Gəlir itkisi sığortası, qanunvericiliyə uyğun olaraq, sahibkarlıq risklərinin sığortasına aid olan maliyyə riski sığortası formalarından biridir.
Əgər sığorta edilənin istehsalat və ya kommersiya fəaliyyəti maddi zərər səbəbindən tam yaxud qismən dayanırsa, istehsaldakı bu fasilə baş vermiş sığorta hadisəsi hesab edilir. Əgər sığorta edilmiş əmlak onu sığortalayan təşkilat tərəfindən ödənilməli olan sığorta hadisəsi nəticəsində zədələnər və ya yararsız hala gətirilərsə, bu maddi zərər hesab edilir.
İstehsalatda fasilələr səbəbindən yaranan zərərlərə və ya gəlir itkisinə görə təminat yalniz əmlak sığortası üzrə bağlanan müqaviləyə əlavədə qeyd olunur.
Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.
YANĞIN VƏ DİGƏR ƏLAVƏ RİSKLƏRLƏ ƏLAQƏDAR
GƏLİR İTKİSİ SIĞORTASININ
QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti
haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun
olaraq hazırlanmışdır.
1. SIĞORTANIN MÖVZUSU
1.1. Bu sığorta qaydaları ilə, hansısa bir kommersiya fəaliyyəti həyata keçirilən zaman
istifadə edilən daşınan və daşınmaz əmlaklara, əmlakın yanğın və digər risklərdən sığortası ilə
təminat verilən risklərlə əlaqədar dəyən zərər və itkilər nəticəsində kommersiya fəaliyyətinin
qismən və ya tamamilə dayandırılması və yaxud istehsalın zəifləməsinə görə meydana gələn
gəlir itkilərinə, sığortaçı tərəfindən sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği
həddində təminat verilir.
1.2. Sığortaçının gəlir itkisi sığortası üzrə ödəniş verməsi üçün, sığortalının
kommersiya fəaliyyətini həyata keçirərkən istifadə etdiyi bina, avadanlıq, dəzgah, qurğu və
əmtəələrin, qüvvədə olan əmlakın yanğın və digər risklərdən sığortası müqaviləsi ilə təminat
verilən hadisənin baş verməsi nəticəsində zərərə düşməsi və meydana gələn zərərin sığortaçı
tərəfindən ödənilməsi və ya ödəniş cavabdehliyinin qəbul edilməsi əsas götürülür.
1.3. Bu sığorta qaydaları tətbiq edildiyi zaman «kommersiya fəaliyyəti» dedikdə,
qazanc əldə etmək üçün həyata keçirilən bütün növ fəaliyyətlər; «gəlir itkisi» dedikdə isə,
kommersiya fəaliyyətinin dayanması və ya istehsalın zəifləməsi nəticəsində, sığorta təminat
müddətində ümumi mədaxildə baş verən azalmanın və bu azalmanın aradan qaldırılması üçün
çəkilən xərclərin səbəb olduğu xalis gəlir itkisi nəzərdə tutulur.
2. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATI
2.1. .Bu Qaydalara əsasən sığorta predmeti sığortalının yangın və digər risklərə məruz
qala biləcəyi gəlir itkisidir.
2.2. Sığorta müqaviləsinə əsasən gəlir itkisinin təminatı sığortalıyla sığortaçının
qarşılıqlı razılığı ilə müəyyən edilir.
3. SIĞORTA TƏMİNATININ MÜDDƏTİ
Sığortaçı, bu qaydaların 1.1 bəndinin müddəalarının yerinə yetirilməsi və sığorta
şəhadətnaməsində göstərilən maksimum təminat müddətindən çox olmamağı şərti ilə, hadisə
baş verdiyi tarixdən, kommersiya fəaliyyətinin dayanması və ya istehsalın zəifləməsinin
tamamilə aradan qaldırılacağı vaxta qədər keçəcək müddət ərzində meydana gələcək gəlir
itkilərinə görə məsuliyyət daşıyır.
4. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏRLƏR
(İSTİSNALAR)
Əmlakın yanğın və digər risklərdən sığortası müqaviləsi və əsas qaydaların
müddəalarına əsasən təminat verilməmiş risklərin səbəb olduğu gəlir itkisinə bu sığorta ilə
təminat verilmir və bu sığorta növü üzrə müqavilə bağlanmır.
Bu qaydalar üzrə sığorta müqaviləsi əmlakın yanğından və digər əlavə risklərdən
sığortası müqaviləsinin mövcud olduğu halda və həmin müqavilənin qüvvədə olduğu müddətə
bağlanır.
