Bu, sahibkarların, menecerlərin, gəmi operatorlarının üçüncü şəxslər tərəfindən olan irad və şikayətlərindən müdafiə olunmaq ücün yaradılan xüsusi sığorta növüdür. Belə ki, yuxarıda sadaladığımız şəxslər yükləri daşıyan zaman, gəmi ekipajı üzvlərinin həyat və sağlamlığına, üçüncü şəxslərə məxsus əmlaka (o cümlədən daşınan yükə ), həmçinin ətraf mühitə dəyə biləcək zərərə görə məsuliyyət daşıyırlar.
Hazırki dövrdə dəniz ticarətinin intensivliyini, gəmilərin ölçülərinin artmasını və ətraf mühitə dəyə biləcək potensial zərəri nəzərə alsaq, bu məhsul Azərbaycanın gəmi sahibləri üçün kifayət qədər aktualdır.
“Xalq Sığorta” tərəfindən təklif olunan məhsul, gəmi sahiblərinin ehtiyaclarına uyğun fərdi olaraq hazırlanır və bir çox amillərdən asılıdır. Əsasən, quru yüklər, balıq ovu, xüsusi, köməkçi, çay (quru və maye) və sair yükləri daşıyan məhdud ölçülü (müxtəlif növ) dəniz gəmiləri üçün nəzərdə tutulmuşdur.
Biz qanunvericiliyin(Ticarət Dənizçiliyi Məcəlləsi yaxud Beynəlxalq Konvensiya) icbari əsaslarla tələb etdiyi sığorta təminatı ilə yanaşı könüllü sığorta təminatı(tam P&I təminatı) da təklif edirik. Beynəlxalq dəniz ekspertləri və təcrübəli müxbirlərin dəstəyi ilə həftədə 7 gün 24 saat sığorta tələbləri üzrə xidmət göstəririk. Biz, dəniz tələbləri üzrə gəmilərin saxlanmasının qarşısının alınması, yaxud gəmilərin bu cür hadisələrdən azad olunması məqsədilə Lloyd’s və ya London Salvage Association zəmanətini təşkil edirik.
Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.
ANLAYIŞLAR
Əgər kontekstdə başqa cür nəzərdə tutulmursa, istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
ÜMUMİ
Sığortaçı - sığorta müqaviləsinin tərəflərindən biri olan, sığorta xidmətləri göstərən və sığorta hadisəsi baş verən
zaman müəyyən məbləği ödəmək öhdəliyi daşıyan sığorta şirkəti.
Sığortalı - sığorta haqqı ödəyən və faydalanan şəxsin olmaması halında Sığortaçıdan sığorta ödənişini almaq
hüququna malik olan sığorta müqaviləsinin tərəflərindən biri.
Faydalanan şəxs - sığorta ödənişini almaq hüququ olan şəxs.
Sığortanın obyekti - zərərin ortaya çıxmasına səbəb ola bilən risklərə qarşı sığorta olunmuş əmlak
(maddi) maraqları, həyat və ya sağlamlıq.
Sığorta hadisəsi - baş verməsi ilə birlikdə Sığortaçı üçün sığorta ödənişini vermək öhdəliyi yaradan hadisə,
Sığortanın müddəti - sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət.
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddi.
Sığorta tarifi - sığorta haqqının sığorta məbləğindən faizlə dərəcəsi.
Sığorta haqqı - sığortaya görə Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği.
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq
sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.
Azadolma məbləği – sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə
əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.
Mühiim şərtlər (zəmanətlər) - sığorta müqaviləsinin şərtləri dedikdə o şərtlər başa düşülür ki, Sığortalı tərəfindən
onların yerinə yetirilməməsi Sığortaçıya sığorta ödənişini verməkdən imtina etməyə və ya sığorta müqaviləsini ləğv
etməyə hüquq verir.
Sığortanın ərazisi - sığorta predmetinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer).
FƏSİL 1. ÜMUMİ MÜDDƏALAR
1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Qanununa
və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
2. Bu Qaydalara əsasən Sığortalıya məxsus olan gəmilərin istismarı nəticəsində üçüncü şəxslərin əmlakına
və (və ya) sağlamlığına dəyən zərərə görə Sığortalının mülki məsuliyyəti sığorta olunur.
3. Bu Qaydalar Sığortaçı ilə Sığortalı arasında bağlanan hər hansı bir mülki məsuliyyət sığortası
müqaviləsinin ayrılmaz tərkib hissəsidir.
4. Gəmi sahiblərinin məsuliyyətinin sığortası müqaviləsi üzrə Azərbaycan Respublikasının hüquqi şəxsləri
və xarici hüquqi şəxslər, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət
qabiliyyətli fiziki şəxslər Sığortalı qismində çıxış edə bilərlər
5. Sığorta təminatı 2-ci bölmənin «Təminatın həcmi» adlanan 1-ci maddəsində sadalanan risklərə görə
verilir.
6. Sığorta olunan riskləri Sığortalı müəyyən edir və bu risklərə tərəflərin razılığı ilə 2-ci bölmənin 2-ci
bəndində sadalanan risklər daxil edilə bilər.
7. Sığorta təminatı bütün müqavilə üzrə və (və ya) hər hansı bir risk üçün ayrılıqda məsuliyyət həddi müəyyən
olunmaqla verilir.
8. Əgər sığorta müqaviləsi gəminin ancaq hər hansı bir hissəsinin tonnajına görə bağlanılarsa, bu halda
Sığortalıya zərərin sığortalanmış tonnajın tam gəminin tonnajına mütənasib hissəsi ödənilir.
FƏSİL 2. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATI
Bu Qaydalara əsasən sığorta predmeti sığortalının 3-cü şəxslərəin əmlakına vurduğu zərərlə bağlı mülki
məsuliyyətidir.
Bu Qaydalara uyğun olaraq bağlanmış sığorta müqaviləsi üzrə «Xalq Sığorta» ASC tərəfindən Sığortalıya
aşağıdakı risklərə qarşı təminat verir:
1. Əsas sığorta təminatı
1.1. Sığortalanmış gəmidə daşınmaq üçün təyin edilmiş, daşınan və ya daşınmış yükə görə məsuliyyət:
Aşağıdakı zərərlər ödənilir:
a) yükün itirilməsi, əskik gəlməsi və ya zədələnməsi (korlanması) ilə əlaqədar Sığortalının çəkdiyi zərər.
b) Mühafizə edilməyən yükün daşınması ilə əlaqədar Sığortalının əlavə xərcləri, o cümlədən:
• zədələnmiş yükün boşaldılması və ya atılması ilə əlaqədar xərclər;
• boşaldılma limanında və ya hər hansı bir başqa daşınma yerində yükün yük sahibi tərəfindən
alınmaması ilə əlaqədar xərclər, bu şərtlə ki, belə xərclər yükün satışından əldə edilən gəlirdən
artıq olsun (bu halda xərclərlə və satışdan əldə edilən gəlir arasında olan fərq ödənilir);
c) yükün sığortalanmış gəmidə deyil, başqa bir gəmidə daşınması ilə əlaqədar olan xərclər, o
halda ki, daşınmanın qismən sığortalanmış gəmidə həyata keçiriləcəyini nəzərdə tutan
birbaşa yükləmə konosamenti və ya başqa müqaviləyə əsasən məsuliyyət yaranmış olsun.
