Üçüncü Şəxslər qarşısında mülki məsuliyyət sığortası

“Xalq Sığorta” ASC tərəfindən hüquqi şəxslərə təqdim olunan sığorta növlərindən biri, sığortalı tərəfindən üçüncü şəxslərə dəyən zərəri əhatə edən “Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortasıdır”.

Bu sığortanın obyekti, sığortalı tərəfindən üçüncü şəxslərin əmlakına, həyat və ya sağlamlığına dəyən zərərdir.

Məsuliyyət sığortası sığortalını, üçüncü şəxslərin onlara dəymiş əmlak zərərlərinin mövcud qanunvericilikdə nəzərdə tutulan normalara uyğun olaraq, maddi ziyanın təzminatı iddiasına qarşı sığorta himayəsi ilə təmin edir.

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.

 

Qaydalar