5. SIĞORTAÇININ MƏSULİYYƏTİ
Sığortaçının məsuliyyəti sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği ilə
məhdudlaşır.
6. ƏMLAKIN DƏYƏRİNDƏN AZ MƏBLƏĞDƏ OLAN (QISMƏN)
SIĞORTA
6.1. Sığorta məbləği və maliyyə dövriyyəsi müəyyən edilərkən iş yerinin ümumi
dövriyyəsi əsas götürülür. Ümumi maliyyə dövriyyəsinə əsasən hesablanan sığorta məbləğinə
rüblər üzrə yenidən baxıla bilər. Sığorta məbləğinin illik dövriyyəyə və ya müddəti 12 aydan
artıq olan sığortalarda standart dövriyyəyə tətbiq edilməsi nəticəsində əldə olunan məbləğdən
az olduğu hallarda, ödənişin məbləği onlar arasındakı fərq nisbətinə uyğun olaraq azaldılır.
6.2. Sığortalı sığorta müqaviləsini, sığorta məbləğindən artıq olmayan zərərin sığortaçı
tərəfindən, yuxarıda göstərilən nisbət nəzərə alınmadan bütünlüklə ödəniləcəyi formasında
dəyişdirə bilər. Sığortalı müqaviləni bu formada dəyişdirdiyini hadisə baş verməmişdən əvvəl
sığortaçıya bildirdiyi təqdirdə, həmin tarixdən sonrakı gündən etibarən müqavilənin
müddəaları öz-özlüyündən, sığortaçının sığorta məbləğindən artıq olmayan zərərin hamısına
görə məsuliyyət daşıyacağı formada dəyişdirilmiş hesab edilir. Bu zaman sığortalı, sığorta
haqqı fərqini əsas sığorta haqqının ödənilmə qaydalarına uyğun olaraq ödəyir.
7. ƏMLAKIN DƏYƏRİNDƏN ÇOX MƏBLƏĞDƏ OLAN SIĞORTA
7.1. Sığorta məbləği və ya sığortaçının zərərlə əlaqədar ödəyəcəyi məbləğin, xalis
gəlir nisbətinin illik dövriyyəyə və ya müddəti 12 aydan artıq olan sığortalarda standart
dövriyyəyə tətbiq edilməsi nəticəsində əldə olunan məbləğdən artıq olduğu hallarda,
sığortanın həmin məbləğdən artıq olan hissəsi etibarsız sayılır.
7.2. Vəziyyəti sığorta müddəti ərzində öyrənən sığortaçı bu haqda sığortalıya məlumat
verməklə sığorta məbləğini və sığorta haqını çox olan məbləğ nisbətində azaldaraq artıq qalan
məbləği geri qaytarır.
8. AZADOLMA
Sığortalının kommersiya fəaliyyətinin 72 saatdan az olaraq dayanmasına görə dəyən
zərərlərə təminat verilmir. Sığortalı və sığortaçı bu müddətin uzadılması və ya gəlir itkisinin
müəyyən bir məbləğə qədər olan hissəsinin və yaxud müəyyən bir faizinin sığortaçı tərəfindən
ödənilməyəcəyi—azadolma haqqında razılığa gələ bilərlər.
Bu formada müəyyən edilən azadolma sığorta şəhadətnaməsində qeyd olunur.
9. SIĞORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI
Sığorta, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta
şəhadətnaməsində göstərilmiş başlanma və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat
24.00-da başlayır və saat 24.00-da sona çatır.
SIĞORTA MÜQAVİLƏSİNDƏ ƏKS EDİLƏN İFADƏLƏR
Aşağıda göstərilən söz və ifadələr sığorta müqaviləsinin mətnində izah edilir. Onların
sığorta müqaviləsinin mətnində izah edilmədiyi hallar üçün aşağıdakı izahatlar qəbul edilir:
1. Dövriyyə - Müəssisənin müqavilədə göstərilən kommersiya fəaliyyəti ilə əlaqədar
satışlardan və təklif etdiyi xidmətlərdən əldə etdiyi gəlirlərin cəmi;
2. İllik dövriyyə - Hadisə tarixindən əvvəlki 12 ay ərzindəki dövriyyə;
3. Standart dövriyyə - təminat müddətinin 12 aydan artıq olduğu hallarda illik
dövriyyəyə uyğun olaraq müəyyən edilən dövriyyə;
4. Ümumi gəlir nisbəti: Hadisə tarixindən əvvəlki fəaliyyət ilində əldə olunan ümumi
gəlirin dövriyyəyə nisbətini bildirir.