Bu bölməyə əsasən Sığortalının aşağıdakılar nəticəsində ortaya çıxan zərər və xərclərinin əvəzi ödənilmir:
• Yükün daşıma müqaviləsində razılaşdırılandan fərqli bir limana və ya yerə boşaldılması.
• Dövriyyə qabiliyyətli konosament və ya mala sərəncam verən müvafiq sənəd əsasında daşınan
yükün yük alan tərəfindən konosament və ya müvafıq sənəd göstərilmədən verilməsi.
• Dövriyyə qabiliyyəti olmayan konosament və ya başqa bir sənəd əsasında daşınan yükün bu
sənədlər üzrə yük alan olmayan şəxsə verilməsi.
Bilərəkdən səhv məzmunlu məlumat ehtiva edən, konosamentin və ya daşınma
sənədinin verilməsi.
• Sığortalanmış gəminin yükləmə limanına gəlib çıxmaması və ya gec gəlib çıxması,
yaxud hər hansı bir müəyyən yükün və ya yüklərin sığortalanmış gəmiyə yüklənməsinin
mümkün olmaması.
• Əgər sənədin əsli göstərilən yükün həmin gəmidə daşındığı müəyyən və ya bütün
müddət ərzində sığortalanmış gəmidə olmuşdursa, konosamentin və /və ya mala
sərəncam verən müvafiq sənədin əslinin təqdim edilməsi müqabilində yükün verilməsi;
• Sikkələrin, külçələrin, qiymətli və ya nadir metalların və ya daşların, möhür formalarının
və ya başqa predmetlərin, nadir və ya öz mahiyyəti etibarilə qiymətli banknotların və ya
digər
ödəniş vasitələrinin, istiqrazların və ya başqa dövriyyə olunan sənədlərin daşınması.
1.2. Sığortalanmış gəmidəki əmlaka görə məsuliyyət:
Əgər əmlak:
• Sərnişinlərin, komanda üzvlərinin və ya digər fiziki şəxslərin şəxsi əşyaları deyilsə;
• Yükə görə məsuliyyətlə bağlı deyilsə (bax. Bölmə 2, bənd. 1.1);
• Sığortalanmış gəminin hissəsi deyilsə.
Konteynerlərin, avadanlığın, yanacağın və ya sığortalanmış gəmidə olmuş və ya yerləşən digər əmlakın məhv
olması və ya zədələnməsinə görə məsuliyyətlə əlaqədar Sığortalının xərclərinin əvəzi ödənilir.
1.3. Sığortalanmış gəminin başqa gəmilər ilə toqquşmasına görə məsuliyyət:
Sığortalanmış gəminin başqa gəmilər ilə toqquşması nəticəsində Sığortalının digər gəmilərin
sahiblərinə ödəməli olduğu zərərlərin əvəzi ödənilir.
Habelə, gəmilərin toqquşma nəticəsində aşağıdakılarla bağlı yaranan xərclər də təminata daxildir:
a) batmış əmlakın çıxardılması;
b) gəmilərin və onların üstündə olan əmlakdan başqa hər hansı digər əmlakın zədələnməsi;
c) sığortalanmış gəmidəki yükün və ya digər əmlakın zədələnməsi, birgə zərərlə bağlı
ödəmələr, yükün və ya əmlakın sahibinin xilas etmə ilə bağlı xərcləri;
ç) üçüncü şəxslərin ölümü, zədələnməsi və ya xəstələnməsi;
d) sığortalanmış gəminin toqquşduğu gəmidən və ya onun üzərindəki əmlak istisna olmaqla,
hər hansı digər əmlakın çirkləndirilməsi;
Bununla bağlı:
• bir Sığortalıya məxsus olan gəmilər toqquşduqda, onun Sığortaçıdan ödəniş almaq hüquqi
vardır və öz növbəsində Sığortaçı da belə gəmilərə münasibətdə onların ayrı-ayrı şəxslərə məxsus
olduğu zaman malik olduğu hüquqlara sahibdir;
• Sığortalanmış gəminin Gövdə Sığortası Müqaviləsindəki toqquşmaya görə məsuliyyət
müddəasına əsasən ödənilən zərərlər, bu bölməyə əsasən sığorta təminatına daxil edilmir.
1.4. Üzən və hərəkət etməyən predmetlərin zədələnməsinə görə məsuliyyət:
Sığortalanmış gəminin gəmi olmayan hər hansı bir üzən, hərəkət etməyən və ya başqa predmeti
zədələməsinə görə Sığortalının üçüncü şəxslərə ödəməli olduğu zərərlərin əvəzi
ödənilir.
Əgər sığortalanmış gəmi Sığortalının özünə tam və ya qismən məxsus olan hər-hansı bir predmeti
zədələmişdirsə, bu halda Sığortalı, bu predmetlərin sanki, üçüncü şəxslərə tam və ya qismən məxsus
olması
düşüncəsindən çıxış edərək, Sığortaçıdan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna
malikdir.
1.5. Yedəyə alma müqaviləsi üzrə məsuliyyət:
Sığortalanmış gəminin yedəyə alınması müqaviləsi ilə əlaqədar və aşağıdakıların nəticəsində Sığortalının
ortaya çıxan zərərlərinin əvəzi ödənilir:
a) sığortalanmış gəminin limana girməsi və çıxması və ya adi üzgüçülük şəraitində liman
daxilində yerinin dəyişdirilməsi məqsədilə yedəyə alınması;
b) yedək vasitəsilə bir limandan digərinə və ya bir yerdən başqa yerə yerdəyişməsi normal hesab edilən
sığortalanmış gəmilərin yedəyə alınması;
c) yedəklənmənin şərtləri əvvəlcədən Sığortaçı ilə razılaşdırılmaqla, sığortalanmış gəminin başqa
gəmiləri yedəyinə alması.
