Yük sığortası

“Xalq Sığorta” Sizə müxtəlif nəqliyyat növləri ilə daşınan yük və konteynerlərin etibarlı sığortasını təklif edir. Bu sığorta növü, yüklərin avtomobil, su yolu, hava yolu və dəmiryolları vasitəsilə daşınması zamanı baş verə biləcək zərərləri qarşılayır.
Müasir dövrdə yüklərin bir məntəqədən digər məntəqəyə daşınması əksər biznes sahələrində mühüm yer tutur. Təəssüf ki, tez-tez bu yükdaşımalar zamanı maddi itkilər və zərərlərə məruz qalırıq. Müxtəlif səbəblərdən daşınan mallar yolda tam və ya qismən məhv ola bilər.Məhz buna görə də yükün hər hansı bir ünvana (ölkə daxili və ya xaricə) çatdırılması zamanı yük sığortası zərüridir.
Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.

 

Qaydalar