Ümumi gəlir nisbəti, illik dövriyyə və standart dövriyyə hesablandığı zaman,
müəssisənin inkişafı ilə əlaqədar dəyişikliklərin, hadisədən əvvəl və ya sonra müəssisənin
fəaliyyətinə təsir göstərən digər amillərdə baş verən dəyişikliklərin və ya hadisə baş vermiş
olsa da müəssisənin fəaliyyətinə təsir göstərə biləcək amillərin qiymətləndirilməsi üçün
tənzimləmə aparıla bilər. Bu qayda ilə müəyyən ediləcək məbləğ, hadisədən sonrakı əlaqədar
müddət ərzində hadisə baş vermədiyi təqdirdə əldə edilə bilinəcək məbləğə mümkün qədər
yaxın olmalıdır.
10. SIĞORTALININ MÜQAVİLƏ BAĞLANDIĞI ZAMAN
MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
10.1. Sığorta müqaviləsinin bağlanması zamanı sığortalı sığortaya cəlb olunacaq
əmlak barədə ona məlum olan bütün məlumatları sığortaçıya bildirməyə borcludur;
10.2. Sığortalının məlumatının yanlış və yaxud yarımçıq olması sığortaçının sığorta
müqaviləsini imzalamamağına və ya daha ciddi qaydalar irəli sürməsinə imkan verir:
10.2.1. Sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 3 gün ərzində müqaviləni ləğv
edə və ya müqaviləni davam etdirərək həmin vaxt üçün sığorta haqqı fərqini tələb edə bilər;
10.2.2. Sığortalı 3 iş günü ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləği
qəbul etmədiyini bildirirsə, müqavilə ləğv olunmuş hesab olunur;
10.2.3. Ləğv etmənin qüvvəyə minəcəyi tarixə qədər keçən vaxt üçün sığorta haqqı
gün hesabı əsas götürülməklə hesablanır və artıq qalan vəsait geri qaytarılır;
10.3. Sığortalının hərəkətləri qəsdən edilmişdirsə, sığortaçı hadisə baş vermiş olsa belə
müqaviləni ləğv edə bilər və sığorta haqqını geri qaytarmaya bilər;
10.4. Sığortalının hərəkətinin qəsdən edilmədiyi müəyyən olunduğu hallarda hadisə;
sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl və ya sığortaçı müqaviləni ləğv etməyi tələb edə
biləcəyi müddət ərzində və yaxud ləğv etmənin hüquqi qüvvəyə minməsi üçün lazım olan
müddət ərzində baş verərsə, onda sığortaçı sığorta ödənişini sığortalının məlumatına əsasən
hesablanan sığorta haqqı ilə, həqiqətdə hesablanmalı olan sığorta haqqı arasındakı fərq
nisbətinə uyğun olaraq ödəyir;
10.5. Vaxtında istifadə edilməyən ləğvetmə və ya sığorta haqqı fərqini tələb etmə
hüququ etibarsız sayılır;
11. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN
QÜVVƏYƏ MİNMƏSİ
11.1. Sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənməsi razılaşdırıla bilər.
Sığorta haqqı (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan vaxt və
ya sığorta müqaviləsinin başlanğıc tarixindən maksimum 3 gün ərzində, (hissələrlə
ödənilməsi razılaşdırılarsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə)
ödənilməlidir.
11.2. Sığorta haqqı (birinci hissə) sığorta şəhadətnaməsi təqdim olunan zaman
ödənilməsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta
şəhadətnaməsində yazılmalıdır.
11.3. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş
verdiyi zaman ödənilməli olan bütün hissələr sığorta ödənişindən bir dəfəyə çıxılır və bu şərt
sığorta şəhadətnaməsində yazılmalıdır.
11.4. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər
hansı biri şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı
surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun
razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq
ödənilməlidir. Müəyyən olunmuş gün ərzində sığorta haqqı ödənilməzsə sığorta
şəhadətnaməsi etibarsız hesab olunacaq. Ləğv etmənin hüquqi qüvvə qazandığı tarixə qədər
keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığorta
olunana qaytarılır.
11.5. Əgər sığorta şəhadətnaməsində sığorta haqqının (birinci hissənin) ödənilməsinə
qədər sığorta şəhadətnaməsinin qüvvəyə minməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı
(birinci hissə) sığorta şəhadətnaməsi qüvvəyə mindiyi andan 3 gün ərzində ödənilməlidir.