1.6. Gəminin qəzaya uğraması nəticəsində batan əmlakın çıxarılmasına görə məsuliyyət:
Aşağıdakı xərclərin əvəzi ödənilir:
a) əgər qanunvericiliyə əsasən bu tədbirlərin görülməsi məcburidirsə və ya bu xərclərin ödənilməsi
Sığortaçının borcudursa, sığortalanmış gəminin qalıqlarının qaldırılması, kənarlaşdırılması, məhv
edilməsi, işıqlandırılması və ya işarə olunması nəticəsində çəkilən xərclər;
b)əgər qanunvericiliyə əsasən bu tədbirlərin görülməsi məcburidirsə və ya bu xərclərin ödənilməsi
Sığortaçının borcudursa, Sığortalanmış gəmidə daşınan əmlakın (neft və digər çirkləndirici maddələr
istisna olmaqla) qaldırılması, kənarlaşdırılması, və ya məhv edilməsi ilə bağlı xərclər;
c)qalıqlardan neftin və ya digər çirkləndirici maddələrin atılması və ya sızmasına görə
məsuliyyət də daxil olmaqla, sığortalanmış gəminin qalıqlarının yerinin qeyri-ixtiyari
dəyişməsi, yaxud belə qalıqların qaldırılması, kənarlaşdırılması, məhv edilməsi,
işıqlandırılması və ya işarə olunması üçün tədbirlərin görülməməsi ilə əlaqədar olan xərclər;
Bu halda:
Bu bölmənin «a» bəndinə əsasən iddia edilən zərər məbləğindən xilas edilmiş əmlakın, materialların,
həmçinin qalıqların dəyəri çıxılır. Əgər belə bir fərq əmələ gələrsə, Sığortaçı tərəfindən verilən ödəniş
yalnız alınmış fərq miqdarı ilə məhdudlaşır. Sığortalanmış gəminin qalıqlarının qaldırılması,
kənarlaşdırılması, məhv edilməsi, işıqlandırılması və ya işarə olunması üçün tədbirlər görülənə və ya
məsuliyyətin və xərclərin ortaya çıxmasına səbəb olan hadisə baş verənə qədər, Sığortalı Sığortaçının
yazılı razılığı olmadan sığortalanmış gəminin qalıqlarına olan əmlak hüquqlarını başqasına ötürdükdə
zərərlərin əvəzi ödənilmir.
1.7. Sığortalanmış gəmilərdən neft və digər çirkləndirici maddələrin axması (tullanılması) nəticəsində
suların və ya sularda yerləşən hər hansı əmlakın çirkləndirilməsi ilə vurulan zərərə görə
məsuliyyət:
Aşağıdakı xərclərin əvəzi ödənilir:
a) zərərin əvəzinin ödənilməsi üçün Sığortalının ödədiyi məbləğlər, həmçinin milli qanunvericiliyə və
beynəlxalq konvensiya və sazişlərə müvafiq olaraq, Sığortalının ödəməli olduğu xərclər.
b) müstəsna olaraq, xəbərdarlıq etmək və çirklənmənin qarşısını almaq məqsədilə Sığortalının ağlabatan
xərcləri.
1.8. Fiziki şəxslərə vurulan zərərə görə məsuliyyət (sığortalanmış gəminin ekipaj üzvləri istisna
olmaqla):
a) Sığortalanmış gəminin istismarı zamanı bədən xəsarəti, xəstəlik və ya ölüm hadisələri ilə
əlaqədar ortaya çıxan xərclər sığorta təminatına daxil edilir. Göstərilən bədən xəsarəti, xəstəlik və
ya ölümlə nəticələnən sığorta hadisələri ilə əlaqədar xəstəxanada yerləşdirilmə, tibbi xərclər və
dəfn xərcləri ilə bağlı zərərlər də ödənilir.
b) sərnişinlərin təyinat yerinə çatdırılması və ya göndərilmə limanına qaytarılması xərcləri də
daxil olmaqla, bədbəxt hadisə, qəza nəticəsində sığortalanmış gəminin sərnişinlərinin xərcləri də
sığorta təminatına daxildir. Bədbəxt hadisə nəticəsində sərnişinlərin şəxsi əşyalarına dəyən zərərə
görə də ödəniş verilir.
Daşıyıcının məsuliyyəti ilə bağlı sərnişin biletinə daxil edilən şərtlər «Xalq Sığorta» ASC ilə
razılaşdırılmalıdır.
Əgər müqavilədə (şəhadətnamədə) başqa cür nəzərdə tutulmamışdırsa, nağd pul, çek, bank
sənədləri, qiymətli və nadir metallar, daşlar, qiymətli və nadir əşyalar, incəsənət əsərləri və
antikvarla bağlı zərərin əvəzi ödənilmir.
1.9 Sığortalının və/və ya onun işçilərinin (onlar tərəfindən xidməti vəzifələrinin yerinə yetirilməsi ilə
əlaqədar) cərimələnməsi ilə əlaqədar məsuliyyət.
Sığorta aşağıda sadalanan cərimə növlərini əhatə edir:
a) çatdırılan yükün əksik (zədələnməsi)/ artıq gəlməsinə görə cərimələr;
b) dənizin neft və neft məsulları ilə çirkləndirilməsinə görə cərimələr;
c) gəminin vəziyyətinin və/və ya təchizatının dəniz təcrübəsinin tələblərinə uyğun olmamasına görə
cərimələr.
1.10 Zərərin qarşısının alınması və/və ya həcminin azaldılması üçün çəkilən xərclər.
Sığortaçı ilə razılaşdırmaqla, gəmi sahiblərinin sığorta hadisələri ilə əlaqədar onların maraqlarının
müdafiə olunmasına, tələblərin həcminin azaldılmasına və ya rədd edilməsinə yönəlmiş ağlabatan
xərclərinin əvəzi ödənilir.
Sığortalanmış risklər üzrə məhkəmə və arbitraj işlərinin aparılması və arbitraj mübahisələri ilə bağlı
xərclər, dövlət rüsumu təminata daxil edilir.
1.11 Azadolma məbləği.
Azadolma məbləğinin miqdarı Sığortaçı ilə Sığortalı arasında razılaşdırılır.
2. Əlavə sığorta təminatı
Əvvəlcədən yazılı şəkildə razılaşdırılmaqla və əlavə sığorta haqqı müqabilində “Xalq Sığorta” ASC bu
Qaydaların məzmununda konkret olaraq istisna olunmayan və ya nəzərdə tutulmayan aşağıdakı risklərə qarşı
təminat verə bilər:
2.1. Hərbi əməliyyatlar və ya hərbi tədbirlər və ya onların nəticələri, vətəndaş müharibəsi, xalq
iğtişaşları, əmək münaqişələri nəticəsində yaranan Sığortalının məsuliyyəti.
2.2 Yedəkçi və ya hər hansı digər xilasedici gəminin məsuliyyəti:
Xilasetmə əməliyyatlarının gedişində ortaya çıxan zərər və xərclərin əvəzi ödənilir.
2.3 Sığortalanmış gəminin qabaqcadan nəzərdə tutulmuş marşrutdan kənara çıxması nəticəsində
yaranan məsuliyyət:
Xəstənin ən yaxın limana çatdırılması üçün nəzərdə tutulmuş marşrutdan kənara çıxılması, onun gəlib
çatmasının gözlənilməsi, marşrutun dəyişilməsi, qaçqınların və ya biletsiz sərnişinlərin sahilə
çıxarılması, o cümlədən:
Yanacağın dəyəri;
• Sığorta;
• Ekipajın əmək haqqı;
• Liman vergisi (rüsumları) ilə əlaqədar ortaya çıxan xərclər də sığorta təminatına daxildir.
