vaxtının uzandığı hallarda, təminat müddəti qiymətli əşyaların son təyinat məntəqəsinə
çatdırıldığı tarixdən hesablanmaqla üçüncü günün sonuna qədər davam edir.
5.3. Göndərilən qiymətli əşyaların hər hansı bir səbəbdən alıcıya təhvil verilə bilməməyi və ya
alıcının həmin mallardan imtina etdiyi hallarda, sığorta təminatının müddəti razılaşdırılmış əlavə
sığorta haqqının ödənilməsi şərtlə, həmin qiymətli əşyaların sığortalıya geri qaytarılmasına qədər
davam etdirilə bilər.
6. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ.
6.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin
tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə
vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş
ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü
əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
6.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta
qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin
aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir
sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb
Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta
haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş
sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
6.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup
halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta
haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini
yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla,
müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də
müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
6.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı
tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər
hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta
ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta
predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
6.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı
tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər
hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə,
həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının
Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 6.1-ci və 6.2-ci bəndlərində nəzərdə tutulmuş
qaydada həyata keçirilir.
6.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş
qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini
çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə
münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 6.3-cü və 6.4-cü maddələrinin
tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
6.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə
inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
7. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA DƏYƏRİ
7.1. Sığorta məbləğinin sığorta dəyərinə bərabər olması əsasdır. Sığortalının daşınacaq qiymətli
əşyaların nəqliyyat firmasına bildirdiyi məbləği bütövlükdə sığorta etdirməsi zəruridir.
7.2. Birja əməliyyatları üçün qiymətli əşyaların sığorta dəyəri sığortanın qüvvəyə mindiyi gün
üçün və ya həmin ərazidə və ya ən yaxın ərazidəki birja kurs dəyəridir.
7.3. Digər sənəd və qiymətli əşyaların sığorta dəyəri sığorta müqaviləsinin bağlandığı ərazidə
sığortanın hüquqi qüvvəyə mindiyi gün üçün müəyyən edilən kurs dəyəridir.
7.4. Sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsi etibarsız sayılır. Sığorta məbləği,
sığorta dəyərindən az olarsa, sığorta ödənişi, sığorta məbləği ilə sığorta dəyəri arasındakı nisbətə
uyğun olaraq ödənilir.
8. AZADOLMA
Tərəflər arasında başqa bir şərt nəzərdə tutulmazsa, ödəniş azadolma tətbiq edilmədən ödənilir.
Azadolma nəzərdə tutularsa, onun növü, məbləği və tətbiq edilmə qaydaları xüsusi şərtlə
müəyyən edilir.
9. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ
Sığortaçının məsuliyyəti sığorta müqaviləsi imzalandığı andan başlayır. Sığorta haqqı, başqa bir
şərt nəzərdə tutulmazsa, sığorta şəhadətnaməsi tərtib edilməmiş olsa da müqavilə imzalandığı
zaman ödənilir.
10. RİSKİN MAHİYYƏTİNİN DƏYİŞMƏSİ VƏ YA BAŞ VERMƏ EHTİMALININ
ARTMASI.
10.1. Sığorta təminatı, daşımanın sığorta müqaviləsində göstərilən formada və marşrut üzrə
həyata keçirilməsi şərti ilə etibarlıdır.
10.2. Sığortalı, riskin mahiyyətinin dəyişməsinə və ya hadisənin baş vermə ehtimalının artmasına
səbəb ola biləcək hər hansı bir vəziyyətin mövcudluğunu öyrənən kimi, dərhal bu haqda
sığortaçıya məlumat verilməsinə görə məsuliyyət daşıyır.
10.3. Bu məlumat vermə öhdəliyinin sığortalı tərəfindən yerinə yetirilmədiyi hallarda, sığortaçı
ödəniş vermək məsuliyyətindən azad olur.