Sığorta haqqı (birinci hissə) göstərilən müddət ərzində sığortaçıya ödənilməzsə,
sığorta şəhadətnaməsi öz qüvvəsini itirir.
12. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
12.1. Sığortalı müqavilə imzalandıqdan sonra kommersiya fəaliyyətini həyata
keçirmək üçün istifadə etdiyi vasitələrin təklifdə, təklif yoxdursa, sığorta şəhadətnaməsində
və ya onun əlavələrində göstərilən yerləşmə ərazisində və istifadə tərzində, xüsusiyyətində və
yaxud müəssisənin fəaliyyəti ilə əlaqədar amillərdə sığortaçının razılığı olmadan dəyişiklik
edərsə, bu dəyişikliyi 3 gün ərzində sığortaçıya bildirməlidir.
12.2. Dəyişiklik sığortaçının müqaviləni pozmasına və ya daha ciddi qaydalar irəli
sürməsinə səbəb olduğu hallarda, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 5 gün ərzində
müqaviləni ləğv edə bilər və ya sığorta haqqı fərqini tələb etməklə müqaviləni davam etdirə
bilər.
12.3. Sığortalı, 3 iş günü ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğin
miqdarı ilə razılaşmadığını bildirərsə, müqavilə ləğv olunmuş hesab edilir.
Ləğvetmənin hüquqi qüvvəyə minəcəyi tarixə qədər keçən vaxtın sığorta haqqı gün
hesabı əsas götürməklə hesablanır və artıq qalan vəsait geri qaytarılır.
12.4. Vaxtında istifadə olunmayan, ləğvetmə və ya sığorta haqqı fərqini tələb etmə
hüququ etibarsız sayılır.
12.5. Sığortalı təklifdə, təklif yoxdursa, sığorta şəhadətnaməsində və ya onun
əlavələrində göstərilən kommersiya fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi
vasitələrin yerləşmə ərazisində və istifadə tərzində, xüsusiyyətində və yaxud müəssisənin
fəaliyyəti ilə əlaqədar amillərdə dəyişiklik etdiyini öyrənən sığortaçı sığorta müqaviləsinin
qüvvədə qalmasına razı olduğunu bildirən bir hərəkət edərsə, ləğv etmə hüququ itirilmiş hesab
olunur.
12.6. Dəyişiklik, hadisə baş verməsi halının qarşısının alınmasına kömək edərsə və
daha az sığorta haqqı alınmasını tələb edərsə, sığortaçı, bu dəyişikliyin baş verdiyi tarixdən
başlayaraq müqavilənin başa çatmasına qədər olan müddətin sığorta haqqı fərqini gün hesabı
əsas götürülməklə hesablayır və bu fərqi sığortalıya qaytarır.
12.7. Bu dəyişikliklər sığortaçının müqaviləni bağlamamağına və ya daha ciddi
qaydalarla bağlanmasına səbəb olduğu zaman:
- sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
- sığortaçının ləğvetmə hüququndan istifadə edə biləcəyi müddət ərzində və ya;
- ləğvetmənin hüquqi qüvvəyə minməsi üçün lazım olan müddət ərzində;
- hadisə baş verərsə, sığortaçı ödənişi, ödənmiş sığorta haqqı ilə, həqiqətdə ödənməli
olan sığorta haqqı arasındakı nisbətə görə ödəyir.
13. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
13.1. Sığortalanmış əmlak özgəninkiləşdirildikdə, sığortalının hüquq və vəzifələri əldə
edənə keçir.
13.2. Sığortalanmış əmlakın özgəninkiləşdirilməsi haqqında sığortaçıya dərhal
məlumat verilməlidir. Əldə edən və ya özgəninkiləşdirən bu barədə sığortaçıya dərhal
məlumat vermədikdə, əgər sığorta hadisəsi əmlakın özgəninkiləşdirildiyi andan iki həftə sonra
baş verərsə, sığortaçı sığorta ödənişi vermək vəzifəsindən azad edilir.
13.3. Sığortaçının müqavilənin ləğvi üçün bir aylıq müddəti gözləməklə əldə edənlə
sığorta münasibətlərinə xitam vermək ixtiyarı vardır. Əgər sığortaçı əmlakın
özgəninkiləşdirildiyinin ona məlum olduğu andan bir ay ərzində müqaviləni ləğv etmək
hüququndan istifadə etməzsə, onun bu hüququ qüvvədən düşür.