2.4. Üçüncü şəxslərə qarşı əks iddiaların irəli sürülməsi üzrə xərclərə görə məsuliyyət (hüquqi müdafiə
sığortası):
Bu Qaydalara əsasən, ortaya çıxan xərclərə və zərərə görə məsuliyyət daşıya biləcək üçüncü şəxslərə
qarşı Sığortalı, o cümlədən:
• Stividor şirkətləri;
• Sahil qurğularının və üzən qurğuların sahibləri;
• Sığortalanmış gəmi ilə toqquşan gəmilərin sahibləri;
• Daşınması zamanı digər yüklərin zədələnməsi ilə nəticələnən yükün sahibləri
tərəfindən irəli sürülən tələb və ya iddialarla, arbitrajlarda və məhkəmələrdə işlərin aparılması.
2.5. Yük daşıma müqaviləsinin pozulmasına görə məsuliyyət:
II bölmənin 3-cü hissəsinin müddəaları nəzərə alınmaqla, Sığortalı tərəfindən yük daşıma müqaviləsinin
şərtlərinin pozulması, o cümlədən anbar konosamenti üzrə yükün göyərtədə daşınması nəticəsində ortaya çıxan
xərclərin və zərərlərin əvəzi ödənilir, o şərtlə ki, belə pozuntu nəticəsində yük daşıyan öz məsuliyyətinin
məhdudlaşdırılması hüququndan və ya konosamentdə yaxud bu daşımaya tətbiq edilən hər hansı digər hüquq
mənbəyində nəzərdə tutulan müstəsna qeyd-şərtlərə istinad etmək hüququndan məhrum edilə bilsin.
2.6. Bildirilmiş dəyəri olan konosament üzrə məsuliyyət:
Bildirilmiş dəyəri olan konosament üzrə daşınan yükün məhv olması və ya zədələnməsi nəticəsində
Sığortalının çəkdiyi xərclərin və zərərlərin yalnız, məhv olmuş, zədələnmiş yükün dəyərinin mövcud
qanunvericiliklə yük daşıyanın məsuliyyətinin (məbləğin çoxluğundan asılı olaraq, yükün yerinə və ya
təkliyinə görə) həddi kimi müəyyən edilən məbləği və ya daşıma şərtlərini tətbiq etməklə yük daşıyanın
öz məsuliyyətini məhdudlaşdırdığı məbləği aşan hissəsinin əvəzi ödənilir.
3. İstisnalar
Sığortalının bu Qaydalarda nəzərdə tutulan zərərləri və xərcləri aşağıdakı halların nəticəsində ortaya
çıxmışdırsa, sığorta ödənişi verilmir:
3.1 Sığortalının qərəzli hərəkətləri.
3.2 Yola çıxana qədər gəminin dənizə yararsızlığı haqqında Sığortalının xəbərdar olması.
3.3 Sığorta müqaviləsində xüsusi olaraq qeyd olunmamışdırsa, aşağıda sadalanan faktlar:
3.3.1 Müharibə, hərbi əməliyyatlar və ya digər hərbi tədbirlər.
3.3.2 Vətəndaş müharibəsi, inqilab, qiyam, xalq iğtişaşları.
3.3.3 Tətillər, lokautlar və analoji hadisələr.
3.3.4 Hərbi əməliyyatların, tətillərin və s. (fırıldaqçılıq və dəniz quldurluğu halları istisna
olmaqla) nəticəsində əsir alınma, tutulma, həbs edilmə və ya tutulub saxlanılma.
33.5 Mina, torpeda, bomba, raket, mərmi, partlayıcı maddə və ya digər hərbi
sursatların təsiri (yuxarıda göstərilən əşyaların sığortalanmış gəmidə yük kimi
daşınması nəticəsində ortaya çıxan zərərlər və xərclər istisna olmaqla)
3.3.5 Siyasi motivlərlə həyata keçirilən sabotaj və ya terrorçuluq aktları.
33.6 Hökumətin və ya hakimiyyət funksiyalarını icra edən hər hansı orqanın
tapşırığı ilə müsadirə, rekvizisiya və ya analoji tədbirlər.
3.3.7 Gəminin qaçaqmalçılıq və ya digər qanunsuz əməliyyatlarda iştirak etməsi.
3.3.8 Yuxanda göstərilən hərəkətlərin edilməsinə cəhd.
3.3.9 Sığortalanmış gəmidə həm yük kimi daşınan, həm də onun xaricində olan nüvə
yanacağının və ya radioaktiv məhsulların və ya tullantıların ionlaşdırıcı radiasiya, toksik,
partlayıcı və ya digər təhlükəli xüsusiyyətləri.
3.4 ixtisaslaşdırılmamış sığortalanmış gəminin aşağıdakı məqsədlərlə istifadə olunması:
3.4.1 xilasetmə.
3.4.2 qazıma.
3.4.3 dənizin dibinin dərinləşdirilməsi.
3.4.4 boru kəmərinin çəkilməsi.
3.5. Sığortalının aşağıda göstərilən hərəkətləri və ya hərəkətsizliyi:
3.5.1 riskin dərəcəsi haqqında yalnız məlumatların verilməsi.
3.5.2 Digər Sığortaçılarla bağlanmış və sığorta hadisəsi zamanı qüvvədə olan sığorta
müqavilələr haqqında məlumat verilməməsi.
3.5.3 Riskin dərəcəsinin dəyişməsi haqqında məlumat verilməməsi.
3.5.4 Zərərin qarşısının alınması və/və ya həcminin azaldılması üçün tədbirlərin
görülməməsi.
3.5.5 Baş vermiş sığorta hadisəsi haqqında müəyyən edilmiş müddətdə xəbər verilməməsi.
3.5.6 Qəsdən yalnış sənədlərin verilməsi.
3.5.7 Sığortaçının cavabdeh şəxslərdən tələb hüququnun təmin olunmaması və ya əgər
göstərilən zərər və xərclər:
3.6. Sığortalının dolayı zərərləridirsə və aşağıdakı xüsusiyyətə malikdirlərsə:
3.6.1. sığortalanmış gəminin və ya onun hər hansı hissəsinin məhv olunması və ya
zədələnməsi ilə əlaqədar ortaya çıxmışsa.
3.6.2. Sığortalıya məxsus olan və ya icarəyə götürülmüş sığortalanmış gəmidə yerləşən
avadanlıqların, konteynerlərin, gəmi təchizatlarının, ləvazimatlarının, yanacağın məhv
olması və ya zədələnməsi ilə əlaqədar ortaya çıxmışsa.
