Daşınmaz Əmlakın icbari sığortası

“Xalq Sığorta”nın hüquqi şəxslərin sosial və əmlak maraqlarının qorunması istiqamətində olan çoxsaylı sığorta xidmətlərindən biri “Əmlakın icbari sığortasıdır”.

Bu sığorta növü Azərbaycan Respublikasının ”icbari sığortalar haqqında” qanunu ilə tənzimlənir və Azərbaycan ərazisində sahibkarlıq fəaliyyəti göstərən bütün hüquqi şəxslər üçün məcburidir.

“Daşınmaz əmlakın icbari sığortası”-nın əsas məqsədi əmlaka dəymiş zərərə görə sığorta təzminatının vaxtında ödənilməsi ilə həm əhalinin, həm də, sığortalının maraqlarını qorumaq, sosial müdafiəsini təmin etməkdir.


Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.

Qaydalar