13.4. Əldə edənin sığorta müqaviləsini ləğv etmək ixtiyarı vardır; o, müqaviləni yalnız
dərhal və ya sığortanın cari dövrünün sonuna yaxın ləğv edə bilər. Əgər əldə edən əmlakı əldə
etdikdən sonra bir ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, bu hüququ
itirir, əldə edən sığortadan xəbərdar olmadıqda isə ləğvetmə hüququ əldə edənin sığorta
münasibətlərindən xəbər tutduğu andan bir ay keçənədək qüvvədə qalır.
13.5. Əgər sığorta müqaviləsinə bu maddənin qaydaları əsasında xitam verilmişdirsə,
özgəninkiləşdirən sığortaçıya sığorta haqqı ödəməlidir, lakin bu haqq onun sığorta dövrü
ərzində, müqavilənin ləğvi məqamı da daxil olmaqla, ödəməli olduğundan artıq olmamalıdır;
bu halda əldə edən sığorta haqqının ödənilməsi üçün məsuliyyət daşımır.
14. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
14.1. Sığortalının məlumatları, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanmasına
vasitəçilik edən agentliyə sifarişli məktub və ya digər formada (faks, elektron poçt, internet,
telefon və s.) vasitəsilə bildirilir.
14.2. Sığortaçının məlumatları sığortalının sığorta şəhadətnaməsində göstərilən
ünvanına, bu ünvan dəyişmişsə, bildirilən son ünvana eyni formada çatdırılır.
14.3. Tərəflərə imza etdirmək şərti ilə, şəxsən təqdim olunan məktublar və ya teleqraf
vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar da sifarişli məktub vasitəsilə bildirilən
xəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
15. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
Sığortaçı və onun səlahiyyətli nümayəndələri sığortalı ilə əlaqədar öyrənəcəkləri bütün
iş sirlərini gizli saxlamamaqlarına görə dəyən zərərə görə məsuliyyət daşıyırlar.
ZƏRƏR VƏ ÖDƏNİŞ
16. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ
Sığortalı hadisə baş verdiyi zaman:
16.1. Hadisənin baş verdiyini öyrəndiyi tarixdən etibarən ən gec 2 iş günü ərzində
sığortaçıya məlumat verməlidir;
16.2. Hadisənin baş verdiyi tarixdən zərərin müəyyən edilməsinə qədər keçən
müddət ərzində, müəssisədəki istehsalın zəifləməsini və ya dayanmanı aradan qaldırmaq və
ya minimuma endirmək üçün lazımi tədbirlər görmək və bu məqsədlə sığortaçı tərəfindən ona
verilmiş təlimat daxilində bütün imkanlardan istifadə etməlidir;
16.3. Məcburi hallar istisna olmaqla, zərər müəyyən olunana və təsdiq edilənə qədər
hadisənin baş verdiyi yerlərdə zərərin məbləğinin müəyyən edilməsini çətinləşdirəcək və
yaxud zərərin məbləğini artıracaq formada heç bir dəyişiklik etməməlidir;
16.4. Ödəniş tələbinin araşdırılması ilə əlaqədar sığortaçı tərəfindən tələb ediləcək
mühasibat jurnalı və qeydiyyatlarını, qəbz və fakturaları, balans və digər sənədləri, lazımi
məlumat və izahatları, bütün növ sübutları və zərərin təqsirkar üçüncü şəxslər tərəfindən
ödənilməsi hüququndan istifadə olunması üçün zəruri məlumat və sənədləri, onların
hazırlanması və alınması üçün çəkiləcək xərclərin özü tərəfindən ödənməsi şərtlə sığortaçıya
verməlidir;
16.5. Ödəniş cavabdehliyi və məbləği, zərərin təqsirkar üçüncü şəxslər tərəfindən
ödənməsi hüquqlarının müəyyən edilməsi üçün sığortaçının və ya səlahiyyətli
nümayəndələrin sığorta etdirilmiş əmlak və bunlarla əlaqədar sənədlər üzərində aparacaqları
tədqiqat və yoxlamalara icazə verməlidir;
16.6. Gəlir itkisinə səbəb olan hadisələrə təminat verən sığorta müqavilələri və əgər bu
sığorta ilə əlaqədar digər sığorta müqavilələri də varsa, bu haqda sığortaçıya məlumat
verməlidir;
16.7. Bu əsas qaydaların 3-cü bəndinə uyğun olaraq müəyyən edilən təminat müddəti
başa çatdıqdan, yaxud ödənişlərin dövrlər üzrə verilməsi razılaşdırılarsa, hər bir dövr başa
çatdıqdan sonra maksimum 3 gün ərzində ödəniş tələbini yazılı şəkildə sığortaçıya təqdim
etməlidir.