Bu zaman aşağıdakı hallar istisna edilir:
- riskin mahiyyətinin dəyişməsi və ya hadisənin baş vermə ehtimalının artması sığortalının
iradəsi xaricində baş verdikdə;
- məlumat verilməməyinin bilərəkdən edilmədiyi və ya kobud səhvlə əlaqədar olmadığı, eləcə də
riskin mahiyyəti dəyişməsəydi də, hadisənin baş verəcəyinin təsdiqləndiyi hallarda.
10.4. Sığortaçının, riskin baş vermə ehtimalının artması ilə əlaqədar əlavə sığorta haqqı almaq
hüququ var.
ZƏRƏR VƏ ÖDƏNİŞ
11. SIĞORTA HADİSƏSİ BAŞ VERƏN ZAMAN SIĞORTALININ VƏZİFƏLƏRİ
11.1. Sığortalı hadisənin baş verdiyini öyrənən kimi vəziyyəti dərhal sığortaçıya bildirməlidir.
Hadisənin baş verməsinin vaxtında sığortaçıya bildirilmədiyinə görə artan zərərin məbləği
veriləcək ümumi ödəniş məbləğindən çıxıla bilər.
11.2. Sığorta hadisəsi baş verdikdən sonra sığortalı, istər sığorta etdirilmiş qiymətli əşyaları xilas
etmək, istərsə də zərərin məbləğini azaltmaq üçün lazımi tədbirlər görməyə görə məsuliyyət
daşıyır. Eyni zamanda, sığortalı mümkün olduğu hallarda lazımi tədbirlər görmək üçün mütləq
sığortaçı ilə məsləhətləşməlidir.
11.3. Sığortalı, lazım olduqda bu sahədə sığortaçı ilə əməkdaşlıq etməli, lazımi tədbirlərin həyata
keçirilməsinə köməklik göstərməli və lazım olan sənəd və məlumatları sığortaçıya verməlidir.
Bundan başqa, sığortalı, daşıyıcı firma və ya təqsirkar olan digər üçüncü şəxslər tərəfindən
dəymiş zərərin ödənilməsi hüququnun qorunması üçün vaxtında lazımi tədbirlər görməli və
zəruri tədbirlərin yerinə yetirildiyi zaman sığortaçı ilə əməkdaşlıq etməlidir.
11.4. Sığortalı bütün növ qiymətli kağızların zədələnməsi zamanı onların ləğv edilməsi və ya
qüvvədən düşməsi üçün bütün lazımlı tapşırıqları dərhal verməyə və bu əməliyyatlarla bağlı
bütün məlumat və sənədləri sığortaçıya bildirməyə borcludur.
11.5. Yuxarıda göstərilən işlərlə əlaqədar çəkilən xərclər, qabaqcadan sığortaçının razılığının
alınması şərti ilə sığortaçı tərəfindən ödənilir.
11.6. Sığortalı bu maddədə göstərilən vəzifələrini yerinə yetirməsə və bunun da nəticəsində
zərərin məbləği artarsa, həmin məbləğ sığortaçının verəcəyi ödənişin məbləğindən çıxılır.
12. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
Hadisə baş verən zaman dəymiş zərərin məbləğinin sığortaçı tərəfindən ödənilməsi aşağıdakı
qaydada həyata keçirilir:
12.1. Ləğv edilməsi və təzələnməsi mümkün olan qiymətli kağızlarla əlaqədar, bu Qaydaların 8-
ci bəndinin şərtlərinə əməl olunmaqla, yalnız yenidən nəşr edilmək üçün çəkilən xərclər ödənilir;
12.2. Ləğv edilməsi və təzələnməsi qeyri-mümkün olan qiymətli kağızlarla əlaqədar verilən
sığorta ödənişi sığorta məbləği ilə məhdudlaşır;
12.3. Sığortaçı, zərəri həmin əşyanın tam eynisini vermək yolu ilə də ödəmək hüququna
malikdir.
13. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
13.1 Sığortalı tərəfindən müvafiq sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü
ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması
haqqında qərar qəbul edir.