3.6.3. Yükün çatdırılmaması və ya əksik gəlməsinə görə Sığortalı tərəfindən ödəniləcək zərərin
bir hissəsi olması halları istisna olmaqla, fraxtın və ya icarə haqqının itirilməsi ilə
əlaqədar Sığortalıya qarşı və ya onun özü tərəfindən irəli sürülmüş tələblərlə bağlı ortaya
çıxmışsa.
3.6.4. Yükün çatdırılmaması və ya əksik gəlməsinə görə Sığortalı tərəfindən ödəniləcək
zərərin bir hissəsi olması halları istisna olmaqla, sığortalanmış gəminin demereci və ya
gecikməsi ilə əlaqədar Sığortalıya qarşı və ya onun özü tərəfindən irəli sürülmüş
tələblərlə bağlı ortaya çıxmışsa.
FƏSİL 3. SIĞORTA MÜQAVİLƏSİ
1. Sığorta müqaviləsinin bağlanması qaydası
1.1. Sığorta müqaviləsini bağlamaq üçün Sığortalı aşağıdakı sənədləri təqdim etməlidir:
1.1.1 Sığorta haqqında ərizə.
1.1.2. Ərizə yazılı şəkildə təqdim edilir.
1.2 Ərizədə aşağıdakılar göstərilməlidir:
12.1 Sığortalının adı və ünvanı.
12.2 Bank hesabının nömrəsi.
123 Sığortalanacaq gəmilər haqqında məlumat:
Adı;
• Tonnajı;
• Növü.
• Üzgüçülük rayonu (sahəsi);
• Daşınan yüklər;
1.2.4. sığorta ediləcək risklərin siyahısı.
1.25. sığorta ediləcək risklər üzrə son 5 (beş) ilə zərərlərin statistikası.
12.6. Sığortanın müddəti.
1.2.7. Sığortanın valyutası.
1.2.8. Sığortaçının məsuliyyətinin həddi (Sığorta məbləği).
1.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı riskin baş vermə ehtimalının müəyyən edilməsi üçün mühüm
əhəmiyyət daşıyan və xəbərdar olduğu bütün digər halları Sığortaçıya bildirməyə borcludur.
2. Gəmilərə baxış keçirilməsi
21 Sığortaçı sığortalanacaq gəmilərə baxış keçirməyə haqlıdır.
2.2 Sığortaçı tərəfindən sığortalanmış gəmilərə sığorta müqaviləsi ərzində istənilən vaxt baxış
keçirilə bilər.
2.3 Belə baxışlar keçirilən zaman Sığortalı Sığortaçıya yardım etməyə və lazımi
texniki vasitələrinin verilməsini təmin etməyə borcludur.
3. Sığorta müqaviləsinin bağlanması
3.1 Sığorta müqaviləsi yazılı şəkildə bağlanır.
4. Sığorta şəhadətnaməsi
Sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlandığını təsdiq edən əsas sənəddir. şəhadətnamədə və onun
əlavələrində aşağıda sadalananlar göstərilir:
a) Sənədin adı.
b) Sığortaçının adı, hüquqi ünvanı və bank rekvizitləri.
c) Sığortalının adı, soyadı, atasının adı və ünvanı.
ç) sığortanın predmeti.
d) sığorta məbləğinin miqdarı.
e) sığorta riski.
ə) sığorta haqqının miqdarı, ödənilmə müddətləri və qaydası.
q) sığorta müqaviləsinin qüvvədə olma müddəti.
g) müqavilənin dəyişilmə və xitam edilmə qaydaları.
i) tərəflərin razılığı ilə qəbul edilən digər şərtlər, o cümlədən sığorta Qaydalarına əlavələr və ya
istisnalar.
k) tərəflərin imzaları.
43 Sığortalı yeni gəmilərin sığortalanması haqqında və ya sığortalanmış gəmilərin müqavilələrinin ləğv
olunması haqqında yazılı şəkildə Sığortaçıya ərizə göndərir.
5. Riskin dəyişilməsi
5.1 Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində Sığortalı sığorta müqaviləsi bağlanan
zaman Sığortaçıya bildirdiyi hallarda baş verən, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir
edə biləcək və ona məlum olan digər bütün dəyişikliklər haqqında Sığortaçıya təxirə salınmadan
məlumat verməlidir.
5.2 Riskin artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra Sığortaçı sığorta
şəhadətnaməsinin şərtlərinin dəyişdirilməsini və ya artan riskə mütənasib olaraq əlavə sığorta
mükafatının ödənilməsini tələb etmək hüququna malikdir. Əgər Sığortalı sığorta şəhadətnaməsinə
edilən dəyişikliklərlə razılaşmazsa, və yaxud əlavə sığorta haqqı ödəməkdən imtina edərsə, sığorta
şəhadətnaməsi riskdəki bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
6. Sığorta şəhadətnaməsinə olan əlavələr
6.1. Sığorta qaydaları dəyişildikdə, o cümlədən riskin dərəcəsində, və məhz sığorta təminatının
məbləğində, sığorta müqaviləsinin müddətində və sığorta haqqı tarifində dəyişiklik olduqda Sığortaçı
göstərilən dəyişikliklərin qüvvəyə minməsi haqqında Sığortalıya əlavə sənəd verir.
7. Sığortanın valyutası
7.1. Müqavilə tərəflərin razılığı ilə istənilən valyutada bağlana bilər.
8. Sığorta müddəti
8.1. Sığorta müqaviləsi qısa və ya uzun müddətli bağlanıla bilər.
82. Qısa müddətli sığorta müqaviləsi sığorta şəhadətnaməsində göstərilən müddətin bitməsi ilə
qüvvədən düşür.
83. Əgər bu bölmənin 8.4 bəndinə uyğun olaraq xəbərdarlıq edilməzsə, uzun müddətli sığorta
müqaviləsi, hər il razılaşdırılan şərtlər əsasında yeni müddətə bağlanmalıdır.
8.4. Uzun müddətli sığorta müqaviləsi tərəflərdən hər hansı birinin müqavilənin sona çatma
tarixindən 30 gün əvvəlcədən digərinə təqdim etdiyi yazılı xəbərdarlıq vasitəsilə xitam edilə bilər.
8.5. Sığorta müqaviləsi sığorta şəhadətnaməsində müqavilənin qüvvəyə minmə tarixi kimi göstərilən
tarixdən qüvvəyə minir.