17. GƏLİR İTKİSİNİN QARŞISINI ALMA TƏDBİRLƏRİ
Sığortalı, bu müqaviləyə əsasən təminat verilən hadisə baş verdiyi zaman; kommersiya
fəaliyyətini imkanı daxilində davam etdirərək gəlir itkisinin qarşısını almağa, məbləğini və ya
təsirini azaltmaq üçün zəruri tədbirlərin dərhal həyata keçirilməsinə görə məsuliyyət daşıyır.
Təcili tədbirlərə və sığortaçının həyata keçirilməsini tələb etdiyi digər tədbirlərə görə
çəkilən xərclər sığortaçı tərəfindən ödənilir.
18. ALTERNATİV İŞ YERİNDƏ FƏALİYYƏT
Sığortalı öz fəaliyyətini təminat verilən müddət ərzində başqa bir iş yerində davam
etdirərsə və ya bu fəaliyyət sığortalının adından başqaları tərəfindən həyata keçirilərsə, əldə
olunan gəlir, sığortalının təminat müddəti ərzindəki ümumi maliyyə dövriyyəsi hesablandığı
zaman nəzərə alınır.
19. SIĞORTA HADİSƏSİ BAŞ VERDİYİ ZAMAN SIĞORTAÇININ HÜQUQ
VƏ VƏZİFƏLƏRİ
Hadisə baş verdiyi zaman sığortaçı və ya səlahiyyətli nümayəndələri, gəlir itkisinin
məbləğini azaltmaq məqsədilə hadisənin baş verdiyi yerlərə daxil ola bilərlər. Sığortaçının bu
hərəkəti onun öz üzərinə hər hansı bir öhdəlik götürməsi və sığorta şəhadətnaməsində nəzərdə
tutulmuş hüquqların hər hansı birindən məhrum olunması demək deyildir.
Sığortaçı, zərərin məbləği ilə əlaqədar sənədlər ona verildikdən sonra 30 gün ərzində
lazımi tədqiqatları sona çatdırıb zərər və ödənişin miqdarını müəyyənləşdirərək sığortalıya
bildirməklə ödəməməyə görə məsuliyyət daşıyır.
20. ZƏRƏR VƏ ZİYANIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
20.1. Sığorta müqaviləsi ilə təminat verilən gəlir itkisinin və gəlir itkisinin qarşısını
almaq və ya məbləğini azaltmaq üçün müəssisə fəaliyyətindəki xərc artımının məbləği tərəflər
arasında imzalanacaq müqavilə ilə müəyyən edilir.
20.2. Tərəflər zərərin məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, zərərin
məbləğinin müəyyən edilməsi üçün ekspertə (bundan sonra mətn boyu müstəqil ekspert kimi
başa düşülməlidir.) müraciət etmək üçün qərar qəbul edə bilərlər.
20.3. Tərəflər, mübahisənin həlli üçün eksperti birlikdə seçmək haqqında razılığa gələ
bilməzlərsə, onda tərəflər hər biri ayrılıqda öz ekspertini seçir və bunu «Əmlakın Yanğın və
Digər Risklərdən Sığortasının Əsas Qaydaları»nin 20-ci bəndində göstərilən formada digər
tərəfə bildirir. Tərəflərin ekspertləri təyin olunduqları tarixdən 7 gün ərzində, hadisə ilə
əlaqədar tədqiqata başlamazdan əvvəl üçüncü bitərəf eksperti seçirlər. Bitərəf ekspertin,
yalnız tərəflərin ekspertlərinin razılığa gələ bilmədikləri məsələlər haqqında, onların razılığa
gələ bilmədikləri hədlər daxilində olmaq şərti ilə, ayrıca və ya digər ekspertlərlə birlikdə
ümumi bir rəy vermək səlahiyyəti vardır. Ekspertin rəyi və tərəflərə eyni vaxtda bildirilir.
20.4. Tərəflərdən hər hansı biri, digər tərəf məlumat verdiyi tarixdən 7 gün ərzində öz
ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, üçüncü bitərəf ekspertin
seçilməsi ilə əlaqədar təyin olunduqları tarixdən etibarən 5 gün ərzində razılığa gələ
bilməzlərsə, tərəflərin ekspertləri və ya bitərəf ekspert, tərəflərdən birinin təklifi ilə hadisənin
baş verdiyi ərazi üzrə məhkəmə tərəfindən seçilə bilər.
20.5. Ekspertlərə, iş qabiliyyətlərinin az olmasına görə etiraz oluna bilər. Ekspertin
kimliyinin öyrənilməsindən sonra 5 gün ərzində istifadə olunmayan etiraz hüququ öz
qüvvəsini itirmiş hesab olunur.