13.2. Sığorta müqaviləsindən irəli gələn ödəniş borcunun sığortaçı tərəfindən ödənilməsi üçün
sığortalının aşağıdakı sənədləri təqdim etməsi zəruridir:
13.2.1. Müvafiq idarələrin və ya nəqliyyat firmasının hadisə ilə əlaqədar aktı;
13.2.2. Sığorta etdirilmiş əşyaların göndərilmə və ya təhvil verilmə sənədləri;
13.2.3. Mənfəət münasibətlərini göstərən sənədlər;
13.2.4. Zərərin həcmi və məbləği göstərilməklə sığortalının ödəniş tələbnaməsi;
13.2.5. Sığorta hadisəsinin mahiyyəti ilə əlaqədar olan digər sənədlər;
DİGƏR MÜDDƏALAR
14. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
14.1 Sığortalının hüquqları:
14.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən
Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
14.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
14.2 Sığortalının vəzifələri:
14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi ilə
bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının müqavilədən
imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə
bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
14.2.4 Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək.
14.3 Sığortaçının hüquqları:
14.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan
tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
14.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina
etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən geri qaytarılmasını
tələb etmək;
14.3.3 Sığortalı ona məlum olan riskin qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və
sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa
sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
14.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət
ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud
Sığorta müqaviləsinə xitam vermək;
14.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
14.4 Sığortaçının vəzifələri:
14.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
14.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata
keçirmək;
14.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
14.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən
edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya
qaytarmaq.
15. HÜQUQUN VERİLMƏSİ
15.1. Sığorta ödənişi verildikdən sonra sığortalının üçüncü şəxslərə qarşı iddia hüququ
sığortaçıya keçir;
15.2. Sığortalı, sığortaçının tələbinə əsasən bu barədə sənədlərə müvafiq qeyd etməlidir;
15.3. Bu şərtlər əsasında sığortalının hüquqlarına sahib olmaq, ödənilmiş olan sığorta məbləği
ilə məhdudlaşır.
16. XOŞ MƏRAMLILIQ ÖHDƏLİYİ
16.1. Tərəflər sığorta müqaviləsi imzalandığı və hüquqi qüvvədə olduğu müddət ərzində xoş
məramlılıq prinsipinə əməl etməlidirlər.
16.2. Sığortalı, marşrutun seçildiyi və daşıma müddətinin müəyyən edildiyi zaman, nəqliyyat
firmasının və ya mühafizəçi şəxslərin seçilməsində diqqətli və ehtiyatlı bir mal sahibi kimi
hərəkət etməlidir.
16.3. Göndərilən qiymətli əşyalarla əlaqədar alıcıya qabaqcadan məlumat verilməli, mallar
müəyyən edilmiş müddət ərzində təhvil verilmədikdə isə, alıcı dərhal bu haqda satıcıya məlumat
verməlidir.
16.4. Qiymətli əşyaların son təyinat məntəqəsinə müəyyən edilmiş müddət ərzində çatdırılmadığı
hallarda, sığortalı, nəqliyyat firmasına məlumat verərək lazımi tədbirlərin həyata keçirilməsini
təmin etməyə və vəziyyətin sığortaçıya bildirilməsinə görə məsuliyyət daşıyır.
16.5. Sığortalı və yaxud sığorta müqaviləsini imzalamaq üçün onun tərəfindən təyin edilən
şəxslər, müqavilənin əsasını təşkil edən və onlara bəlli olan bütün məlumatları, sığorta
müqaviləsi imzalanmamışdan əvvəl sığortaçıya bildirməyə görə məsuliyyət daşıyırlar. Bu şərtə
əməl edilməməyi xoş məramlılıq prinsipinin pozulması kimi qəbul olunur. Sığortalı və yaxud
sığorta müqaviləsini imzalamaq üçün onun tərəfindən təyin edilən şəxslər, özlərinin normal
fəaliyyətləri əsnasında bilməli olduqları bütün məlumatları bilmiş hesab edilirlər. Müqavilənin
imzalanıb imzalanmamağı və ya şərtlərin dəqiqləşdirilməsi üçün qəbul olunacaq qərara təsir
edən bütün amillər, riskin qiymətləndirilməsi baxımından əhəmiyyət daşıdıqlarına görə
müqavilənin əsasını təşkil edən amillərdən hesab edilir və bu hallar «Sığorta fəaliyyəti haqqında»
Azərbaycan Respublikasının Qanununun müddəaları ilə tənzimlənir.
17. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
17.1. Sığortalının məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin
imzalanmasına vasitəçilik edən agentliyə, sifarişli məktub vasitəsilə bildirilir.
17.2. Sığortaçının məlumat və xəbərdarlıqları sığortalının sığorta şəhadətnaməsində göstərilən
ünvanına, bu ünvan dəyişmişsə, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanmasına
vasitəçilik edən agentliyə bildirilən son ünvana eyni formada çatdırılır.
17.3. Tərəflərə, imza etdirmək şərti ilə, şəxsən təqdim olunan məktublar və yaxud teleqraf, teleks
və ya faksla bildirilən xəbərdarlıq və məlumatlar da sifarişli məktub vasitəsilə bildirilən
xəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
18. KOMMERSİYA VƏ İŞ SİRLƏRİNİN QORUNMASI
Sığortaçı və ya onun səlahiyyətli nümayəndələri bu müqavilənin bağlanması ilə əlaqədar
sığortalıya aid öyrəndikləri bütün kommersiya və iş sirlərinin gizli saxlanmamağı nəticəsində
sığortalıya dəyəcək zərərə görə məsuliyyət daşıyırlar.
19. MÜBAHİSƏLƏRİN HƏLLİ
Bu sığorta müqaviləsi ilə əlaqədar bütün fikir ayrılıqları, sığortaçının yerləşdiyi ərazidə bu işə
səlahiyyəti olan yerli məhkəmələr tərəfindən, Azərbaycan Respublikası qanunlarına uyğun
olaraq həll edilir.
20. MÜDDƏT
Sığorta müqaviləsi ilə əlaqədar bütün tələblər, Müştərək Qəza fədakarlığı payları istisna olmaqla,
malın son təyinat məntəqəsinə çatdırılmasından etibarən iki il ərzində həll olunmazsa, vaxtı
keçmiş hesab olunur. Bu müddət Müştərək Qəza fədakarlığı payları üçün bir ildir və dispaşanın
hazırlanma tarixindən hesablanır.
21. XÜSUSİ ŞƏRTLƏR
Tərəflərin qarşılıqlı razılığına əsasən bu əsas şərtlərə, əlavə ediləcək xüsusi şərtlər (klozlar)
hüquqi baxımdan əsas şərtlərdən üstün hesab edilir.
“Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyəti
Qiymətli əşyaların daşınması sığortası
üzrə tarif dərəcələrinin
əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Nettodərəcələrin
hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0.01;
2) Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği (So) -20000 manat;
3) Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi (Sö) - 3400 manat;
4) Bağlanılacaq sığorta müqavilələrinin təxmini sayı (n) - 200.
Tn, Tə və Tr ib müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk
üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun
olaraq aşağıdakı düsturla hesablanır:
Tə=100qSÖ/So = 0,01.100.3400/20000 = 0,17manat.
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda
həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tarif dərəcəsinin strukturu: netto-dərəcə-70%, yüklənmə-30%. O cümlədən
işlərin aparılması xərcləri-29%, tarif mənfəəti-1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması
düsturuna əsasən yaza bilərik:
Tb = Tn/(l-f) = 0,43/(1-0,3) = 0,6 manat.
Yekun tarif dərəcəsi daşınan qiymətli əşyaların növündən, daşınma məsafəsinin
başlanğıc və son məntəqələrindən və s. amillərdən asılı olaraq 0,01%-2% aralığında
dəyişir.