9. Sığortanın ərazisi.
Əgər şəhadətnamədə sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə (gəmiçilik rayonunda) baş verən
sığorta hadisələri bu sığorta təminatına daxil edilir. Müqavilədə (şəhadətnamədə) başqa hal nəzərdə
tutulmamışdırsa, sığorta Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
10. Müqavilənin ləğv edilməsi.
10.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
10.1.1. Müəyyən olunmuş müddətdə sığorta haqqının ödənilməməsi.
10.1.2. Sığortalının (hüquqi şəxs) ləğv edilməsi.
10.2. Hər hansı bir gəminin sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
102.1. Onun satılması və ya hər hansı şəkildə özgəninkiləşdirilməsi.
10.2.2. Gəminin Klasının ləğv olunması və ya belə bir Klasın alınmasından imtina.
10.2.3. Gəminin xəbərsiz itkin düşməsi.
10.2.4. Gəminin faktiki və ya konstruktiv tam məhv olması.
10.3. Sığorta müqaviləsinin ləğv edilməsinə və ya dayandırılmasına baxmayaraq, tərəflər, sığorta
müqaviləsinin ləğvinə gətirib çıxaran hadisələrə görə məsuliyyət halları da daxil olmaqla, həmin
müqavilənin xitam olunmasına qədər keçən bütün müddət üçün sığorta müqaviləsindən
irəli gələn bütün öhdəlikləri üzrə məsuliyyət daşıyırlar.
11. Müqaviləyə vaxtından əvvəl xitam verilməsi
11.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin
tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə
vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş
ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl),
tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
11.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta
qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin
aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir
sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb
Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta
haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş
sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
11.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup
halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını)
bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə
yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla,
müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin
hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
11.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı
tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər
hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta
ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta
predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
11.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı
tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər
hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə,
həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının
Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 11.1-ci və 11.2-ci bəndlərində nəzərdə tutulmuş
qaydada həyata keçirilir.
11.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş
qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini
çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə
münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 11.3-cü və 11.4-cü maddələrinin
tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
11.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə
inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
12. Tərəflərin hüquq və vəzifələri
12.1 Sığortalının hüquqları:
12.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan
maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
12.1.2. Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
12.2 Sığortalının vəzifələri:
12.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
12.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər
məlumatları Sığortaçıya təqdim etmək;
12.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının müqavilədən imtina
etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar
barədə Sığortaçıya məlumat vermək;
12.2.4 Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək.
12.3 Sığortaçının hüquqları:
12.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta
müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
12.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək,
belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən geri qaytarılmasını tələb etmək;
12.3.3 Sığortalı ona məlum olan riskin qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta
hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata
keçirməkdən imtina etmək;
12.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində
ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə
xitam vermək;
12.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
12.4 Sığortaçının vəzifələri:
12.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
12.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
12.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
12.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş
qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
13. İkiqat sığorta.
13.1. Sığortalı, bu Qaydalara əsasən, sığortaya təqdim etdiyi risklərlə bağlı daha əvvəl bağlanmış və qüvvədə
olan sığorta müqavilələri Sığortaçıya məlumat verməyə borcludur.
13.2 Belə bir ikiqat sığorta mövcud olduqda, Sığortalıya zərərin yalnız bu maddənin 11.1 bəndi ilə ödənilə
bilməyən hissəsi ödənilir.
14. Bildiriş
14.1 Sığorta müqaviləsi üçün mühüm əhəmiyyət kəsb edən hallar haqqında hər hansı tərəfin xəbərdarlığı
yazılı şəkildə həyata keçirilməlidir.
FƏSİL 4. SIĞORTA HAQQI
1. Sığorta haqqının hesablanması
1.1 Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortaçı Sığortalıya sığorta haqqının ödənilməsi üçün hesab
təqdim edir.
1.2 Sığorta haqqı gəminin tonnajı (brutto-həcmi) əsasında hesablanır. Tariflər illik əsaslarla
müəyyən edilir. Qısa müddətli sığorta zamanı sığorta haqqının tarifi sığorta dövrünün müddətinə
mütənasib olaraq illik tarifdən təyin olunur.
1.3 Hesabda aşağıdakılar göstərilir:
1.3.1 Sığortalının adı.
1.3.2 şəhadətnamənin nömrəsi və tarixi.
1.3.3 Sığorta haqqının məbləği
1.3.4 Sığorta haqqının hesablanması.
1.3.5 Sığorta haqqlarının ödənilməsi müddətləri və miqdarı.
1.3.6 Sığortaçının bank hesabı.
2. Sığorta haqqını ödəmək vəzifəsi
2.1. Sığortalı sığorta haqqının hesabda göstərilən müddətdə və miqdarda ödəməyə borcludur.
2.2. Sığortalı bu bölmənin 2.1 bəndinə əsasən, sığorta haqqını ödəmədikdə, Sığortaçı sığorta
müqaviləsindən irəli gələn öhdəlikləri üzrə bütün ödənişləri dayandırmağa, habelə sığorta müqaviləsini xitam
etməyə haqlıdır.
3. Sığorta haqqının qaytarılması
3.1 Gəmi hər hansı bir təhlükəsiz limanda 30 ardıcıl gün ərzində körpüyə bağlı (hərəkətsiz) qalarsa, illik
inzibati xərclər üçün müəyyən edilmiş məbləğ çıxılmaqla, dayanacaqda olduğu müddətdə
Sığortaçıya ödənilən sığorta haqqının 90%-i qaytarılır (dayanacağa qoyulan gün və dayanacaqdan
çıxarılan gün birlikdə bir gün hesablanır).
3.2 Müqavilə ləğv olunduqda, gəminin sığortasının ləğv edildiyi gündən sığorta müqaviləsinin qüvvədə
olma dövrünün son gününə qədər olan sığorta haqqı Sığortalıya qaytarılır.
FƏSİL 5. SIĞORTA HADİSƏSİ BAŞ VERƏN ZAMAN TƏRƏFLƏRİN
QARŞILIQLI MÜNASİBƏTLƏRİ
1. Zərərin qarşısının alınması və həcminin azaldılması
1.1. Sığorta hadisəsi baş verdikdə Sığortalı zərərlərin qarşısının alınması və həcminin azaldılması
məqsədilə bütün mümkün və ağlabatan tədbirləri görməyə borcludur.
1.2. Əgər Sığortalının təqsiri üzündən 1.1 bəndində göstərilən tədbirlərin görülməməsi və ya vaxtında
görülməməsi nəticəsində zərərin məbləği artarsa, Sığortaçı Sığortalıya çatacaq ödənişdən artan hissəsini
çıxmağa haqlıdır.
2. Sığortaçının xəbərdar edilməsi
2.1. Sığortalı sığorta hadisəsinin baş verməsi haqqında məlumatı alan kimi, bu haqda dərhal Sığortaçıya və
ya onun nümayəndəsinə/agentinə yazılı surətdə məlumat verməyə borcludur.
22. Əgər Sığortaçıya sığorta hadisəsi baş verən andan bir il müddət ərzində sığorta hadisəsi haqqında
məlumat verilməzsə, Sığortaçı sığorta ödənişi tələbini rədd edə bilər.
3. İddia, arbitraj və məhkəmə işlərinin aparılması
3.1 Sığortalı Sığortaçı ilə razılaşdırılmış müəyyən məbləğ hüdudunda müstəqil surətdə iddia, arbitraj və
məhkəmə işlərini aparmağa haqlıdır.