20.6. Ekspert vəfat edərsə, vəzifəsindən azad edilərsə və ya rədd edilərsə, onun
əvəzinə eyni qaydalarla başqa bir ekspert seçilir və hadisənin tədqiqi yarımçıq qaldığı yerdən
başlayaraq davam etdirilir.
20.7. Sığortalının vəfat etməsi, təyin edilmiş eksperti öz məsuliyyətindən azad etmir.
20.8. Zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildikləri dəlilləri,
eləcə də bu zaman istifadə olunacaq qeydləri və sənədləri tələb edə və hadisə yerində
tədqiqatlar apara bilərlər.
20.9. Ekspertlərin və ya üçüncü bitərəf ekspertin, zərərin məbləği ilə əlaqədar
verəcəkləri rəy qətidir və tərəflər bu rəyə əməl etməlidirlər. Sığortaçı qarşısında iddia və ya
tələb qaldırılması hallarında zərərin məbləği ilə əlaqədar ekspertin rəyi ödənişin müəyyən
edilməsi üçün əsas götürülür. Ekspert rəylərinə, yalnız onların real vəziyyətdən açıq-aşkar
fərqləndiyi zaman etiraz edilə bilər və bu qərarın ləğv edilməsi, rəyin bildirildiyi tarixdən
etibarən 15 gün ərzində hadisənin baş verdiyi ərazidə yerləşən məhkəmə tərəfindən həyata
keçirilə bilər.
20.10. Tərəflərin hər biri öz seçdiyi ekspertin haqqını ödəyir. Tərəflər birlikdə
seçdikləri ekspertin və üçüncü bitərəf ekspertin haqqını birlikdə ödəyirlər.
20.11. Zərər məbləğinin müəyyənləşməsi bu müqavilədə və qanunvericilikdə
göstərilən tələb və qaydalarla və onların tətbiq edilməsinə təsir göstərmir.
21. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
21.1 Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından
etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi
verməkdən imtina olunması haqqında qərar qəbul edir:
- Sığorta ödənişinin verilməsi barədə ərizə;
- Sığorta şəhadətnaməsi;
- Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış,
akt, rəy və ş.);
- Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
- Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
- Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
22. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
22.1. Sığorta müqaviləsində sığortalının kommersiya fəaliyyətinin spesifik
xüsusiyyətlərinə uyğun olaraq başqa bir hesab forması və izahat nəzərdə tutulmamışdırsa,
sığorta ödənişi, ümumi maliyyə dövriyyəsindəki azalma və fəaliyyət xərclərinin artması
nəticəsində meydana gələn xalis gəlir itkisindən, təminat müddəti ərzində xalis gəlirdən
ödənilməli olan, lakin hadisə baş verməsinə görə ödənilməyən və ya qənaət edilən fəaliyyət
xərcləri çıxılmaqla hesablanır.
22.2. Ümumi maliyyə dövriyyəsinin azalması nəticəsində meydana gələn xalis gəlir
itkisi: xalis gəlir nisbətinin, təminat müddəti ərzində və hadisə baş verməsinə görə azalmış
olan dövriyyə məbləğinə (standart dövriyyə ilə əldə olunan dövriyyə arasındakı fərqə) tətbiq
edilməsi yolu ilə hesablanan məbləğdir.
22.3. Müəssisənin maliyyə xərclərindəki artımın səbəb olduğu xalis gəlir itkisi:
Dövriyyədəki azalmanın qarşısını almaq məqsədilə zəruri və qəbul edilə bilən maliyyə
yardımıdır. Lakin bu artım təminat müddəti ərzində baş vermiş olmalı və azalmasının qarşısı
alınan dövriyyə məbləğinə xalis gəlir nisbətinin tətbiq edilməsi ilə hesablanacaq məbləğdən
artıq olmamalıdır.
Sığorta şəhadətnaməsində göstərilən bütün hesablamalarda ƏDV istisna edilir.
23. SIĞORTA ÖDƏNİŞİ MƏBLƏĞİNİN AZALDILMASI VƏ YA RƏDD EDİLMƏSİ
Sığortalı, hadisə baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun
nəticəsində də zərərin məbləği artarsa, sığortaçının ödəyəcəyi ödənişdən göstərilən səbəbə
görə artan məbləğ çıxılır.
Sığortalı, hadisənin baş verməsinə qəsdən şərait yaradarsa və ya qəsdən zərər
məbləğini artıracaq hərəkətlər edərsə, sığortalı müqavilədə göstərilən hüquqlarını itirir.
24. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI
24.1. Gəlir itkisi üzrə ödəniş, sığortaçının bu qaydaların 3-cü bəndinə əsasən
məsuliyyət daşıdığı müddət başa çatdıqdan sonra maksimum 30 gün ərzində ödənilir. Lakin,
tərəflər ödənişin, fəaliyyətin dayandırıldığı və ya zəiflədiyi müddət ərzində müəyyən dövrlər
üzrə hissə-hissə ödənilməsi haqqında da razılığa gələ bilərlər;
24.2 Sığortalıya ödənilmiş sığorta ödənişi məbləği həcmində sığortalının günahkar
üçüncü şəxsə qarşı iddia qaldırmaq hüququ sığortaçıya keçir. Sığorta, sığortaçı iddia irəli
sürərsə, bu iddialı məsələnin aydınlaşdırılması üçün lazım olan və əldə edilməsi mümkün olan
sənəd və məlumatları mütləq sığortaçıya təqdim etməlidir;
25. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
25.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda,
həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının
tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta
müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda
isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
25.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta
qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin
aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı
bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu
tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı
sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə
ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
25.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta
haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə
ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta
müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin
aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında
sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını)
qaytarır.
25.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı
tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər
hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta
ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir
sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
25.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək
Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də
müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta
ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq
miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 25.1-ci və 25.2-ci
bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
25.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş
qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini
çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta
predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 25.3-cü və 25.4-
cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
25.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri
dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
DİGƏR MÜDDƏALAR
26. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
26.1 Sığortalının hüquqları:
26.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən
Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
26.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb
etmək.
26.2 Sığortalının vəzifələri:
26.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə
ödəmək;
26.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi
ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
26.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının
müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq
qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
26.2.4 Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək.
26.3 Sığortaçının hüquqları:
26.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan
tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
26.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən
imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən geri
qaytarılmasını tələb etmək;
26.3.3 Sığortalı ona məlum olan riskin qiymətləndirilməsi üçün əhəmiyyətli hallar
barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi
aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
26.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən
müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini
dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
26.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam
vermək.
26.4 Sığortaçının vəzifələri:
26.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
26.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata
keçirmək;
26.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
26.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda
müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində
Sığortalıya qaytarmaq.
27. MÜBAHİSƏLƏRƏ BAXILMASI
Sığorta müqaviləsi ilə əlaqədar ortaya çıxan mübahisələr tərəflərin danışıqları yolu ilə
həll edilir. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud
qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyəti məhkəmələrdə baxılır.
28. MÜDDƏT
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının
mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
29. XÜSUSİ ŞƏRTLƏR
Sığorta şəhadətnaməsində əsas qaydalara və bunlarla əlaqədar olan əlavə qaydalar
(klozlara) zidd olmayan xüsusi qaydalar də yazıla bilər.
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti
ƏMLAKIN YANĞIN VƏ DİGƏR ƏLAVƏ RİSKLƏRLƏ ƏLAQƏDAR
GƏLİR İTKİSİ SIĞORTASI ÜZRƏ TARİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI
Tarif dərəcələrinin əsaslandırılırkən əvvəlcə netto-dərəcələr hesablanılır. Netto-dərəcələrin
hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir.
1. Sığorta hadisəsinin baş verməsi ehtimalı (A) – 0.01;
2. Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği (B) – 180 min AZN
3. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi (C) – 20 min AZN
4. Bağlanılacaq sığorta müqavilələrinin sayı (N) – 300
X1, X2 və X3 ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə
edək. Netto-dərəcənin əsas hissəsi 0.02 AZN sığorta məbləğinə uyğun olaraq aşağıdakı
düsturla hesablanır:
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0.98 götürək. Bu halda həmin ehtimala
uyğun əmsal Q=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanılır:
Tarif dərəcəsinin strukturu: netto dərəcə 70%, yüklənmə 30%. O cümlədən işlərin aparılması
xərcləri 28%, tarif mənfəəti 2%.
Brutto dərəcəni X4-lə işarə edək. Onda brutto dərəcənin hesablanması düsturuna əsasən yaza
bilərik.
Sığortanın şərtlərindən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq
edilir. Ona görə də, yekun tarif dərəcəsi 0,02%-5%, yalnız zəlzələ hadisəsi ilə əlaqədar tarif
dərəcəsi isə 0,1%-0,18% aralığında dəyişir.