3.2. Bu bölmənin 3.1 bəndinə əsasən Sığortalı iddia, məhkəmə və arbitraj işlərinin
aparılması üçün müşahidəçi (sığorta qiymətləndiriciləri), vəkil və digər fiziki və hüquqi şəxslər
təyin etmək, həmçinin Sığortaçıya və (və ya) onun agentinə məsləhət üçün müraciət etmək və ya
işin aparılmasını onlara həvalə etməyə haqlıdır.
3.3 Sığortaçı bütün işlər üzrə aşağıdakı hüquqlara malikdir:
- Sığorta hadisəsi ilə əlaqədar hər hansı məlumatı, sənədləri sığortalıdan tələb etmək.
- öz istəyi ilə Sığortalı adından sürveyerləri, ekspertləri, vəkilləri və digər şəxsləri işin aparılması və
zərərlərin tənzimləməsi üçün işə təyin etmək.
- Sığortalının adından məhkəmə və ya arbitraj baxışında iştirak etmək.
- Zərərin azaldılması məqsədi ilə məsləhətlər vermək, həmçinin birgə tədqiqat və ekspert
yoxlamaları aparmaq,
3.4 Sığortaçının 3.3 bəndində göstərilən hər hansı bir hərəkəti etməsi konkret sığorta hadisəsi üzrə onun
öz məsuliyyətini qəbul etməsi demək deyil.
3.5 Əgər Sığortalı bu Qaydaların 3.3 bəndində göstərilən Sığortaçının hüquqlarıınn həyata
keçirilməsinə kömək etməzsə və ya onun tapşırıq və məsləhətlərini yerinə yetirməzsə, Sığortaçı
ödəniş tələblərini rədd etməyə və ya onun məbləğini azaltmağa haqlıdır.
4. Zəmanət hüququ
4.1 Sığortalıya qarşı tələblərini təmin etmək üçün onun əmlakına üçüncü şəxslər tərəfindən qoyulan
həbsin qarşısını almaq və ya götürmək məqsədilə Sığortalı sığortalanmış risklər üzrə zəruri maliyyə
zəmanətinin verilməsini Sığortaçıdan xahiş edə bilər.
4.2 Sığortaçı bu Qaydalar çərçivəsində, belə bir zəmanətin verilməsi üçün bütün cəhdlərini göstərir.
Lakin, Sığortaçı Sığortalının məsuliyyətinə zəmanət verməyə borclu deyil.
5. Sığortalıya olan tələblərin tənzimlənməsi
5.1 Sığortalı Sığortaçı ilə razılaşdırmadan 3.1 bəndində göstərilən tələbləri ödəmək hüququna malikdir.
5.2. 3.1. bəndində göstərilənlər istisna olmaqla, digər tələblərin tənzimlənməsi üzrə Sığortalının götürdüyü
öhdəliklər Sığortaçı ilə razılaşdırılmalıdır. Sığortalı tərəfindən bu öhdəliyə əməl edilmədikdə
Sığortaçı sığorta ödənişinin verilməsindən imtina etmək hüququna malikdir.
6. Sığortalanmış risklər üzrə ödənişin verilməsi və zərərin əvəzinin ödənilməsi qaydası
6.1. Sığortalı və ya onun agenti zərəri faktiki olaraq ödədikdən sonra Sığortaçı Sığortalının bütün
zərərlərinin əvəzini ödəyir.
6.2. Sığortalının xahişi ilə, xüsusi-təcili zərərlərlə bağlı ödənişlər, müstəsna şəkildə, bütün zəruri
sənədlərə malik olması şərti ilə Sığortaçı tərəfindən birbaşa iddia irəli sürənlərə(üçüncü şəxslərə)
verib bilər.
6.3. Əgər sığorta müqaviləsində nəzərdə tutulmuşdursa, 6.2. bəndinə müvafiq olaraq, zərər Sığortaçı
tərəfindən birbaşa ödənildikdə, Sığortalı xəbərdar olduğu andan 2 həftə ərzində azadolma miqdarını
Sığortaçının hesabına(kassasına) köçürməyə borcludur.
7. Zərərin ödənilməsi üçün tələb.
7.1 Sığortalı zərərin ödənilməsi haqqındakı tələbinə aşağıdakıları əlavə etməlidir:
• İddianın ödənilməsi faktını təsdiq edən sənədləri;
• Bütünlükdə İddia sənədlərini.
Zərərlərin əvəzi iddiaları ödəmiş Sığortalının agentinə (nümayəndəsinə) ödənildikdə:
• Sığortalı tərəfindən həmin agentə iddia və tələblərin tənzimlənməsi və ödənilməsi
səlahiyyətlərinin verilməsini təsdiq edən sənədləri.
- Hadisənin mahiyyəti ilə əlaqədar olan digər sənədlər.
7.2. Sığortaçı zərərin aydınlaşdırılması və ödənilməsi üçün vacib olan hər-hansı digər sənədləri Sığortalıdan
tələb etmək hüququna malikdir.
8. Sığorta ödənişinin verilməsi
8.1. Sığortalı tərəfindən müvafiq sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində
sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında
qərar qəbul edir.
8.2 Sığortaçı tərəfindən sığorta ödənişi sığortanın valyutası ilə və ya tərəflərin razılaşdırdığı digər valyuta
ilə Azərbaycan Respublikası Milli Bankının ödəniş tarixinə rəsmi valyuta məzənnəsi əsasında
həyata keçirilir.
8.3 Sığorta ödənişi həyata keçirilərkən Sığortaçı Sığortalının ödəməli olduğu sığorta haqqlarını nəzərə
almağa haqlıdır.
9. Üçüncü şəxslər tərəfindən zərərin ödənilməsi
9.1 Sığortalı sığorta Qaydalarına əsasən sığorta təminatına daxil olan xərc və zərərlərinin əvəzini üçüncü
şəxslərdən almaq üçün bütün ölçüləri götürməyə borcludur.
92 Sığortalı Sığortaçı tərəfindən ödənilən və ya ödənilməli olan tələblər üzrə üçüncü şəxslərdən aldığı
bütün pul vəsaiti və ya digər maddi dəyərlər haqqında Sığortaçıya məlumat verməyə borcludur. Bu
müddəanın pozulması Sığortaçıya sığorta ödənişini verməkdən imtina etməyə əsas verir.
10. Tələb hüququnun keçməsi
10.1 Sığorta ödənişini verdikdən sonra ödənilmiş məbləğ hüdudunda tələb etmək hüququ Sığortaçıya
keçir.
10.2. Sığortalı üzürlü səbəbdən zərərin ödənilməsini 9.1. bəndinə müvafiq olaraq, təqsirli üçüncü
şəxsdən ala bilməzsə, tələb hüququnun Sığortaçıya keçməsini təmin etməyə borcludur.
10.3. Sığortalı üçüncü şəxslərdən zərərin əvəzinin alına bilməsi üçün bütün zəruri sənədləri
Sığortaçıya təqdim etməlidir.
10.4. Sığortalı üçüncü şəxsdən zərərin əvəzini tələb etmək hüququnu təmin etmədikdə, Sığortaçı
sığorta ödənişini verməkdən imtina edə bilər.
11. Mübahisələrin həlli qaydası
11.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq
danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan
Respublikası qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti
GƏMİ SAHİBLƏRİNİN MƏSULİYYƏTİNİN SIĞORTASI ÜZRƏ
TARİF DƏRƏCƏLƏRİNİN HESABLANMASI VƏ İQTİSADİ ƏSASLANDIRILMASI
Bu sığorta növü üzrə əsasən aşağıdakı risklər ola bilər:
1. Sifarişlə daşınan yükün zədələnməsi və ya məhv olmasına görə məsuliyyət;
2. Gəminin sığorta olunmuş digər gəmilərlə toqquşub qəzaya uğraması üzrə məsuliyyət;
3. Üzən və daşınmaz əşyaların zədələnməsi üzrə məsuliyyət;
4. Yedəkdə daşınma müqavilələri üzrə məsuliyyət;
5. Qəza nəticəsində batmış əmlakı məhv etmək üzrə məsuliyyət;
6. Suya çirkablı maddələrin tullanması, bunun nəticəsində əmlakın sıradan çıxması üzrə məsuliyyət;
7. Fiziki şəxslərə yetirilən ziyan üzrə məsuliyyət (sığorta olunmuş gəminin ekipajı istisna olmaqla);
8. Sığortaçının və ya onun işçilərinin cərimə olunması ilə bağlı məsuliyyət (işi yerinə yetirərkən);
9. Ekipaj üzvünün ölümü, yaralanması və ya xəstələnməsi zamanı xərclərin çəkilməsi məsuliyyəti.
Qeyd edək ki, brutto-dərəcə müxtəlif növ gəmilər üçün fərqli olur, digər tərəfdən netto-dərəcəni müəyyən
edərkən gəmilərin işlədiyi şərait, coğrafi uzunluq, göndərmə və qəbuletmə limanları, ölkə, yük və s. nəzərə
alınır.
Yuxarıda sadalanan risklər iki qrupa aid edilə bilərlər: ekipaj qarşısında məsuliyyət: onlara dəyən fiziki və
maddi ziyan və üçüncü şəxslər qarşısında məsuliyyət: üçüncü şəxslərə dəyən fiziki və maddi ziyan.
Müqavilənin şərtlərinə bu risklərin hamısı və ya bir neçəsi (müxtəlif kombinasiyada) daxil edilə bilər.
Bundan bilavasitə asılı olaraq müqaviləyə daxil edilən hər bir məsuliyyət növü üçün brutto-dərəcə ayrıca
hesablanmalı və yekun brutto-dərəcə onların cəmindən müəyyən edilməlidir.
Deməli, alacağımız brutto-dərəcə bu iki qrup üzrə hesablanan brutto-dərəcələrinin cəminə bərabər olacaq.
Gəmi sahibinin məsuliyyətinin sığortası üçün hesablanan brutto-dərəcəni gəmi sahibinin üçüncü şəxslər
qarşısında məsuliyyəti misalında göstərək.
Qeyd etməliyik ki, bu məsuliyyət iki hissədən: maddi və fiziki ziyandan ibarətdir. Bu o deməkdir ki, yekun
brutto-dərəcə həmin ziyanların brutto-dərəcəsinin cəmindən müəyyən edilməlidir.
1) Əvvəlcə üçüncü şəxslərə dəyən maddi ziyanın brutto-dərəcəsini hesablayaq.
Metodikaya əsasən netto-dərəcə (Tn) üçün aşağıdakı düstur doğrudur:
Tn = Tə + Tr
Burada Tə – netto-dərəcənin əsas hissəsi, Tr – risk üstəliyidir və onlar üçün aşağıdakı bərabərliklər
doğrudur (100 man sığorta məbləğinə müvafiq):
Bu vaxta qədər yığılan statistikadan istifadə edərək sığorta hadisəsinin baş verməsinin ehtimalını əldə
edirik, q = 0,018
Orta sığorta məbləği S= 1 000 000 manat
Ödəmənin orta məbləği Sö = 200 000 manat
Müqavilələrin sayı - 20
Tə = 100 0,018 200 000 / 1 000 000 =0,36 (man.)
Risk üstəliyinin hesablanması:
q – bir sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi ehtimalı;
n – gözlənilən müqavilələrin sayı.
2) Üçüncü şəxslərə dəyən fiziki ziyanın brutto-dərəcəsini hesablayaq.
Burada biz üçüncü şəxsin əlil olması və ya ölüm hallarını nəzərə almalıyıq.
Əvvəlcə fiziki ziyan üzrə brutto-dərəcəni hesablayaq.
Bizim halda netto-dərəcə Tn = Tn,əl + Tn,öl, yəni netto-dərəcə ölüm və əlillik hissələrindən ibarət olacaq.
Tutaq ki, olümə görə sığorta məbləğinin - 100% ödənilir, əlilliyə görə isə: 1 qrup -80%, 2 qrup - 50%, 3
qrup - 30%.
İndi isə sığorta hadisəsinin baş verməsi hallarına və onların ehtimalına nəzər yetirək:
1 qrup - 0,0007, 2 qrup - 0,002, 3 qrup - 0,0043, ölüm ehtimalı - 0,00012.
Ümumi ehtimal - 0,00712
Əlillik üzrə netto-dərəcə:
Tn,əl,əs = 0,0007 x 0,8 + 0,002 x 0,5 + 0,0043 x 0,4 = 0,00285 (0,285%);
Ölüm üzrə:
Tn,öl,əs = 0,00012 x 1 = 0,00012 (0,012 %);
Onda fiziki ziyan üzrə netto-dərəcənin əsas hissəsi:
Tn,f,əs = Tn,əl,əs + Tn,öl,əs = 0,00285 + 0,00012 = 0,00297 (0, 297 %);
Bu təminat üzrə brutto-dərəcə:
Tn,f 0,00427
Brutto-dərəcə: Tb,f = ----------------- = ------------------- = 0,006 (man.)
(1 - f) (1 - 0,25)
İndi isə cəmi brutto-dərəcəni müəyyən edək. Tb = Tb,f +Tb,m = 0,006 + 1,72 = 1,73 (man.)
Sığortaçı müəyyən maliyyə nəticələri və bazar münasibətləri mülahizələrini əsas tutaraq tarif dərəcələrini
və brutto-dərəcənin strukturuna daxil olan yüklənmə faizini, o cümlədən yüklənməni təşkil edən
komponentlərin faizini fərqli müəyyən edə bilər.